Азярбайъан республикасы


 Dəniz şəraiti üçün əlavə tələblər



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə188/246
tarix08.02.2022
ölçüsü1,37 Mb.
#83564
növüQaydalar
1   ...   184   185   186   187   188   189   190   191   ...   246
427034950-Neft-Qaz-Chixarma-Senayesinde-Tehlukesizlik-Qaydalari-Kitabi

8.6. Dəniz şəraiti üçün əlavə tələblər 

(Mədən-geofiziki işləri)

8.6.1.   Sifarişçi   aşağıdakıların   təmin   olunmasına   görə

məsuliyyət daşıyır:

-DNQT-də   geofiziki   aparatlar   və   avadanlıqlar  üçün   işçi

meydançaların və ya sahələrin ayrılmasına;

-qüvvədə olan qanunvericilik aktlarının və normativ-tex-

niki sənədlərin tələblərinə uyğun geofiziki avadanlığın, PM və

RM saxlanılması üçün DNQT-də yerlərin ayrılmasına və müva-

fiq şəkildə təchiz olunmasına;

-DNQT-yə gətirilən və geriyə daşınan geofiziki dəstənin

yüklərinin mexanikləşdirilmiş üsulla boşaldılmasına;

-geofiziki dəstənin DNQT-yə və geriyə təhlükəsiz və vax-

tında daşınmasına (işçilərin DNQT-yə və gəmiyə, vertolyotla

köçürülmə də daxil olmaqla);

-DNQT-də geofiziki heyətin dincəlməsi üçün onları otaq-

larla təmin etməyə;

-DNQT-nin işçiləri ilə birgə geofiziki dəstənin işçiləri üçün

kollektiv qidanın təşkilinə;

-geofiziki heyət DNQT-də olduqda onlar üçün xilasetmə

vasitələrinin ayrılmasına və onlara həmin vasitələrdən istifadə

qaydalarının öyrədilməsinə.

8.6.2.   PDI-dən   sonra   istifadə   olunmamış   PM   birinci

imkan olan kimi DNQT-dən çıxarılmalıdır.

8.6.3. DNQT-də PDI aparılan müddətdə PM bunun üçün

xüsusi ayrılmış yerdə daşınan konteynerlərdə saxlanılmalıdır.

Həmin sahə fövqəladə hallarda PM olan konteyneri dənizə at-

maq üçün xüsusi qurğu ilə təchiz edilməlidir. Konteynerin qa-

pağı etibarlı bağlanmalıdır və onun açarı partladıcıda olmalıdır.

409



8.6.4.   PDI   aparılmamışdan   əvvəl   karotaj

laboratoriyasının   və   karotaj   qaldırıcısının   gövdəsi   DNQT-nin

yerləbirləşdirmə   konturuna   calaqsız   metal   əlaqə   ilə   etibarlı

birləşdirilməlidir.

8.6.5.  PDI aparılan  müddətdə  DNQT-də vışkanı, karotaj

kabelinin trasını, PDA-nın doldurma yerini və karotaj bucurqadını

əhatə edən təhlükəli zona müəyyən edilməlidir (ayrılmalıdır).

8.6.6.   Təhlükəsizlik   baxımından   PDI   zamanı   təhlükəli

zona həddində qalan (işləyəcək) mədən-geofiziki heyətin və

DNQT   briqadasının   tərkibi   sifarişçinin   və   icraçının   rəhbərliyi

tərəfindən birgə olaraq müəyyən edilir. Qalan heyət isə PDI

aparılan müddətə təhlükəli zonadan kənarlaşdırılmalıdır.

8.6.7. PDI-dən əvvəl aşağıdakılara əməl olunmalıdır:

-xüsusi icazə verilənə  qədər  DNQT-də radiostansiyanın

işini dayandırmalı və bu haqda   DNQT-nin bilavasitə yaxınlı-

ğındakı radiostansiyaları xəbərdar etməli;

-mobil telefonları söndürməli;

-yükləmə-boşaltma işlərini dayandırmalı;

-aktiv katod mühafizəsini söndürməli.

8.6.8. PDI aparılan zaman təhlükəli zonanın yaxınlığında

yanğınsöndürmə vasitələri olmalıdır.

8.6.9. AYLT-li quyularda PDI aparılan müddətdə DNQT-

nin   yaxınlığında   qəza-xilasetmə   gəmisi   və   yanğınsöndürmə

gəmisi olmalıdır.

8.6.10. Işə düşməmiş (açılmamış) PDA-nın və həmçinin

SV çıxarılması mümkün olmayan torpedaların iş yerində məhv

edilməsi mümkün olmadıqda, onlar dəniz nəqliyyatı vasitəsilə

müvafiq   təhlükəsizlik   tədbirlərinə   əməl   edilməklə   sahilə

daşınmalı və sonradan məhv edilməlidir.

8.6.11. DNQT-də qəza halı baş verdikdə (neft-qaz təzahü-

rü, yanğın) və PM və ya RM-in qəza-xilasetmə gəmisinə və ya

növbətçi   gəmiyə   dərhal   boşaldılması   mümkün   olmadıqda,

DNQT-nin rəisinin icazəsi ilə PM və RM-in dənizə atılmasına icazə

410



verilir. Lakin sonradan PM və RM-in atıldığı (batırıldığı) yer dəqiq

göstərilməklə,   onların   növü,   çəkisi   və   qablaşdırılmasının

xüsusiyyəti   qeyd   olunmaqla   Akt   tərtib   olunmalı   və

«Xəzərdənizneftdonanma»   Idarəsinin   hidroqrafik   xidmətinə,

hüquq mühafizə orqanlarına, sanitar-texniki laboratoriyanın ra-

diasiya   nəzarəti   qrupuna,   Azdövdağtexnəzarət   Komitəsinə   və

həmçinin   Ekologiya   və   Təbii   Sərvətlər   Nazirliyinə   məlumat

verilməlidir.

411




Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   184   185   186   187   188   189   190   191   ...   246




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə