Азярбайъан республикасы


 Partlayış, deşikaçma və elektrometrik işləri



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə184/246
tarix08.02.2022
ölçüsü1,37 Mb.
#83564
növüQaydalar
1   ...   180   181   182   183   184   185   186   187   ...   246
427034950-Neft-Qaz-Chixarma-Senayesinde-Tehlukesizlik-Qaydalari-Kitabi

8.2. Partlayış, deşikaçma və elektrometrik işləri

(PDEI)

396



8.2.1. Quyularda partlayış və deşikaçma (perforasiya) iş-

lərini   yalnız   mədən   –   geofiziki   partiyanın   (dəstənin)   işçiləri

yerinə yetirməlidir.

8.2.2. Qazlı və udulma gedən   quyularda elektrometrik

işlərin aparılması qadağandır.

8.2.3. Mədən – geofiziki partiya, partlayış və deşikaçma

işlərinə başlamazdan əvvəl quyunun   partlayış və deşikaçma

işlərinə  bu Qaydaların tələblərinə  və Akta (əlavə 13) uyğun

hazır olmasını yoxlamalıdır.

8.2.4. Quyularda partlayış işləri, sifarişçi təşkilatın (quyu-

ların   sahibi)   sifarişi     ilə   sifarişçinin   məlumatları   əsasında

geofiziki  təşkilat  tərəfindən    tərtib  olunmuş və təsdiqlənmiş

texniki layihəyə uyğun  yerinə yetirilməlidir.

8.2.5. Partlayış və deşikaçma (perforasiya) işlərinə başla-

mazdan əvvəl  quyuağzı bu Qaydaların 3.9.2  bəndinin tələb-

lərinə  uyğun hazırlanmalıdır.

8.2.6.   Partlayış     və   deşikaçma   işləri   aparılan   zaman

quyu   ətrafında,   radiusu   50m   –dən   az     olmayaraq   təhlükəli

zona təyin edilməlidir. Torpeda və deşikaçan aparat quyuya

50m dərinliyə buraxıldıqdan sonra təhlükəli  zonanın radiusu

20m-ə qədər azaldıla bilər.

8.2.7.   Qazma   aparılan   quyuda,   qazma   bucurqadı   və

onun     ötürücüsü   (intiqalı)   nasazdırsa   və   onlardan   qəza

hallarında   istifadə   oluna   bilinməzsə,   belə   quyuda   partlayış,

deşikaçma və elektrometrik işlərin aparılması qadağandır.

8.2.8.  Partlayış  və  deşikaçma  işləri  aparılan  müddətdə

quyunun yerüstü  avadanlığı (qazma  qurğusunun mühərriki,

nasoslar və digər  mexanizm və aqreqatlar)  dayandırılmalıdır

(işləməməlidir).  Partlayış və deşikaçma əməliyyatları ilə bağlı

olmayan işlər təhlükəli zona həddində dayandırılmalıdır.

397



8.2.9. Geofiziki avadanlıqla və torpedanın quyuya bura-

xılması ilə əlaqəsi olmayan işçilər bu işlərə başlamazdan əvvəl

təhlükəli zonadan (bax 8.2.6)  kənarlaşdırılmalıdır.

Torpeda   partladılana   qədər   quyu   ağzından   bütün

adamlar uzaqlaşdırılmalıdır.

8.2.10.   Aşağıdakı   hallarda   quyuda   partlayış   və

deşikaçma işlərinin görülməsi qadağandır:

a) quyuda geofiziki aparatın, deşikaçma aparatının və ya

torpedanın buraxılması üçün  maneə olarsa;

b)   deşikaçma   aparatının   və   ya   torpedanın   uçma   və

tutulma nəticəsində quyuda ilişməsi baş verərsə;

c) layihə tapşırığına görə quyu ağzında siyirtmə olmazsa;

ç) quyuda tətbiq olunan partlayıcı maddələr və partlatma

vasitələri üçün yol verilən həddən artıq temperatur olarsa;

d) boran, çovğun və sıx duman olarsa.

8.2.11. Qazlı və məhlulu udan quyularda   və məhlulun

səviyyəsi statik səviyyədən aşağı olan quyularda partlayış və

deşikaçma işlərinin  aparlıması müstəsna hallarda və hər dəfə

yuxarı təşkilatın baş mühəndisinin və yanğın təhlükəsizliyi nə-

zarəti orqanının icazəsi ilə yerinə yetirilə bilər.

8.2.12. Qaz quyularında qazlı mühitdə perforasiya işləri

«Təzyiqli qaz mühitli qaz quyularının perforasiyası üzrə təli-

mat»a uyğun aparılmalıdır.

8.2.13. Quyularda partlayış və deşikaçma işləri  əsasən

sutkanın gündüz vaxtı aparılmalıdır. Sutkanın qaranlıq (gecə)

vaxtı bu işlərin görülməsinə yalnız iş yerlərinin və   təhlükəli

zonanın qüvvədə olan  normaya uyğun işıqlandırılması təmin

olunduqda icazə verilir.

8.2.14. Partlayış və ya deşikaçma əməliyyatı   partladıcı

maşından və ya perforator  lövhəsindən (şitindən)  yalnız bu

işlərin rəhbəri  tərəfindən yerinə yetirilməli və bu  işlər qurtar-

dıqdan sonra o, partladıcı maşını (və ya  perforator lövhəsini)

qıfıllamalı və açarı da özündə saxlamalıdır.

398



8.2.15.   Partlayışdan   sonra   quyu   ağzına   yaxınlaşmağa

yalnız partlayış işlərinin rəhbərinə və siyirtmələri idarə edən

işçiyə icazə verilir. Qalan işçilər  quyu  ağzına yalnız partlayış

işlərinin rəhbəri tərəfindən  quyunun vəziyyəti yoxlanıldıqdan

və  onun icazəsindən sonra buraxıla bilərlər.

8.2.16.   Partlayış   və   deşikaçma   cihazlarının   quyuda

pərçimlənməsi   ilə   müşahidə     olunan   imtinalar   (onların   işə

düşməməsi) zamanı, xüsusi ehtiyat tədbirlərinə riayət etməklə

cihazların çıxarılmasına dair lazımi tədbirlər görülməlidir.

Işə düşməmiş (açılmamış)  aparatları  quyuda saxlamaq

(qoymaq) qadağandır. Tutulmadan azad olmaq üçün qazma

bucurqadından   istifadə   etmək   lazım   gələrsə   bütün

əməliyyatlar  geofiziki partiyanın (dəstənin)  rəisinin,  qazma

ustasının   və   ya     mürəkkəbləşmələr   üzrə   böyük   ustanın

rəhbərliyi ilə yerinə yetirilməlidir.

8.2.17. Quyuda işə düşməmiş (açılmamış)  aparatı tutul-

madan   azad   etmək   üçün     cəlb   olunmuş   qazma   briqadası

heyəti     bu   işlərə   başlamazdan   əvvəl,     geofiziki   partiyanın

(dəstənin)   rəisi   tərəfindən   təlimatlandırılmalıdır.

Təlimatlandırılmanın   nəticələri   qazma   biriqadasının

təlimatlandırılma jurnalında qeyd olunmalıdır.

8.2.18. Açılmamış (işə düşməmiş) güllələr olan aparatı

quyudan çıxararkən təhlükəli zonada, bu prosesin yerinə yeti-

rilməsi ilə bağlı olmayan şəxslərin olması qadağandır.

8.2.19.   Quyudan   çıxarılmış,   gövdəsinin   deformasiyası

nəticəsində   boşaldılması   mümkün   olmayan     partlayış   –

deşikaçma     aparatı   (PDA),     istismar   sənədlərində   nəzərdə

tutulmuş   təhlükəsizlik   tədbirlərinə     əməl   olunmaqla,   PDI

aparılan yerdə məhv edilməlidir. Iş görülən yerlərdə PM məhv

edilmə   qaydası   (rəhbərlik,   nəzarət,   hesabat)

Azdövdağtexnəzarət Komitəsi ilə razılaşdırılmalıdır.

399



8.2.20. Partlayıcı maddəli PDA-nın hər bir halda quyuda

qalması   haqda   Azdövdağtexnəzarət   Komitəsinə   dərhal

məlumat verilməlidir.

8.2.21. Istismar kəmərinin  perforasiyasından sonra qaz

–neft   təzahürü   əlamətləri   müəyyən   edilərsə   (qazma

məhlulunun   artımlı   axımı   və   s.)     quyu   ləngimədən

kipləşdirilməlidir.

8.2.22. Quyuda olan   tıxacların buraxılan  torpedaların,

perforatorların və digər yüklərin vasitəsilə  açılması (keçilməsi)

qadağandır.

8.2.23.  Quyularda  perforatorların  doldurulması  daşınan

doldurma  laboratoriyasında və ya işlərin təhlükəsiz yerinə ye-

tirilməsi   üçün   xüsusi   vasitələrlə   təchiz   olunmuş   birdəfəlik

istifadə üçün uyğunlaşdırılmış yerlərdə yerinə yetirilməlidir.

8.2.24. Küt halda olan quyularda PDEI vışka – bucurqad

bloku çəkilməzdən əvvəl yerinə yetirilməlidir.

Vışka – bucurqad bloku çəkildikdən (çıxarıldıqdan) sonra

bu işlər yalnız  müvafiq rəhbər sənədin və bu Qaydaların tə-

ləblərinə   əməl   edilməklə   Azdövdağtexnəzarət   Komitəsinin

razılığı ilə yerinə yetirilə bilər.

8.2.25. Küt halda olan quyularda PDE işlərinin aparılması

üçün iki quyu arasında 10x15m ölçüdə, onların quyu ağızları

arasındakı məsafənin tən orta  nöqtəsindən simmetrik olaraq

və enli tərəfi ilə körpülərə  istiqamətlənmiş, quyu ağzından ən

azı 20m məsafədə yerləşən meydança (sahə) hazırlanmalıdır.

8.2.26.   Quyularda   PDE   işləri   aparılan   müddət   ərzində

mobil telefonlar və digər rabitə vasitələri söndürülməlidir.


Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   180   181   182   183   184   185   186   187   ...   246




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə