Азярбайъан республикасы


 Tibbi xidmət. Ilk tibbi yardım



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə195/246
tarix08.02.2022
ölçüsü1,37 Mb.
#83564
növüQaydalar
1   ...   191   192   193   194   195   196   197   198   ...   246
427034950-Neft-Qaz-Chixarma-Senayesinde-Tehlukesizlik-Qaydalari-Kitabi

12.3. Tibbi xidmət. Ilk tibbi yardım

12.3.1. Vəzifəsindən asılı olmayaraq yeni işə qəbul olu-

nanlar və müəssisədə çalışan işçilər Azərbaycan Respublikası

Səhiyyə   Nazirliyinin   23.01.1998-ci   il   tarixli   13   saylı   Əmrinə

əsasən profilaktik tibbi müayinədən keçməlidirlər.

12.3.2. Profilaktik tibbi müayinələrin nəticələrinin təhlili

və  bununla  əlaqədar  müəssisənin  tibb   xidmətinin  fəaliyyəti,

peşə xəstəliklərinin qeydiyyatı (uçotu) və araşdırılması Səhiyyə

Nazirliyinin müavfiq Əmrinə əsasən yerinə yetirilməlidir.

12.3.3. Işçilərinin sayı 500 nəfər və daha çox olan müəs-

sisədə   tibb   məntəqəsi   olmalıdır.   Tibb   məntəqəsi,   işçilərinin

sayı   daha   çox   olan   obyektlərə   yaxın   yerləşdirilməli   və

nəqliyyatın (işçilərin) hərəkəti (gediş-gəlişi) üçün onun rahat

yolu olmalıdır.

12.3.4.   Işçilər   müvafiq   tələblərə   uyğun   tibbi   xidmətlə

təmin olunmalıdır.

12.3.5.   Bədbəxt   hadisə   (xəsarətalma)   zamanı

zərərçəkmiş şəxsə göstərilmiş ilk tibbi yardımın uğurlu olması

yardımın   yubadılmadan   cəld,   bacarıqlı   və   məharətlə

aparılmasından   asılıdır,   bu   isə   ilk   tibbi   yardımın   üsul   və

qaydalarını   mükəmməl   bilmək   və   vaxtaşırı   təkmilləşdirici

təlimlər keçmək nəticəsində mümkündür.

Yadda saxlamaq lazımdır ki:

a) ilk tibbi yardımın gecikdirilməsi və ya düzgün aparıl-

maması   xəsarət   almış   şəxsin   ölümünə   və   ya   orqanizmində

bərpaolunmaz dəyişikliyə (şikəstliyə) səbəb ola bilər;

b) zərərçəkən şəxsə təcili olaraq və imkan daxilində zədə

aldığı   yerdə   ilk   tibbi   yardım   göstərilməlidir   (zəhərli   qazla

zəhərlənmədən başqa).

12.3.6.   Ilk   tibbi   yardımın   göstərilməsi   üzrə   təlimləri

(məşğələləri) tibbi heyətlə müəssisənin səlahiyyətli mühəndis-

texniki işçiləri vaxtaşırı olaraq birlikdə aparmalıdırlar.

436



12.3.7.   Müəssisədə   (obyektdə)   ilk   tibbi   yardım   üzrə

təlimlərin   (məşğələlərin)   təşkili,   müəssisənin   rəhbərliyinin,

sahə və sex rəislərinin (digər məsuliyyətli şəxslərin) üzərinə

düşür.


12.3.8. Bütün işçilər ilk tibbi yardım göstərilməsinin üsul

və   qaydalarını   mükəmməl   bilməli   və   onları   tətbiq   etməyi

bacarmalıdırlar.

12.3.9. Zərərçəkmiş (xəsarət almış) şəxslərə ilk tibbi yar-

dımın göstərilməsi [208] uyğun həyata keçirilməlidir.

12.3.10.   Ilk   tibbi   yardımın   vaxtında   və   kefiyyətli

aparılması üçün iş yerlərində aşağıdakılar olmalıdır:

a)   bütün   istehsalat   briqadaları,   sexləri,   şöbələri   və   s.

üçün tibbi ləvazimat və dərman qutusu; 

b) müəssisənin (obyektin) ərazisində olan ilk tibbi yardım

üçün tibbi ləvazimatlar və dərman qutusunun və həmçinin tibb

məntəqəsinin yerini göstərən göstərici nişanlar olmalıdır;

c)   bədbəxt   hadisə   zamanı   zərərçəkən   şəxsə   ilk   tibbi

yardım göstərilməsi qaydasını əks etdirən, gözəçarpan yerdən

asılmış plakatlar.

12.3.11.   Müəssisənin   (obyektin)   ərazisində   kənar

təşkilatın   işçiləri   işləyirsə,   ya   buraya   ezam   olunmuşlarsa,

onlara   dərman   qutusunun   və   tibb   məntəqəsinin   yerləri

göstərilməlidir.

12.3.12. Hər bir müəssisədə, obyektdə, sexdə, sahədə

və s. ilk tibbi yardım üçün lazımi tibbi ləvazimatın və dərman

qutusunun vəziyyətini (əyər-əskiyini) yoxlayan və onları tələb

olunan qaydada saxlayan şəxs olmalıdır.


Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   191   192   193   194   195   196   197   198   ...   246




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə