Азярбайъан республикасы


 Korroziyaya qarşı mübarizə işləri



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə23/246
tarix08.02.2022
ölçüsü1,37 Mb.
#83564
növüQaydalar
1   ...   19   20   21   22   23   24   25   26   ...   246
427034950-Neft-Qaz-Chixarma-Senayesinde-Tehlukesizlik-Qaydalari-Kitabi

1.10. Korroziyaya qarşı mübarizə işləri

1.10.1.  Ingibitorlarla korroziyaya qarşı mübarizə

1.10.1.1. Ingibitorlar yüksək toksikoloji xassələrə malik

birləşmələrdən ibarət olmamalıdır.

1.10.1.2.   Ingibitorlar   yanğın-partlayış   təhlükəsizliyi

nöqteyi – nəzərindən aşağıdakı tələblərə cavab verməlidir:

-alovlanma temperaturu 55

0

C yuxarı olmalı;



-alışma temperaturu 65

0

C yuxarı olmalı;



-öz-özünə alışma temperaturu 200

0

C yuxarı olmalıdır.



1.10.1.3.

 

Ingibitorlar



 

sabit


 

(dəyişməyən)

komponentlərdən  ibarət  olmalı  və minimum 1 il  ərzində  öz

qoruyucu   xassələrini   və   fiziki-kimyəvi   göstəricilərini

saxlamalıdır.

1.10.1.4. Ingibitorlar, korroziyadan qorunan sistemlərdə

və   basqı   (vurucu)   quyularının   quyudibi   zonasında   sulfat

bərpaedici bakteriyaların inkişafına şərait yaratmamalıdır.

1.10.1.5. Onlar neft veriminin artırılmasında istifadə olu-

nan səthi aktiv maddələrlə kimyəvi reaksiyaya girməməlidir.

1.10.1.6. Ingibitorlar 100-120

0

C qədər temperaturda qo-



ruyucu xassələrini saxlamalı, boru kəmərlərinin və aparatların

divarlarında qətran çökmələri və yanıq əmələ gətirməməlidir.

1.10.1.7. Ingibitorlar avtosisternlərdə və ağzı klapanlarla

təchiz olunmuş tutumlarda nəql edilməlidir. Tutumlar saz və

germetik olmalıdır.

Bu məqsədlər üçün istifadə olunan avtosisternlərin və tu-

tumların   üzərində   silinməyən   açıq   rənglə   «Zəhər»,   «Oddan

təhlükəlidir!» və yanar məhlullar üçün qəbul  olunmuş digər

xəbərdaredici   yazılar   və   işarələr   olmalıdır.   Avtosisternlər

mütləq ilkin yanğınsöndürmə vasitələri ilə təchiz olunmalıdır.

1.10.1.8. Ingibitorlar doldurulan və boşaldılan ərazidə si-

qaret çəkmək və oddan istifadə etmək qadağandır.

46



1.10.1.9.   Ingibitorların   doldurulması   və   boşaldılması

işinə,   onların   təhlükəli   xüsusiyyətləri   haqqında   xüsusi   təlim

keçmiş fəhlələr buraxılır.

1.10.1.10. Işlənmiş qazların səsboğucu borusu qığılcım-

söndürənlə   təchiz   olunmalı   və   avtosisternin   mühərrikindən

qabağa çıxarılmalıdır.

1.10.1.11.   Avtosisternlərin   ingibitorlarla   doldurulması,

boşaldılması prosesini azı iki nəfər yerinə yetirməlidir.

1.10.1.12.   Avtosisterni   ingibitorla   doldurarkən   partlayış

təhlükəli qatılığın əmələ gəlməsinin qarşısını almaq üçün təh-

lükəsizlik tədbirləri görülməlidir. Tutum qabaqcadan su buxarı

və ya təsirsiz qazla üfürülməli və ya müvafiq texniki yuyucu

vasitələrlə yuyulmalıdır.

1.10.1.13. Avtosisterndə lyukun açılması və dirsəyin bər-

kidilməsi zamanı işçilər küləkdöyən tərəfdə dayanmalıdırlar.

1.10.1.14. Bu proseslər zamanı doldurma estakadasının

100m radiusunda bütün təmir işləri dayandırılmalıdır.

1.10.1.15. Ingibitorlar avtosisternə doldurularkən və qu-

yuya vurularkən odlu işlərin aparılması, siqaret çəkilməsi qada-

ğandır.


1.10.1.16.   Avtosisterni   doldurduqdan   sonra   şlanq   tam

boşaldılmalı, ingibitorun yerə tökülməsinə yol verilməməlidir.

1.10.1.17.   Ingibitorlar   üzvi   həlledici   əsaslı   olduqda,

onların   nəql   edilməsində   istifadə   olunan   boru   kəmərləri   və

doldurma   estakadalarının   dayaqları   yerləbirləşdiriciyə

bərkidilməlidir.

1.10.1.18. Avtosisterni ingibitorla dolduranda və ya bo-

şaldanda   onun   gövdəsi   yerləbirləşdirici   qurğuya,   əgər   o

yoxdursa, 0,5 m-dən az olmayan dərinliyə sancılmış daşınma

yerləbirləşdirici milə etibarlı bərkidilməlidir.

Avtosisterni, yalnız doldurma, boşaldılma prosesi qurtar-

dıqdan sonra yerləbirləşdirici qurğudan ayırmağa icazə verilir.

47



1.10.1.19. Boşaldıcı rezin şlanqlar, diametri 2 mm-dən az

olmayan mis məftillə sarınmalı, sarğının addımı 100 mm-dən

çox olmamalı, məftilin bir ucu boşaldılan boruya, digər ucu isə

şlanqın   ucluğuna   bərkidilməlidir.   Şlanqın   ucluğu   zərbədən

qığılcım yaratmayan metaldan olmalıdır.

1.10.1.20. Üzvi həlledici əsaslı ingibitorların boru kəmər-

lərinə   və   tutumlara   verilmə   sürəti   aşağıdakı   göstəricilərdən

artıq olmamalıdır:

a) xüsusi həcmi elektrik müqaviməti 10

5

 Om.m –dən çox



olmayan mayelər üçün – 10 m/san;

b) xüsusi həcmi elektrik müqaviməti 10

5

 Om.m-dən çox,



10

9

 Om.m-dən az olan mayelər üçün – 5m/san;



c) xüsusi həcmi elektrik müqaviməti 10

9

 Om.m-dən çox



olan   mayelər   üçün   –   1,2   m/san   (boru   kəmərinin   diametri

200 mm-ə qədər olanda).

1.10.1.21. Statik elektriklənmənin qarşısını almaq üçün

avtosisternə yerin səthinə toxunan zəncir bərkidilməlidir.

1.10.1.22.   Ingibitorun   tənəffüs   klapanı   ilə   təchiz

edilməmiş tutumda saxlanılması qadağandır.

1.10.1.23.   Ingibitorla   doldurulmuş   tutumların   və

quyuların yanında yerləşdirilmiş qurğuların üzərində müvafiq

xəbərdaredici işarələr olmalıdır.

1.10.1.24. Ingibitor saxlanılan yer mütləq hasarlanmalı,

bənd çəkilməli və yanğın təhlükəsizliyi qayda və normalarına

uyğun lazımi yanğınsöndürücü vasitələrlə təchiz edilməlidir.

1.10.1.25. Ingibitorun quyuya vurulmasından əvvəl gö-

rüləcək işlərin planı tərtib olunmalı və cavabdeh rəhbər şəxs

təyin   edilməlidir.   Iş   planı   hər   quyu   üçün   ayrılıqda   tərtib

olunmalı,   neft   və   qazçıxarma   idarəsinin   baş   mühəndisi

tərəfindən təsdiq edilməli və yanğın təhlükəsizliyi xidməti ilə

razılaşdırılmalıdır.

1.10.1.26. Işə başlamazdan əvvəl işçilər mütləq aşağıda-

kılarla tanış olmalıdır: 

48



a) görüləcək işlərin xarakteri, baş verə biləcək təhlükəli

hallar və təhlükəsizlik tədbirləri;

b) qurğuların və quyu ağzının birləşmə sxemləri və ingi-

bitorların vurulmasının texnoloji rejimi;

c) qəza halları baş verərsə, görüləcək tədbirlər.

1.10.1.27. Işlərin təhlükəsizliyini təmin etmək üçün ingi-

bitoru vurmazdan əvvəl avadanlıqların, mexanizmlərin, siqnal,

nəzarət-ölçü   cihazlarının   və   başqa   qurğuların   saz   olmasını

yoxlamaq lazımdır.

1.10.1.28. Vurucu aqreqatı quyuağzı armatura birləşdir-

dikdən   sonra   basqı   xəttinin   germetikliyi   reagent

vurulmamışdan əvvəl su ilə gözlənilən işçi təzyiqdən 1,5 dəfə

artıq təzyiqlə sınanmalıdır.

1.10.1.29.   Ingibitor   verilən   zaman   basqı   xəttində   əks

klapan, bağlayıcı qurğu, quyuağzı armaturda isə manometr ol-

malıdır. Əks klapan, bağlayıcı qurğu və manometr dozator na-

sosunda da qoyulmalıdır.

1.10.1.30. Ingibitoru quyuya vurarkən işçilərin quyu ağ-

zında və basqı xəttinin yaxınlığında dayanması qadağandır.

1.10.1.31. Ildırım çaxan zaman ingibitorun boşaldılması,

doldurulması və quyuya vurulması dayandırılmalıdır.

1.10.1.32. Ingibitorları quyuya vurarkən onların buxarla-

rının   və   qazlarının   qurğuların   yerləşdiyi   sahədə   və   quyu

ağzında yol verilən qatılığı (YVQ) sanitariya normalarından çox

olmamalıdır.   Qazların   qatılığı   səyyar   qaz   analizatoru   ilə

ölçülməlidir.   Qazların   qatılığı   YVQ-dən   çoxdursa,   onların

azaldılması üçün tədbirlər görülməlidir.

1.10.1.33.   Ingibitorla   işləyən   zaman   bu   Qaydaların   və

həmçinin [8, 9, 291]-in tələblərinə əməl olunmalıdır.


Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   246




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə