Азярбайъан республикасы



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə182/246
tarix08.02.2022
ölçüsü1,37 Mb.
#83564
növüQaydalar
1   ...   178   179   180   181   182   183   184   185   ...   246
427034950-Neft-Qaz-Chixarma-Senayesinde-Tehlukesizlik-Qaydalari-Kitabi

BÖLMƏ

 

8



MƏDƏN – GEOFIZIKI IŞLƏRI

8.1. Ümumi tələblər

8.1.1.   Bütün     mədən   –   geofiziki   işləri   qüvvədə   olan

«Əhalinin   radiasiya   təhlükəsizliyi   haqqında   Qanun»a,

«Partlayış   aparan   zaman   vahid   təhlükəsizlik   Qaydaları»na,

«Mədən   –   geofizki   işləri   aparılarkən   təhlükəsizlik     texnikası

üzrə   təlimat»a,   «Radioaktiv   maddələrlə   və   ionlaşdırıcı   şüa

mənbələri   ilə   işləyərkən   sanitar   Qaydaları»na,   «Radioaktiv

maddələrin   daşınması     Qaydaları»na   və   «Radiasiya

təhlükəsizliyi normaları»na uyğun yerinə yetirilməlidir.

8.1.2. Mədən - geofiziki  işləri sifarişçi təşkilatın nüma-

yəndəsinin   iştirakı     ilə   mədən   –   geofiziki   işləri     aparan

partiyanın (dəstənin)  rəhbərinin və ya bu  işləri yerinə yetirən

təşkilat üzrə verilmiş əmrə əsasən digər   məsul mühəndis –

texniki işçinin  rəhbərliyi altında yerinə yetirilməlidir.

8.1.3. Mədən – geofiziki işlərdə 380V-dan artıq gərginlikli

elektrik şəbəkəsindən istifadə etmək qadağandır.

8.1.4.   Sifarişçi   müəssisə   mədən   –   geofiziki   işlərin

aparılması   üçün   quyunu   və   avadanlıqları   mövcud   tələblərə

uyğun hazırlamalıdır. Cihazların maneəsiz keçməsi üçün quyu

şablonla   yoxlanılmalıdır.   Şablonun   ölçüləri   quyuya   buraxılan

geofiziki   cihazın   ölçülərindən   az   olmamalıdır   və   o   imkan

daxilində quyunun dibinə kimi buraxılmalıdır.

8.1.5. Tədqiq olunan quyuya xüsusi texnikanın və nəqliy-

yat vasitələrinin maneəsiz hərəkətini təmin etmək üçün yollar

çəkilməlidir.

8.1.6. Quyunun ətrafında qəbul körpüsü tərəfdən quyu

ağzından   30m   aralı   məsafədə   karotaj   laboratoriyasının   və

393



qaldırıcının   yerləşdirilməsi   üçün   müvafiq   ölçüdə   meydança

nəzərdə tutulmalıdır (hazırlanmalıdır).

8.1.7.   Quyunun   yaxınlığında   qəbul   körpüsü   tərəfdə

mədən – geofiziki avadanlıqlarının, aparatlarının və alətlərinin

yerləşdirilməsi   üçün   10x10   m   ölçüdə   meydança

hazırlanmalıdır.

8.1.8. Quyu ağzı  ilə  işçi  meydança arasında işə mane

olan bütün əşyalar yığışdırılmalı və elə yerdə yerləşdirilməlidir

ki, geofiziki işlərin aparılmasına mane olmasın.

8.1.9. Geofiziki işlər aparılarkən sifarişçinin nümayəndəsi

hökmən iştirak etməlidir.

8.1.10.   Quyu   ağzında     rotor   olmadıqda,   o,   blok   –

balansın   quraşdırılması   üçün   xüsusi   körpü   (örtüklə)   və

adamların   təhlükəsiz   hərəkətini   təmin   edən   sahə   ilə   təmin

olunmalıdır.

8.1.11. Geofiziki işlərə başlamamışdan əvvəl elektrik ava-

danlığının izolyasiyası və qazma qurğusunun (buruğun) və ya

quyunun qoruyucu yerləbirləşdirmə quruluşunun sazlığı yoxla-

nılmalıdır.

Quyunun yerləbirləşdirmə quruluşu ilə geofiziki elektrik

gərginliyi   qəbulediciləri   birləşən   elektrik   qida   mənbəyi

arasında etibarlı metal əlaqə təmin olunmalıdır.

8.1.12.   Mədən-   geofiziki   avadanlıqların   elektrik

şəbəkəsinə   qoşulması   üçün   quyularda   yerləbirləşdirici

kontaktla  təmin   olunmuş  elektrik   ştepsel  rozetkası   olmalıdır

(daimi).   Ştepsel   rozetkası   olmadıqda   mədən   –   geofiziki

avadanlığının  elektrik  şəbəkəsinə qoşulmasını    və açılmasını

sifarişçi müəssisənin elektrotexniki heyəti yerinə yetirməlidir.

8.1.13. Quyularda endirmə – qaldırma əməliyyatları həm

yerüstü,   həm   də   asqılı   blok   –   balansdan   istifadə   etməklə

yerinə yetirilməlidir.

394



8.1.14.   Konstruksiyası  

  dartılma   və   dərinlik

göstəricilərinin  quraşdırlımasına  imkan verməyən yerüstü və

asqılı blok – balanslardan istifadə etmək qadağandır.

8.1.15.   Endirmə   –   qaldırma   mexanizmlərinin   və

diyircəkli   blok   –   balansın   bərkidilməsi  və   həmçinin  geofiziki

tədqiqat   işləri   aparıldıqdan   sonra   quyuların   kipliyini   təmin

etmək   üçün,   quyuların   ağzı   flansla   təchiz   olunmalı   və

bağlanmalıdır.   Pyezometrik   səviyyəsi   (quyu   məhlulunun)

yüksək olan və ya izafi təzyiqi yüksək olan (ehtimal olunan)

quyuların ağzında fontan armaturu  quraşdırılmalıdır.

8.1.16. Fontan armaturuna bitişik 2,2x2,5m ölçüdə  pillə-

kənlə   təmin   olunmuş   işçi   meydança     quraşdırılmalıdır.

Meydançanın döşəməsi kələ – kötür  səthli dəmir  lövhədən və

ya qalınlığı 40mm-dən az  olmayan möhkəm taxta lövhələrdən

olmalıdır. Meydançanın müvafiq məhəccəri olmalıdır.

8.1.17. Boruarxası fəzada təzyiq olduqda  quyu ağzında

manometr  quraşdırlımalıdır.

8.1.18. Injeksiya quyularında mərkəzi siyirtmə ilə yanaşı,

su və çıxış xətlərində də siyirtmələr quraşdırılmalıdır.   Siyirt-

mələri yalnız quyuya xidmət edən işçilər açıb –bağlaya bilər.

Izafi   təzyiqli   quyu,   manometri   olan   lubrikatorla   təchiz

olunmalıdır.

8.1.19. Geofiziki işlərə başlamazdan əvvəl quyu məhlulla

(gilli məhlul, su, neft) ağzına qədər doldurulmalıdır.

8.1.20.   Quyuda   (buruqda)   məhlulun   udulması   halı

olduqda  quyunu doldurmaq  üçün kifayət qədər  məhlul (su,

gilli məhlul və ya neft) ehtiyatı olmalıdır.

8.1.21. Quyunun mədən – geofiziki işlərə hazırlığı Aktla

(əlavə   13)   sənədləşdirilir   və   o,   sifarişçi     müəssisənin   və

geofiziki təşkilatın nümayəndələri tərəfindən imzalanır. Yalnız

bundan sonra geofiziki işlərə başlamağa  icazə verilir.

8.1.22. Mədən-geofiziki işlərdə tal blokunu qaldırıb-endir-

mək üçün briqadadan qazmaçı və qazmaçı köməkçisi geofiziki

395



Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   178   179   180   181   182   183   184   185   ...   246




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə