Азярбайъан республикасы


Dəniz şəraiti üçün əlavə  tələblər



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə191/246
tarix08.02.2022
ölçüsü1,37 Mb.
#83564
növüQaydalar
1   ...   187   188   189   190   191   192   193   194   ...   246
427034950-Neft-Qaz-Chixarma-Senayesinde-Tehlukesizlik-Qaydalari-Kitabi

Dəniz şəraiti üçün əlavə  tələblər

(Rabitə)

421



10.25. Dəniz obyektlərində (müəssisələrində) rabitə, bu

sahədə   olan   normativ   sənədlərin   tələblərinə   və   müvafiq

hallarda   dəniz   gəmilərinin   quruluş   qaydalarına   uyğun

qurulmalıdır.

10.26. DNQT-lər aşağıdakılarla təchiz olunmalıdır:

10.26.1.   Aşağıdakıları   təmin   edən   xarici   əlaqə   üçün

radiorabitə kompleksi ilə:

a) sahil, hava və dəniz obyektləri ilə etibarlı əlaqəni;

b)   meteoroloji   xidmətlə   və   naviqasiya   xəbərdarlığı

xidməti ilə əlaqəni;

c) qəza hallarında etibarlı əlaqəni.

10.26.2. Aşağıdakıları təmin edən peyk rabitəsi  və tele-

viziya proqramlarının qəbulu kompleksi ilə:

a) çoxkanallı telefon və telefaks əlaqəsinin təşkilini;

b)   obyektdə   radio   və   peyk   televiziya   proqramlarının

qəbulunu və yayımını (translyasiyasını).

10.26.3. Mülki aviasiya xidməti ilə razılaşdırmaqla DNQT-

yə vertolyotların qəbulunu, oturmasını, uçuşunun idarə olun-

masını və DNQT ətrafında hava məkanına nəzarəti təmin edən

komplekslə.

10.26.4. Aşağıdakıları təmin edən DNQT-nin daxili rabitə

sistemi ilə:

a) DNQT-nin texniki xidmətlərinin, rəhbərliyinin və digər

abonentlərin daxili istehsalat və texnoloji əlaqəsini (rabitəsini)

və həmçinin daşınma (əl) radiostansiyaları  olan abonentlər və

idarəetmə postları arasında əlaqəni;

b) DNQT-də komandaların (əmrlərin) və verilişlərin yayı-

mını (translyasiyasını);

c) DNQT-nin texnoloji komplekslərin idarəetmə postları

ilə avadanlıqların yerli idarəetmə postları arasında səsucaldıcı

(qromkoqovorəhaə svəzğ)  ikitərəfli rabitə əlaqəsi ilə;

422



ç) DNQT-nin texniki xidmət postlarında və məişət otaqla-

rında avtomatik telefon əlaqəsi  (rabitəsi)  sisteminin yaradıl-

masını.

10.26.5.   Obyektin  elektrik  şəbəkəsindən   asılı   olmayan,

baş dispetçer  postu ilə  DNQT-nin əsas texnoloji  postları  və

otaqları  (sahəsi) ilə etibarlı əlaqəni  təmin edən qəza halları

üçün nəzərdə tutulmuş daxili rabitə sistemi ilə.

10.27. DNQT-də verilən komandaların və verilişlərin ya-

yımlanması, «sondürülməyən» yayımlanma sistemi ilə təchiz

olunmalı   və   xidməti   göstərişlərin   bütün   yaşayış   və   ictimai

otaqlarda,   həmçinin   açıq   göyərtədə   eşidilməsini   təmin

etməlidir. Bu zaman həmin otaqlarda və sahələrdə yayımlanan

səs   səviyyəsi   həmin   otaq   və   sahələrdəki   səs-küyün

səviyyəsindən 6 dB-dən çox olmalıdır.

10.28.   Yayımlama   (translyasiya)   qurğusunun   mikrofon

postları baş idarəetmə postunda, radiorubkada, vertolyotların

qəbulu   məntəqəsində,   qazma   meydançasında   və   istehsalat

vacibliyi ilə bağlı digər yerlərdə yerləşdirilməlidir.

10.29.   Qəza   hallarında   istehsalat   otaqlarında

(sahələrində) səsucaldıcı rabitə işıq siqnalizasiyası ilə müşayiət

olunmalıdır.

10.30. DNQT-də radiorabitə vasitələrinin sıradan çıxma

halları və həmçinin həyəcan və fəlakət siqnallarını vermək və

qəbul etmək üçün, ehtiyat radiorabitə vasitəsi və dəniz siqnal

üzgəci (radiobuy) nəzərdə tutulmalıdır.

10.31.   Operativ   (cari)   istehsalat   məlumatlarının,

həmçinin   DNQT-nin   avtomatik   idarəetmə   sisteminin

məlumatlarının  verilməsini   (ötürülməsini)  təmin   etmək  üçün

xarici rabitə sistemi gecə – gündüz etibarlı və fasiləsiz işləyən

olmalıdır.

10.32.   Rabitə   vasitələri   kompleksi   partlayış   təhlükəsi

olmayan   xüsusi   otaqda   quraşdırılmalıdır.   Rabitə   rəisinin

kayutası bu kompleksin yaxınlığında olmalıdır.

423




Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   187   188   189   190   191   192   193   194   ...   246




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə