Азярбайъан республикасы


 Radioaktiv maddələrin (RM) və ionlaşdırıcı şüa



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə185/246
tarix08.02.2022
ölçüsü1,37 Mb.
#83564
növüQaydalar
1   ...   181   182   183   184   185   186   187   188   ...   246
427034950-Neft-Qaz-Chixarma-Senayesinde-Tehlukesizlik-Qaydalari-Kitabi

8.3. Radioaktiv maddələrin (RM) və ionlaşdırıcı şüa 

mənbələrinin (IŞM) tətbiqi ilə bağlı işlər

8.3.1.   Bilavasitə   RM   və   ionlaşdırıcı   şüa   mənbələrinin

(IŞM)   tətbiqi     ilə   bağlı   işlərə,   tibbi   müayinədən   keçmiş,

400



təhlükəsiz   iş   görülməsinin   üsul   və   qaydalarını   mükəmməl

bilən, yaşı 18-dən az olmayan şəxslər buraxılır.

8.3.2.  RM  və IŞM tətbiqi  ilə  bağlı  işləri  yerinə  yetirən

geofiziki   partiya   (dəstə)   radiometrlə   və   hər   bir   işçi   fərdi

dozimetrlə təmin olunmalıdır.

Dozimetrik nəzarəti, dozimetrçi vəsiqəsi olan şəxs apar-

malıdır.

8.3.3. Mədən – geofiziki təşkilatlarda RM xüsusi ayrılmış

yerlərdə və ya müvafiq tələblərə uyğun təchiz olunmuş kənar

şəxslərin daxil olması istisna olunan anbarlarda saxlanılmalıdır.

8.3.4. Anbarda saxlanılan RM ümumi miqdarı, müəssisə-

nin sanitar – texniki pasportunda qeyd olunmuş həddən çox

olmamalıdır.

8.3.5. RM-in qəbulunu, saxlanılmasını, qeydiyyatının apa-

rılmasını və verilməsini geofiziki müəssisə üzrə  verilmiş əmrə

əsasən təyin olunmuş məsul işçi həyata keçirməlidir.

8.3.6. Mədən –geofiziki işlərin yerinə yetirilməsi üçün RM

–in   verilməsi,   müəssisənin   rəhbərinin   icazəsi   ilə,     qəbul

olunmuş forma üzrə tələbnaməyə əsasən verilməlidir. RM-in

verilməsi mədaxil – məxaric yurnalında qeydə alınmalıdır.

8.3.7. RM –in  daşınması xüsusi olaraq  bu məqsəd üçün

quraşdırılmış nəqliyyat vasitəsində mühafizəli konteynerlərdə

yerinə yetirilməlidir. Konteyner və ya konteyner yerləşdirilmiş

xüsusi kabinə qıfılla  bağlanmalıdır.

8.3.8. RM –in və IŞM   quyuda (mədəndə)   müvəqqəti

saxlanılmasına   xüsusi   nəqliyyat     vasitəsində   yerləşdirilmiş

qıfılla bağlanmış daşınma konteynerlərdə icazə verilir. Həmin

konteynerlər  qorunmalı  və insanların  və heyvanların  olduğu

yerdən  uzaqda saxlanılmalıdır.

401



8.3.9. RM –in və IŞM  partlayış təhlükəli, yanar və digər

asan  alışan  maddələrlə  birgə  saxlanılması  (hətta  müvəqqəti

olaraq) qadağandır.

8.3.10. RM  və IŞM- lə əlaqəli sahələrdə, nəqliyyat  vasi-

tələrində   və   cihazlarda     radiasiya   təhlükəsi   barədə

xəbərdaredici   nişanlar (plakat) olmalıdır.

8.3.11. RM –in quyuya açıq vəziyyətdə buraxılması yalnız

yerli sanitar – epidemioloji stansiyanın (SES) icazəsi  ilə yerinə

yetirilə bilər.

8.3.12. Radioaktiv izotopların qrunt suları ilə qarışmasının

(daxil olmasının) istisna olunmasını müəyyənləşdirmək üçün, qu-

yuda müvafiq tədqiqatlar aparıldıqdan sonra işlərə  başlanılma-

lıdır.

8.3.13. RM quyuya mühafizəli   konteynerə yerləşdirilmiş,



ağzı   yapışdırılmış   (əridilib   yapışdırılmış)   ampulalarda

daşınmalıdır.

8.3.14.   Aktivləşdirilmiş  (radioaktiv)   məhlulu   hazırlamaq

üçün,   RM   olan   ampulanı   xüsusi   distansion   manipulyatorun

vasitəsilə   aşağıdakılara   əməl   etməklə   əzərək   sındırmaq

lazımdır:

a) su olan tutumda (sementləyici aqreqatın tutumunda)

suyun (məhlulun)  səviyyəsindən ən azı 0,2m aşağı;

b) su ilə doldurulmuş quyunun quyuağzında – suyun sə-

viyyəsindən ən azı 0,2m aşağı;

c)   borular   kolonunda   –   su   axımında,   əgər     quyunu

ağzına qədər su ilə doldurmaq olmursa.

8.3.15. Aktivləşdirilmiş   məhlulu hazırlamaq   üçün quyu

lüləsində müxtəlif tipli quyu injektorlarından istifadə olunmalıdır.

8.3.16. Təzyiq altında quyuya vurulacaq aktivləşdirilmiş

məhlulu,   quyu   ağzı   ilə   tökücü   aqreqat   arasındakı   vurucu

xəttdə yerləşdirilmiş xüsusi kamerada RM olan ampulanı əzib

sındırmaqla yerinə yetirilməlidir.

402



8.3.17.   Açıq   şəkildə   RM-i   quyuya   təzyiqlə   vurarkən,

təzyiq götürülənə qədər quyu ağzına yaxınlaşmaq qadağandır.

8.3.18. Aktivləşdirilmiş məhlulla təmasda olmuş avadan-

lıqlar, alətlər, quyuətrafı sahə, işçilərin paltarı və  bədənlərinin

hissələri   açıq   RM-lə   iş   görüldükdən   sonra   radiometrik

nəzarətdən keçməli və radioaktiv çirklənmə müəyyən edilərsə

onlar  dezaktivasiya olunmalıdır.

8.3.19. Radiasiya qəzaları (insindent) baş  verdikdə ( in-

sanların  şüalanmasının səviyyəsi  dozanın əsas həddini (DƏH)

aşdıqda) şüalanma dozasının minimuma salınması, həmçinin

işçi   heyətdən   olan   şüalanmış     şəxslərin   sayının   minimuma

endirilməsi məqsədi ilə [204]-ə uyğun tədbirlər görülməlidir.

8.3.20. Geofiziki partiyanın (dəstənin) bütün  işçiləri şüa

xəstəliyinin əlamətlərini və belə hallada ilk yardım göstərilmə-

sinin üsul  və qaydalarını mükəmməl  bilməli  və onları [204]-ə

uyğun tətbiq etməyi  bacarmalıdır. 

8.3.21. Quyudan  çıxan qazma məhlulunda RM müəyyən

edilərsə, o, radiasiya təhlükəsizliyi normalarına   [76] uyğun

qatılığa qədər digər məhlulla (su ilə) qatışdırılaraq, yeri və hid-

roizolyasiyası yerli SES-lə razılaşdırılmış xüsusi xəndəyə ötürül-

məlidir. Xəndəyin həcmi məhlulun doldurulması üçün elə he-

sablanmalıdır ki, məhlulun səviyyəsi xəndəyin ağzından ən azı

1,5   m   aşağı   olsun.   Xəndək   məhlulla   doldurulduqdan   sonra

gilli   qruntla   örtülməli,   tapdalanaraq   bərkidlməli   və   üzərində

radiasiya təhlükəsi nişanları quraşdırılmalıdır. Həmin sahə və

nişanlar   yerin   səthində   radiasiya   səviyyəsi   0,03   mber/saata

düşənə qədər toxunulmaz saxlanılmalıdır.

8.3.22. Bağlı ionlaşdırıcı şüa mənbələrinin tətbiqi ilə apa-

rılan radioaktiv  karotajda yalnız daşınma konteynerlərdən isti-

fadə olunmalıdır.

8.3.23.   Radioaktiv   mənbəli   cihazı   quyudan   çıxarmaq

mümkün olmadıqda, cihaz   yerli SES-lə razılaşdırılaraq quyu

dibinə   salınmalı   və     sementlənməlidir.   Quyunun   lüləsinin

403



keçilməsi   üzrə   sonrakı   əməliyyatlar   qazma   məhluluna

dozimetrik nəzarət aparılmaqla yerinə yetirilməlidir.

8.3.24. IŞM olan quyuda qalmış cihazı qazıb keçmək qa-

dağandır.

8.3.25. Quyularda impuls – neytron karotaj (INK) aparı-

larkən     neytronların   impulslu   generatoru   (NIG)     cihazını

quyuya 2 m dərinliyə buraxdıqdan, laboratoriya şəraitində isə

cihaz beton divarın (divarın qalınlığı cihazla işçi arasında olan

məsafədən   asılı   olaraq   müəyyən   edilir)   arxasında

yerləşdirildikdən sonra işə salmağa icazə verilir.

8.3.26. Quyudan NIG-in çıxarılmasına cihaz söndürüldük-

dən 30 dəq. sonra icazə verilir.

8.3.27.   Çöl   şəraitində   NIG   cihazının   neytron   blokunun

borucuğunu açmaq qadağandır.

8.3.28.   NIG   cihazının   neytron     blokunun   borucuğu   ilə

əlaqəli bütün işlər müvafiq fərdi mühafizə vasitələrində (FMV)

və distansion alətlərdən istifadə etməklə yerinə yetirilməlidir.

8.3.29.   Neytronlar   balonu   zədələnərsə   borucuq

ionlaşdırıcı   şüa   buraxan   açıq   şüa   mənbəyi   kimi

qiymətləndirilməlidir və  onunla, qüvvədə olan açıq RM əlaqəli

işlərə dair təlimata və [204]-ə uyğun davranmaq lazımdır.

8.3.30. Işə salınmış NIG-lə işləyərkən daima  dozimetrik

və radiasiyaya nəzarət aparılmalıdır.

8.3.31.   RM-in   daşınmasında   qeyd   olunan   təhlükəsizlik

tələbləri ilə yanaşı [205] –in tələblərinə də əməl olunmalıdır.


Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   181   182   183   184   185   186   187   188   ...   246




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə