Азярбайъан республикасы


 Qaz təhlükəli və odlu işlər



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə25/246
tarix08.02.2022
ölçüsü1,37 Mb.
#83564
növüQaydalar
1   ...   21   22   23   24   25   26   27   28   ...   246
427034950-Neft-Qaz-Chixarma-Senayesinde-Tehlukesizlik-Qaydalari-Kitabi

1.11. Qaz təhlükəli və odlu işlər

1.11.1.   Qaz     təhlükəli   və   odlu   işlərə,   qazpartlayış

təhlükəli   mühitdə   işlərin   təhlükəsiz   görülməsinin   üsul   və

qaydaları   xüsusi   olaraq     öyrədilmiş   və   təlimatlandırlımış,

qazdan   mühafizə   vasitələrindən   istifadə   etməyi   bacaran,

qazın   təsirindən   zərərçəkmiş   adama   ilk   tibbi   yardım

göstərilməsi qaydalarını bilən və onları tətbiq etməyi bacaran

işçilər buraxılırlar.

1.11.2. Qaz təhlükəli işlər əleyhqaz (şlanqlı əleyhqaz) və

respirator   (şəraitdən   asılı   olaraq)   tətbiq   etməklə   yerinə

yetirilməlidir.

51



1.11.3. Hər bir müəssisədə, obyektdə   qaz təhlükəli iş

yerlərinin   və   işlərin   siyahısı   işlənib   hazırlanmalı   və   bütün

işçilərə   çatdırlımalıdır.   Bu   işlər   xüsusi   təlim   keçmiş   heyət

tərəfindən yalnız Tapşırıq – icazə əsasında və ya qazdanxilas-

etmə xidmətinin işçiləri tərəfindən yerinə yetirilməlidir.  

1.11.4. Qaz təhlükəli işlər, bu işlərin təhlükəsiz yerinə ye-

tirilməsi nəzərə  alınmaqla  tərtib  və təsdiq olunmuş plan və

həmin işlərin yerinə yetirilməsinə icazə olduqda  aparılmalıdır.

Işlərin aparılması planında iş yerləri, işçilərin yerləşdiril-

məsi,   istifadə   olunacaq     avadanlıq,   mexanizm   və   vasitələr,

giriş və çıxışlar, ventilyasiya üsulları və həmçinin təhlükəsizliyi

təmin edən digər  lazımi tədbirlər dəqiq müəyyən olunmalıdır.

1.11.5. Qaz təhlükəli işlərə başlamazdan əvvəl bilavasitə

yaxınlıqdakı (bitişik) sahədə, qonşu sexlərdə və aqreqatlarlda

(qurğularda)   işləyən   işçilər   üçün   təhlükəsiz   şərait

yaradılmalıdır.

1.11.6. Planlı və həmçinin qəza hallarında qaz təhlükəli

işlər müəssisənin rəisi və ya baş mühəndisi tərəfindən təyin

olunmuş   mühəndis   –   texniki   işçinin   rəhbərliyi   və   qazdan

xilasetmə xidmətinin nəzarəti altında yerinə  yetirilməlidir. 

1.11.7. Müəssisədə qazdan xilasetmə xidməti olmadıqda

qaz   təhlükəli   işlərə   nəzarəti   bu   işlərə   məsul     şəxs   həyata

keçirir.

1.11.8. Qaz təhlükəli işlər  aparılarkən müəssisənin (ob-

yektin)   dispetçeri   ilə   etibarlı   telefon   və   ya   radio   rabitəsi

(rasiya) təmin olunmalıdır. 

1.11.9. Qaz təhlükəli işlərə başlamazdan əvvəl bu işlərə

məsul   şəxs,   hazırlıq   tədbirləri   planının   yerinə   yetirilməsini,

təmir   üçün   lazımi   avadanlıqların,   mexanizmlərin,   alətlərin,

materialların,   qazdan   mühafizə   aparaturasının   və   digər

mühafizə vasitələrinin mövcudluğunu və sazlığını, o cümlədən

bütün   açılmaların   (otklöçenie)   etibarlılığını   və   nərdivanların,

52



meydançaların,   çəpərlənmələrin   mövcudluğunu   və   sazlığını

şəxsən yoxlamalıdır.

1.11.10.   Işə   başlamazdan   əvvəl   bu   işlərə   məsul   şəxs

işçiləri işlərin yerinə yetirilməsi üsul və qaydalarına, mühafizə

vasitələrindən istifadə qaydalarına və  zərərçəkmişlərə ilk tibbi

yardım   göstərilməsinin   üsul   və   qaydalarına   dair

təlimatlandırmalıdır.

1.11.11. Qaz   təhlükəli işlərdə zərbədən qığılcım əmələ

gətirməyən   metaldan   hazırlanmış   alətlərdən   istifadə

olunmalıdır. 

Iş yerini işıqlandırmaq üçün 12V gərginlikli partlayışdan

mühafizəli   daşınma   çıraqlardan   (fənərlərdən)   istifadə   olun-

malıdır.

1.11.12. Qazlı sahəyə (və ya qaynaq işləri aparılan yerə)

girməyə yalnız bu işlərə məsul rəhbərin icazəsindən sonra yol

verilir.


1.11.13. Otaqlarda, xəndəklərdə, bağlı yerldərdə, quyu-

larda (çalalarda) qaz təhlükəli işlər aparılan zaman  təbii və ya

süni   ventilyasiya   yolu   ilə   etibarlı   hava     mübadiləsi   təmin

olunmalıdır.

1.11.14.   Partlayış   təhlükəli   otaqlarda   və   otaqlardan

xaricdə (açıq yerlərdə) yerləşən partlayış təhlükəli qurğularda

odlu   işlərin   (lehimləmə,   qaynaq   işləri   və   s.)   və   həmçinin

qığılcım əmələ gəlməsi ilə müşayiət olunan (elektrik sınaqları,

partlayışdan   mühafizəsi   olamayan   cihazlarla   və   həmçinin

elektrokəsici   və   –   cilalayıcı   aparatlarla   işlədikdə)   işlərin

aparılması qaz təhlükəli işlərə «Tapşırıq – icazə» (Əlavə 12)

əsasında yerinə yetirilməlidir.

1.11.15.  «Tapşırıq  -  icazə»  bir  briqada    və  konkret  iş

üçün sənədləşdirilir və bir iş növbəsi ərzində qüvvədədir.

Əgər bu işlər təyin olunmuş müddət ərzində başa çatma-

yıbsa və həmçinin şərtlər və briqadanın  tərkibi dəyişməyibsə

«Tapşırıq - icazə»-nin müddəti obyektin rəhbərliyi tərəfindən

53



bu   işlərin     gündəlik   yerinə   yeğtirilməsi   mümkünlüyünün

təsdiqlənməsi haqda müvafiq (gündəlik) imzalar ( qaz təhlü-

kəli işlərin yerinə yetirilməsinə məsul  şəxsin, növbə rəisinin,

qazdan  xilasetmə  xidmətinin    (və ya əməyin mühafizəsi  və

təhlükəsizlik   texnikası   xidmətinin)   nümayəndəsinin)

toplanıldıqdan sonra artırıla bilər.

1.11.16.   Hazırlıq   işləri   başa   çatdıqda   iş   görüləcək   qaz

təhlükəli   yerin   hava   mühitinin   analizi   aparılmalı   və   onun

nəticələri «Tapşırıq – icazə»də qeyd  olunmalıdır.

Qaz təhlükəli yerlərdə işlərin aparılmasına həmin yerlərin

hava   mühitində   yanar   maddələr   (qazlar)   olmadıqda   və   ya

onlar müvafiq normalar həddində olduqda icazə verilir.

1.11.17. Odlu işlər qüvvədə olan müvafiq nomativ sənəd-

lərin tələblərinə uyğun aparılmalıdır.

1.11.18. Quyularda (çalalarda), xəndəklərdə, çənlərdə və

s.   işlərin   aparılması   zamanı   maye   yanacaqdan   (benzin,

kerosin, digər neft məhsulları və onların   qarışıqları) istifadə

etmək qadağandır.

1.11.19. Sənaye defektoskopiyası işlərini yerinə yetirən

işçilər bu işlərin qaz təhlükəli mühitdə təhlükəsiz aparılmasına

dair öyrədilərək imtahan verməli və onların bu şlərin yerinə

yetirilməsi hüququnu verən vəsiqəsi olmalıdır.




Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   246




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə