SanPiN 2.32.560-96 tələblərinə uyğun olmalıdır.
uyğun olaraq içməli su ilə təmin olunmalıdır.
larının icazəsi olmalıdır.
12.5.4. Iş yerlərinə içməli su daimi olaraq hər gün veril-
məlidir (gətirilməlidir). Suyun gətirilməsi zamanı o
çirklənmədən etibarlı qorunmalıdır.
12.5.5. Içməli suyun temperaturu +8 - +20
0
C arasında
olmalıdır.
12.5.6. Içməli su qurğularına (kranlara) olan məsafə 75
m-dən çox olmamalıdır.
12.5.7. Işçilərin daşınıb gətirilən içməli su ilə təmin
edilməsi şəraitində istehsalat müəssisələri içməli su
stansiyalarına malik olmalıdır. Bu stansiyalarda yuyulması və
dezinfeksiyası mümkün olan suyu daşımaq və saxlamaq üçün
çənlər olmalıdır.
12.5.8. Işçiləri daşınıb gətirilən su ilə təmin edilən
istehsalat müəssisələri suyun keyfiyyətinə vaxtaşırı nəzarət
etməlidirlər.
12.5.9. Səyyar işlə məşğul olan işçilər və
abadlaşdırılmamış obyektlərin işçiləri (vışka təmir edənlər,
quyuların cari və əsaslı təmiri ilə məşğul olan briqadalar,
qazmaçılar və b.) fərdi qaydada içməli su ilə təmin edilməlidir.
12.5.10. Açıq havada, isti iqlim şəraitində (havanın
temperaturu +36
0
C-dən çox olduqda), isti sexlərdə və
həmçinin tozlu və ya xüsusilə çirkli maddələrlə (zərərli
maddələrdən başqa) işləyən işçilərin orqanizminin su rejimini
(mübadiləsini) optimal saxlamaq üçün, onlar mineral su, kisel
və 0,5% NaCl (xörək duzu) qatışdırılmış (1 litr suya 5 qr xörək
duzu) qazlı su və s. ilə təmin olunmalıdırlar.
Növbə ərzində hər işçiyə 4-5 litr su (qeyd olunan məhlul)
nəzərdə tutulmalıdır.
12.5.11. Içməli suya xidmət edən işçilər altı aydan bir
tibbi müayinədən keçməlidirlər.
439
12.5.12. Belə şərait üçün işçilərin sayı ən çox olan növbə
əsas götürülərək, 100 nəfərə 1 su qurğusu (və ya çəllək),
digər hallar üçün 200 nəfərə 1 su qurğusu (və ya çəllək)
nəzərdə tutulmalıdır.
Dostları ilə paylaş: