Азярбайъан республикасы


 Qələvi və turşularla əlaqəli işlər



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə19/246
tarix08.02.2022
ölçüsü1,37 Mb.
#83564
növüQaydalar
1   ...   15   16   17   18   19   20   21   22   ...   246
427034950-Neft-Qaz-Chixarma-Senayesinde-Tehlukesizlik-Qaydalari-Kitabi

1.9.2. Qələvi və turşularla əlaqəli işlər

1.9.2.1.   Qələvi   və   turşularla   işləyərkən   avadanlıqların,

boru   kəmərlərinin   və   armaturların   flans   birləşmələri   örtüklə

bağlanmalıdır.

1.9.2.2. Qələvi və turşuların  səviyyəsini  ölçən  qurğular

elə   quraşdırılmalıdır   ki,   işçilərin     tutumun   üstünə   qalxması

istisna olunmuş olsun.

1.9.2.3. Qələvi və turşular saxlanılan tutumlara dövri ola-

raq baxış keçirilməlidir. Bütün aşkar olunmuş qüsurlar dərhal

aradan qaldırılmalıdır.

39



1.9.2.4. Kaustik sodanı əl ilə bölmək (xırdalamaq) qada-

ğandır. Onu xüsusi tutumda buxara verməklə yumşaltmaq la-

zımdır.

1.9.2.5.   Kaustik   sodanı   buxara   verərkən,   işçilərin

qələvinin   sıçrantılarından   (damcılarından)   və   ya   buxardan

yanıq almaması üçün, barabanın altına verilən buxarı ehtiyatla

buraxmaq lazımdır.

1.9.2.6.   Qələvinin   buxara   verilməsini   müşahidə   etmək

üçün,   buxarın   verilməsini   dayandırmadan   barabanı   əymək

qadağandır.

1.9.2.7.   Barabanların   buxara   verilməsi   üçün   onların

tutuma qaldırılması mexanikləşdirilməlidir.

1.9.2.8.   Müxtəlif   qatılıqlı   turşuların,   onların   saxlanıldığı

tutumlarda qarışdırılması qadağandır.

1.9.2.9. Ammonyak, qələvi və turşu məhlullarının hazır-

lanmasından əvvəl tutumların, boru kəmərlərinin, ventillərin,

siyirtmələrin sazlığı yoxlanılmalıdır.

1.9.2.10.   Sulfat   turşusunu   su   ilə   qarışdırmaq   üçün

turşunu suyun üzərinə yavaş-yavaş tökmək lazımdır.

1.9.2.11. Qələvi, ammonyak və ya turşu dərinin üzərinə

düşərsə,   dərhal   həmin   yer   yetərincə   su   ilə   yuyulmalı,

neytrallaşdırıcı   vasitələrlə   işlənməli   və   tibb   məntəqəsinə

müraciət olunmalıdır.

1.9.2.12. Ammonyakın 25% sulu məhlulu ilə işlər görü-

lərkən qələvilərə tətbiq olunan eyni   təhlükəsizlik tələblərinə

riayət olunmalıdır.

1.9.2.13. Qələvi, turşu və göz üçün təhlükəli digər mad-

dələrlə   işləyərkən   mühafizə   eynəyindən   istifadə   olunmalıdır.

Eynəksiz işləmək qadağandır.


Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   246




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə