Азярбайъан республикасы



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə190/246
tarix08.02.2022
ölçüsü1,37 Mb.
#83564
növüQaydalar
1   ...   186   187   188   189   190   191   192   193   ...   246
427034950-Neft-Qaz-Chixarma-Senayesinde-Tehlukesizlik-Qaydalari-Kitabi

BÖLMƏ  10

RABITƏ

10.1. Işçiləri və rabitə qurğularını (quruluşlarını) ildırım

çaxmasından və ya elektrik ötürücülərinin induktiv təsirindən

yaranan   təhlükəli   elektrik   gərginliklərindən   qorumaq   üçün

bütün aralıq və son stansiyalarda (müvafiq yerlərdə) mühafizə

quruluşları (qoruyucular və ildırımötürücülər) olmalıdır.

10.2.Təhlükəli   gərginliklərdən   mühafizə   qurğuları   [30]-

un tələblərinə uyğun müddətdə yoxlanılmalıdır.

10.3.Yeraltı rabitə kommunikasiyalarında (kabel quyula-

rında, qutularda, kollektorlarda və s.) işlər iki nəfərdən az ol-

mayan briqadalarla yerinə yetirilməlidir.  Briqada üzvlərindən

biri rəhbər seçilməlidir.

Yeraltı   rabitə  kommunikasiyalarında   işlər   xüsusilə   ehti-

yatla   aparılmalıdır.   Belə   ki,   onlarda   partlayış   təhlükəli   və

zəhərli qazlar toplana bilər.

10.4. Yeraltı  rabitə kommunikasiyalarında metan qazının

mövcudluğunu   təyin     etmək   üçün,   hər   briqada     partlayış

mühafizəli   qaz   analizatoru   və   ya   qaz   indikatoru   ilə   təchiz

olunmalıdır.

10.5. Rabitə quyusunun qapağını (lyuku)  açarkən zərbə-

dən qığılcım əmələ gətirməyən metal alətlərdən istifadə edil-

məlidir. Bu zaman işçilər küləkdöyən tərəfdə dayanmalıdırlar.

10.6. Yağış və qar yağan və ya ildırım çaxan vaxt kabel

(rabitə) dirəyində iş görmək qadağandır.

10.7.   Rabitə   kabeli   bərkidilən   dirəkdən   asılmış   buraz

(tros) ən əlverişsiz meteoroloji şərait nəzərə alınmaqla üç qat

möhkəmliyə malik olmalıdır.

10.8. Dirəyə çıxmamışdan əvvəl bunun üçün lazım olan

mühafizə vasitələrinin, ləvazimatların və o cümlədən dirəyin

dayanıqlığı və sazlığı yoxlanılmalıdır.

418



10.9.   Montyor   dirəkdə   iş   görərkən   dirəyin   bilavasitə

yaxınlığında heç kəs olmamalıdır.

10.10. Iki işlək rabitə naqilinə  və ya bir işlək naqilə və il-

dırımötürücüyə   (və   ya   dartıcıya)   eyni   vaxtda   dielektrik

əlcəklərsiz   toxunmaq   qadağandır.   Dirəkdə   qolsuz   və   qolları

düymələnməmiş paltarda işləmək qadağandır.

10.11.   Dəyişən   cərəyanla   işləyən   sahə   xidməti   rabitə

xətlərində   işləyərkən   fərdi   mühafizə   vasitələrindən   və

dəstəkləri izolə olunmuş alətlərdən istifadə edilməlidir.   Nəm

olan   şəraitdə   (nəmli   havada)   əlavə   olaraq   dielektrik

qaloşlardan istifadə edilməlidir.

10.12. Xəttə (naqillərə) qoşulmuş telefon aparatının xətt

klemlərinə dielektrik əlcəklərsiz toxunmaq qadağandır.

10.13.   Dirəkdə   iş   görülərkən   və   ümumiyyətlə,   rabitə

kommunikasiyasında təmir (sazlama) işləri aparılarkən işçinin

mobil telefonu söndürülmüş olmalıdır.

10.14.   Içərisində   iş   görülən   kabel   quyularının   girişləri

çəpərlənməlidir.

Əgər quyu yolun hərəkət hissəsində yerləşmişsə çəpər

nəqliyyatın hərəkət etdiyi istiqamətin qarşısında quyunun girə-

cəyindən ən azı 2 m məsafədə qoyulmalıdır. Bundan başqa

çəpərdən   5-10   m   məsafədə   nəqliyyatın   hərəkətinə   qarşı

istiqamətdə   xəbərdarlıq   nişanları   qoyulmalıdır,   hava   tutqun

olarsa əlavə olaraq işıq işarələri qoyulmalıdır.

10.15.   Avtomat   telefon   stansiyalarının   avtomat

zallarında, radio rabitəsi avadanlığında və cərəyan altında olan

şinlərin yanında nərdivanlarda işləyərkən cərəyan şinlərinə və

başqa   cərəyan   keçirən   hissələrə   toxunmaq   qadağandır.

Cihazın   ştativlərdən   çıxarılması   və   onun   kontakt   sahələrinin

təmizlənməsi   gərginliyin   açılmış   vəziyyətində   yerinə

yetirilməlidir. Cihazları təmizləmək üçün izolə edilmiş tutacağı

olan şotkadan istifadə edilməlidir.

419



10.16. Telefon stansiyaları və radio rabitəsi qurğularının

batareya lövhələri, düzləndirici qurğuları və cərəyan paylayıcı

lövhələri qarşısında uzunluğu elektrik qurğusunun uzunluğuna

müvafiq dielektrik xalçalar qoyulmalıdır.

10.17. Düzləndirici qurğulara, elektrik təhlükəsizliyi üzrə,

qrupu   III-dən   az   olmayan   şəxslərin   xidmət   etməsinə   icazə

verilir. Elektrik   təhlükəsizliyi   üzrə   qrupu   III-dən  az  olan

şəxslərin 

otağa   daxil   olmasına   yalnız   bu   qurğulara   xidmət   edən

şəxslərin nəzarəti altında icazə verilir.

10.18. Akkumulyator qurğularının istismarı [16, 17]–nin

tələblərinə uyğun olmalıdır. 

10.19.   Telefon   stansiyasında   istifadə   olunan   elektrik

generatoruna xüsusi dərs keçmiş və elektrik təhlükəsizliyi üzrə

qrupu III-dən az olmayan şəxslər xidmət edə bilərlər.

Mühərrik   işləyən   vaxtda   onun   hissələrini   təmizləmək,

yağlamaq və başqa təmir işləri aparmaq qadağandır. Yanacaq

ehtiyatı   xüsusi   binada,   maşın   zalından   ayrı   saxlanılmalıdır.

Maşın   zalında   metal   qabda   yalnız   bir   sutkalıq   yanacaq

saxlamaq olar.

10.20. Antenna-qüllə qurğularını istismar edərkən [27]–

nin (6-cı hissəsinin) tələbləri yerinə yetirilməlidir.

10.21.   Antenna-qüllə   qurğularında   işlər   ən   azı   iki   işçi

tərəfindən   yerinə   yetirilməlidir,   bu   vaxt   onlardan   biri   işlərə

nəzarət etməlidir.

Nəzarətçilik edən şəxs qüllənin mərkəzindən onun hün-

dürlüyünün üçdə bir hissəsindən az olmayan məsafədə hazır

vəziyyətdə   dayanmalı   və   onun   üzərində   qoruyucu   kəmər

olmalıdır.

10.22.   Antenna-qüllə   qurğularında   işləyərkən   müvafiq

FMV-dən istifadə edilməlidir.

10.23. Işçilərin aşağıdakı hallarda antenna-qüllə qurğula-

rında işləməsi qadağandır:

420



-əgər   qüllə   üzərində   gərginliyi   42   V-dan   yüksək   olan

elektrik cərəyanı xətti varsa, o açılmadıqda;

-tufan vaxtı  və yaxud  onun yaxınlaşdığı  halda,  yer  və

avadanlıq buz bağladıqda, güclü yağış, qar yağdıqda və yaxud

duman olduqda;

-qoruyucu kəmərin qarmağı (karabini) antenna qülləsinin

və onun meydançasının konstruksiyasına sancılmadıqda;

-küləyin sürəti 12 m/san-dən çox olduqda;

-günün qaranlıq vaxtında;

-əgər   qülləyə   qalxmaq   üçün   qaldırıcı   qurğunun

köməyindən   istifadə   edilərsə,   onun   növbəti   sınaq   müddəti

keçmiş olduqda;

-qaldırıcı   qurğunun   kanatı   və   ya   bucurqadı   nasaz

olduqda;


-qoruyucu başlıq və qoruyucu kəmər olmadıqda.

10.24. Radio və radio-rele vasitələrinin istismarı və təmiri

vaxtı aşağıdakılara əməl edilməlidir:

-iş yeri (masa) izoləedici təbəqə ilə örtülməlidir;

-gərginlik   altında   olan   blokun   daxili   hissələrinə

toxunmaq,   tranzistorları   və   başqa   hissələri   dəyişdirmək,

sxemdə lehimləmə işləri aparmaq qadağandır;

-radiostansiyasını   elektrik   şəbəkəsinə   qoşmazdan   əvvəl

onun «Yer» yazısı olan bütün klemləri yerləbirləşdirilməlidir;

-«veriliş»   rejimində   işləyərkən   vericinin   antenna

sıxaclarına toxunmaq qadağandır.


Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   186   187   188   189   190   191   192   193   ...   246




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə