Азярбайъан республикасы


 Quyularda layların boru vasitəsi ilə sınanması



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə186/246
tarix08.02.2022
ölçüsü1,37 Mb.
#83564
növüQaydalar
1   ...   182   183   184   185   186   187   188   189   ...   246
427034950-Neft-Qaz-Chixarma-Senayesinde-Tehlukesizlik-Qaydalari-Kitabi

8.4. Quyularda layların boru vasitəsi ilə sınanması

8.4.1.   Quyuların   sınanması   ilə   əlaqəli   işlər   icraçı

tərəfindən   işlənilmiş   (tərtib   olunmuş)   və   sifarişçi   tərəfindən

təsdiqlənmiş plana uyğun aparılmalıdır.

404



8.4.2.  Sınaq  işlərinə başlamazdan əvvəl qazma briqada-

sının   növbə     (vaxta)     işçiləri   geofiziki   partiyanın   (dəstənin)

rəisi  və qazma ustası tərəfindən işlərin  təhlükəsiz  və qəzasız

aparılması,   həmçinin   neftqaz     təzahürlərinin   və   açıq

fontanların   qarşısının   alınması   üzrə     təlimatlandırılmalıdırlar.

Təlimatlandırılmanın nəticələri «Iş yerində   təlimatlandırılma-

nın qeydiyyat jurnalı»nda qeyd  olunmalıdır.

8.4.3. Quyuların sınanması zamanı qazma avadanlığının

təmiri,   elektrik   –   qazqaynağı   işlərinin   və   digər   odlu   işlərin

aparılması qadağandır.

8.4.4. Yerin səthinə neftin və qazın buraxılması ilə quyu-

ların sınanmasına başlamazdan əvvəl, Istehsalat Birliyi (yuxarı

təşkilat) tərəfindən  təsdiqlənmiş və  FQDHH ilə  razılaşdırılmış

işlərin yerinə yetirilməsinə dair xüsusi  plan tərtib olunmalıdır.

8.4.5. Neftqaz təzahürlü, udulma gedən və digər mürək-

kəbləşmələr olan   quyularda   bu   mürəkkəbləşmələr aradan

qaldırılmayana qədər sınaq işlərinin aparılması qadağandır.

8.4.6.   Quyuağzı   yığım   (obvəzka),   məhlulun   axımının

intensivliyinə və həmçinin boruarxasında səviyyəsinə nəzarət

etməyə   və   həmçinin   lay     məhlulunun   onun   üçün   xüsusi

hazırlanmış   tutuma   və   ya     xəndəyə   axıdılmasına   imkan

verməlidir.

8.4.7. Quyu ağzında, əgər bu geoloji – texniki  naryadda

nəzərdə tutulubsa, məsafədən idarə olunan atqıya qarşı ava-

danlıq quraşdırılmalıdır.

8.4.8.   Qazma   alətinin   sonuncu   yuxarı   borusu   kranla,

künclə (uqolğnik) və sementləyici aqreqata birləşdirilərək boru

ilə təmin olunmuş quyuağzı başlıqla təchiz olunmalıdır.

8.4.9. Quyuağzı başlıq quyuağzı yığımın   manifoldu ilə

birləşməli və bütün  bu sistem  başlığın pasportunda (texniki

sənədində) göstərilmiş  təzyiqə sınanmalıdır.

405



8.4.10. Sonuncu yuxarı boru elə uzunluqda olmalıdır ki,

monometrə   və   quyuağzı   boşluqda   olan   yüksək   təzyiqin

buraxılış kranına nəzarət və xidmət etmək mükün olsun.

8.4.11. Quyudan məhlul çıxan müddətdə qazma bucur-

qadının ötürücüsünü (privod) söndürmək  qadağandır.

8.4.12. Quyunun sınanması əməliyyatı zamanı  quyu ağ-

zında   təzyiq   olarsa,   pakerin     çıxarılması,   açıq   fontanın

yaranması halının   qarşısının   alınmasını və rezin   elementin

çıxma   halının   istisnasını   təmin   edən     tədbirlərin     yerinə

yetirilməsi ilə həyata keçirilməlidir.

8.4.13. Güclü qaz və yüksək qaz tərkibli neft axımı əldə

olunduqda, paker vaxtında   çıxarılmalı, sirkulyasiya klapanını

açmadan   qazma borularında olan məhlul buruqdan kənara

boşaldılmalıdır. Sonra sirkulyasiya klapanı açılmalı, quyunu əks

sirkulyasiya   ilə   yumalı     və   qazma   məhlulunu   boruarxası

boşluğa fasiləsiz   axıtmaqla alətin   qaldırılmasına   başlamalı.

Açıq   tullanışın   və   porşenləşmənin   (porşnevanie)   baş

verməməsi üçün qazma aləti yavaş – yavaş qaldırılmalıdır.

8.4.14. Boru arxasında neftqaz təzahürü olduqda paker

çıxarılmalı, alətin qaldırılması dayandırlımalı, preventor bağlan-

malı, sirkulyasiya klapanı açılmalı və preventorun çıxışı vasitə-

silə əks yuyulma aparılmalıdır. Sirkulyasiya neft-qaz təzahürü

aradan qaldırılana qədər aparılmalıdır.

8.4.15.   Quyu   lüləsinə   pekerin   qoyulması   və   anomal

yüksək lay təzyiqli (AYLT)   və həmçinin intensiv neft və qaz

axımı   gözlənilən   quyularda   layların   məhsuldarlığının   tədqiq

olunması sutkanın  gündüz vaxtı yerinə yetirilməlidir.

8.4.16.   Pakeri   çıxararkən   sınaq   aləti   tutularsa,   aləti

yuxarı   –aşağı   hərəkət   etdirmək   lazımdır.   Əgər   aləti   azad

etmək mümkün olmursa, onda real şəraitdən  asılı olaraq 2-4

saatdan   sonra     alətin   yuxarı-aşağı   hərəkətini   (rasxajivanie)

dayandırmalı   və   sirkulyasiyanı   bərpa   etməli.   Borulu   lay

sınayıcısının   quyudan   çıxarılması   icraçının  

  məsul


406


nümayəndəsinin   iştirakı   ilə   mürəkkəb   işlər   üzrə   ustanın

rəhbərliyi   altında   sifarişçinin   xüsusi   planına   əsasən   yerinə

yetirilməlidir.

8.4.17. Quyuda bir obyektin sınağı zamanı yüksək debitli

neft   və   qaz   əldə   olunduqda,   digər   obyektlərin   sınağı

sifarişçinin   tabe   olduğu   yuxarı   təşkilatın   icazəsi   ilə

aparılmalıdır. 

8.4.18. Qəzaların və bədbəxt hadisələrin qarışısının alın-

ması üçün  qazma borularının quyudan qaldırılması aşağıdakı

hallarda qadağandır:

a)   layı   sınadıqdan   və   bağlayıcı   klapanı   bağladıqdan

sonra, quyu ağzında qazma borularından qazın çıxması başa

çatana qədər;

b) borularda lay məhsulu (flüid) olduqda həmin məhsulu

boruların boşluğundan əks yuma üsulu ilə çıxış xəttindən (ot-

vodnaə   liniə)   tutuma   doğru   kənarlaşdırmadan   və   borularda

olan   hidrostatik   təzyiqi   boruarxası   təzyiqlə

bərabərləşdirmədən.

8.4.19. Yuxarı  borunun  yığımının  (obvəzka)  sökülməsi,

borulardan lay məhsulunun (o cümlədən qazın) çıxması tam

dayandıqdan sonra yerinə yetirilməlidir.

8.4.20. Nəzarətdən çıxmış neft – qaz təzahürləri olduqda

və   quyu   ağzını   texniki   cəhətdən   kipləşdirmək   mümkün

olmadıqda, qazma qurğusunu elektrik şəbəkəsindən ayırmaq,

daxiliyanma   mühərriklərini   söndürmək   və   təhlükəli   zonadan

insanları   çıxarmaq   lazımdır.   Bu   zaman   buruqda   mobil

telefonlar   və   digər   rabitə   vasitələri   dərhal   söndürülməli   və

yalnız   təhlükəli   zonadan   50m     aralandıqdan   sonra   işə

salınmaldıır.

Bundan sonra FQDHH-ni çağırmaq lazımdır.




Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   182   183   184   185   186   187   188   189   ...   246




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə