Азярбайъан республикасы


 Hündürlükdə aparılan işlər



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə27/246
tarix08.02.2022
ölçüsü1,37 Mb.
#83564
növüQaydalar
1   ...   23   24   25   26   27   28   29   30   ...   246
427034950-Neft-Qaz-Chixarma-Senayesinde-Tehlukesizlik-Qaydalari-Kitabi

1.13. Hündürlükdə aparılan işlər

1.13.1. Hündürlükdə işləməyə yaşı 18-dən az olmayan,

tibbi müayinədən keçmiş   və sağlamlığına görə yararlı olan,

hündürlükdə təhlükəsiz iş aparmaq üsullarını öyrənmiş, belə

işlərin aparılması üçün xüsusi vəsiqəsi və həkim komissiyasının

rəyi olan şəxslər buraxılırlar.

Hündürlükdə işləyənlərə həkim baxışı vaxtaşırı - ildə 1

dəfə aparılmalıdır.



Qeyd:  

hündürlükdə   görülən   işlər   üzərində   bilavasitə

konstruksiyaların quraşdırılması və ya təmir işləri aparılan yer

səthindən, taxtapuşdan və ya işçi döşəmədən   2m və daha

hündürdə yerinə yetirilən işlər hesab edilirlər.

1.13.2. Hündürlükdə işləri yerinə yetirməzdən əvvəl təh-

lükəli  zonalar  müəyyən edilməli,  çəpərlənməli  və «Təhlükəli

zona», «Yuxarıda işləyirlər» xəbərdaredici nişanlar asılmalıdır.

Hüdudlarında   təhlükə   baş   verməsi   ehtimal   olunan   təhlükəli

63



zonalar   sərhəddi   hündürlükdən   əşya   düşməsinin   mümkün

olması ilə əlaqədar olaraq 20m-ə qədər hündürlük üçün - 7m,

70-m-ə   qədər   hündürlük   üçün   -   10m   müəyyən   edilməli   və

ətrafındakı   təhlükəli   zona   rəngli   (ağ-qırmızı,   sarı-qırmızı)

lentlərlə işarələnməlidir.

1.13.3.   Hündürlükdə   işlərin   görülməsi   üçün   nəzərdə

tutulmuş   işçi   meydançalar   bu   Qaydaların   1.5.48   bəndinə

uyğun olmalıdır.

1.13.4.   Işçinin   hündürlükdən   düşmə   təhlükəsi   ilə

əlaqədar olan işlər qoruyucu kəmərlərdən  istifadə edilməklə

yerinə yetirilməlidir.

1.13.5. Qoruyucu kəmərlər  və fallar  istehsalçı-zavodun

istismar təlimatına uyğun olaraq statik yük verməklə ildə 2 də-

fədən az olmayaraq sınaqdan keçirilməli və müvafiq akt tərtib

edilməlidir. Istismar təlimatında belə məlumatlar olmadıqda sı-

naq   3000   N   (300   kq)   statik   yük   verməklə   5   dəqiqə

müddətində keçirilməlidir.

1.13.6. Yanğın-partlayış təhlükəli istehsalatlarda (neftin

hazırlanma   qurğularında,   rezervuarlar   parkında   və   s.)   taxta

döşəmələrin tətbiqi qadağandır.

Avadanlıqlar, aparatlar  və qurğular tamamilə dayandırıl-

dıqdan sonra, təmir zamanı taxtabəndlərdə işləyəndə qalınlığı

40mm-dən   az   olmayan   taxtalardan   ibarət   döşəmənin

müvəqqəti quraşdırılmasına  yol verilir.




Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   246




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə