Азярбайъан республикасы


BÖLMƏ 9 NƏZARƏT-ÖLÇÜ CIHAZLARI, TELEMEXANIKA VƏ



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə189/246
tarix08.02.2022
ölçüsü1,37 Mb.
#83564
növüQaydalar
1   ...   185   186   187   188   189   190   191   192   ...   246
427034950-Neft-Qaz-Chixarma-Senayesinde-Tehlukesizlik-Qaydalari-Kitabi

BÖLMƏ 9

NƏZARƏT-ÖLÇÜ CIHAZLARI, TELEMEXANIKA VƏ

AVTOMATLAŞDIRMA VASITƏLƏRI

412



9.1. Nəzarət-ölçü cihazları (NÖC), telemexanika və avto-

matlaşdırma   vasitələri   [15]   və   digər   müvafiq   normativ

sənədlərin tələblərinə uyğun olmalıdır.

9.2.   Telemexanika   xətlərində   işlər   1000   V-a   qədər

gərginliyi   olan   xətlərdə  aparılan  işlərə   olan   tələblərə  uyğun

aparılmalıdır.

9.3. Telemexanika xətlərində 3 m-dən yuxarı yüksəklikdə

görülən işləri iki nəfər yerinə yetirməli və onlardan birinin (və-

zifəcə böyüyün) elektrik təhlükəsizliyi üzrə qrupu III-dən az

olmamalıdır.

9.4.   Telemexanika   xəttində   işlər,   bu   xətdə   gərginlik

açıldıqdan və o, yerləbirləşdirildikdən sonra yazılı icazə əsa-

sında aparıla bilər.

Xətdə   gərginliyi   açan   aparatlarda   «Qoşma!   Xətdə   iş

gedir» yazısı olan qadağanedici plakat asılmalıdır.

9.5. Dirəkdə telemexanika və 380/220V gərginlikli xətlər

birgə   quraşdırılmışdırsa,   telemexanika   xətlərində   işlər   9.4

bəndinin  tələbləri   yerinə  yetirildikdən   və  həmçinin   bu  xəttə

xidmət   edən   təşkilatın   istismar   jurnalında   qeyd   aparılmaqla

380/220V   gərginlikli   elektrik   xətlərindən   gərginlik   açıldıqdan

və həmin iş yerində yerləbirləşdirildikdən sonra aparılmalıdır.

Daşınma   yerləbirləşdiricilər   sıfır   xətti   də   daxil   olmaqla

380/220 V gərginlikli bütün elektrik xətlərinə qoşulmalıdır.

380/220V xətlərindən gərginliyi açan aparatlarda «Qoş-

ma!   Xətdə   iş   gedir»     yazısı   olan   qadağanedici   plakat

asılmalıdır.

Eyni dayaqda güc və telemexanika hava xətləri olduqda

telemexanika   xəttinin   təmirini   elektrosexin   nümayəndəsinin

iştirakı   ilə   telemexanika   xəttinə   xidmət   edən   heyət

aparmalıdır.

413



9.6.   Telemexanika   xətlərində   yerləbirləşdirmə   işlərini

aparmazdan əvvəl xətlər arasında və həmçinin hər bir xətdə

yerə   münasibətdə   gərginliyin   olmamasına   (əvvəlcədən

yoxlanılmış   cihazla   -   gərginlik   göstərən   və   s.)   əmin   olmaq

lazımdır.

9.7.   Küncdəki   dayağın   daxili   küncündə   işləmək   qada-

ğandır.

9.8.   Telemexanika   və   avtomatlaşdırma   vasitələrindən

qoruyucuların   çıxarılması   (dəyişdirilməsi)   onlardan   gərginlik

açıldıqdan sonra aparılmalıdır.

9.9. Gərginliyi açılmış telemexanika xətlərində izolyasiya-

nın müqavimətini yoxlamazdan əvvəl xətlər arasında və hər

bir   xətlə   yerə   münasibətdə   gərginliyin   olmamasına   əmin

olmaq lazımdır.

9.10. Hərəkət edən mexanizmlərdə quraşdırılmış teleme-

xanika vericilərinin (datçik) tənzimlənməsi bu mexanizmlərin

tam dayanmasından və onların  öz-özünə işə düşməsinin və

hərəkətinin   istisna   olunması   təmin   olunduqdan   sonra

aparılmalıdır.

9.11. Avtomatlaşdırma sxemində təmir işləri icra sxemi

üzrə   aparılmalıdır.   Sxemsiz,   yaddaşa   arxayın   olub,   işləmək

qadağandır.

9.12. Avtomatlaşdırma aparatlarında və prinsipial (ümu-

mi) sxemlərdə dəyişiklik yalnız müvafiq layihə-konstruktor təş-

kilatının və istehsalçı zavodun razılığı ilə edilə bilər.

9.13.   Bütün   avtomatlaşdırma   və   telemexanika   sistemi

üçün profilaktiki (cari) təmir cədvəli olmalıdır.

Plandan kənar profilaktiki baxış qardan, yağışdan, tufan-

dan və ya güclü küləkdən sonra aparılmalıdır.

9.14. Teleözəkdə (teleyaçeyka) təmir işləri, yalnız ondan

elektrik gərginliyi açıldıqdan sonra aparılmalıdır.

414



9.15.   Teleözək   ona   rahat   xidmət   etmək   üçün   xüsusi

dayaqda mancanaq dəzgahının oturacağı səviyyəsindən lazımi

hündürlükdə quraşdırılmalıdır. Teleözəyi çəpərdə quraşdırmaq

qadağandır.

9.16.   Vericiləri   (datçik)   tənzimləyərkən   çıxış

gərginliklərini   yoxlamaq   üçün   teleözəkdə   xarici   tərəfdə

vericilərin   sayına   görə   yuvası   olan   ştepsel   rozetkası   və   ya

klemma (klemnik) olmalıdır.

9.17. Vericilərin tənzimlənməsinin nəticələrinin mancanaq

dəzgahının işə salınması ilə yoxlanılması, işçilər mancanaq dəz-

gahının çəpərlənməsindən kənarlaşdırıldıqdan sonra aparılma-

lıdır.


9.18. Quyuda təmir işləri aparılarkən, vericilərin tənzim-

lənməsinin pozulmaması üçün, mancanaq dəzgahının balansir

başlığı geriyə və əksinə zərbəsiz və rəvan atılmalıdır (xüsusi

tərtibatla).

9.19. Avtomatlaşdırma və telemexanika vasitələrinin cari

və   orta   təmiri   nəzarət-ölçü   cihazları   (NÖC)   sexində   xüsusi

təchiz olunmuş yerdə aparılmalıdır.

9.20.  Təzyiq  altında  işləyən  cihazları  (aparatları)  təmir

etməzdən   əvvəl,   müvafiq   pnevmatik   xətt   bağlanmalı   və

sıxılmış hava buraxılmalıdır.

9.21. Manometrlər, yük indikatorları və digər NÖC-lər işçi

meydançadan 3,0 m-ə qədər hündürlükdə gözəçarpan yerdə

və asan oxunan məsafədə quraşdırılmalıdır.

9.22. NÖC və A üzrə çilingərin yüksəklikdə işləmək üçün

icazəsi olmalıdır və bu haqda müvafiq sənədlərdə qeydlər apa-

rılmalıdır.

9.23.   Partlayış   mühafizəli   cihazların   təmirinə   cihazı

istehsal   etmiş   zavodun   təlimatı   və   [218]   üzrə   bilikləri

yoxlanılaraq təmirə icazəsi olan şəxslər buraxılırlar.

415



9.24. Elektrik alətlərində və ya daşınma elektrik çıraqların-

da   nasazlıq   aşkar   edildikdə   onların   tətbiqi   dərhal

dayandırılmalıdır.

9.25. Istilik-enerji parametrlərinə nəzarət edən və onları

nizamlayan cihazların (manometrlər, diferensial manometrlər,

səviyyəölçənlər,   termometrlər,   səviyyə   tənzimləyiciləri,

sərfölçənlər,   tənzimləyici   klapanlar)   quraşdırılması   və

sökülməsi üzrə bütün işlər və həmçinin onlarla profilaktiki işlər

cihazlar istismar olunan müəssisənin (obyektin) rəhbərinin və

ya   xidməti   heyətin   razılığından   sonra   aparılmalıdır.   Təmir

işlərinə,   texnoloji   aparatlarda   və   boru   xətlərində   təzyiq

olmadıqda   (atmosfer   təzyiqinə   qədər   endirildikdən   sonra),

impulslu   boru   xətləri   söndürüldükdə   və   həmçinin   cihazları

qidalandıran elektrik gərginliyi açıldıqdan sonra başlanılmalıdır.

Elektrik   xətləri   açılmış   (söndürülmüş)   yerlərdə   müvafiq

təhlükəsizlik plakatları asılmalıdır.

9.26. Düzləndirici,  modulyator və digər quruluşlar tən-

zimlənərkən   şəbəkəyə   qoşulmazdan   əvvəl   onların   gövdəsi

(şassi) etibarlı yerləbirləşdirilməlidir.

9.27.   Düzləndirici   və   digər   quruluşlar   söndürüldükdən

sonra filtrin kondensatorları tam şəkildə boşaldılmalıdır.

9.28. Yükölçmə cihazlarının (yük indikatorları və s.) sö-

külməsini yalnız qarmaqda (elevatorda) yük olmadıqda yerinə

yetirmək lazımdır.

Hidravlik sistemdəki yağ döşəməyə və ətrafa dağılmadan

yığılmalıdır (boşaldılmalıdır).

9.29.   Partlayış   təhlükəli   (qazlı)   mühitdə   zərbədən

qığılcım   əmələ   gətirməyən   alətlərlə   iş   görülməlidir.   Belə

mühitdə   siqaret   çəkmək,   açıq   oddan   və   elektrik   qızdırıcı

cihazlardan (alətlərdən) istifadə etmək qadağandır.

416



9.30.   Istehsalat   sahələrində   (otaqlarda)   neft   və   neft

məhsulları   buxarlarının   və   qazların   partlayış   təhlükəli

qatılıqlarının   əmələ   gəlməsinin   qarşısını   almaq   üçün   həmin

sahələrdə fasiləsiz avtomatlaşdırılmış nəzarət aparılmalıdır. Bu

məqsədlə   qatılıq   aşağı   partlayış   həddinin   20%   -nə   (yəni

havada   partlayıcı   qazın   həcmi   miqdarı   1%)   çatdıqda   qəza

siqnalı   (səsli   və   işıqlı)   verən   stasionar   qaz   analizatorları

(indikatorları) tətbiq olunmalıdır.

9.31. Civə ilə bağlı işlərdə işləyən işçilər ildə 2 dəfədən

az olmayaraq tibbi müayinədən keçməlidirlər.

9.32. Civə ilə bağlı işlər bir qədər hündür kanları olan xü-

susi stolda aparılmalıdır.

9.33. Civəli cihazların təmiri və baxışı üçün nəzərdə tu-

tulmuş otaqlarda civə qliserinli qalın divarlı həcmi 1 litrdən çox

olmayan ağzı tıxacla kip bağlanan şüşə qablarda və ya rezin

tıxaclı rezin kolbalarda saxlanılmalıdır.

9.34. Ölçü vasitələri (NÖC və A) yalnız təyinatı üzrə isti-

fadə olunmalıdır.

9.35. Bütün açarların, düymələrin və idarəetmə dəstəklə-

rinin təyinatlarına görə müvafiq yazıları olmalıdır.

9.36. NÖC və A vasitələrinə xidmət [37, 219] uyğun apa-

rılmalıdır. 

417




Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   185   186   187   188   189   190   191   192   ...   246




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə