Азярбайъан республикасы


 Sıxılmış və mayeləşdirilmiş qaz balonlarının



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə33/246
tarix08.02.2022
ölçüsü1,37 Mb.
#83564
növüQaydalar
1   ...   29   30   31   32   33   34   35   36   ...   246
427034950-Neft-Qaz-Chixarma-Senayesinde-Tehlukesizlik-Qaydalari-Kitabi

1.14.6. Sıxılmış və mayeləşdirilmiş qaz balonlarının 

yüklənməsi, boşaldılması və nəqli

1.14.6.1. Sıxılmış və mayeləşdirilmiş qazla doldurulmuş

balonlar   xüsusi   olaraq   quraşdırılmış   avtomobillərdə

daşınmalıdır.

1.14.6.2.   Sıxılmış   və   mayeləşdirilmiş   qazla   dolu

balonların   yüklənməsi,   boşaldılması   və   nəqli   zamanı   son

dərəcə ehtiyatlı olamaq lazımdır, çünki onlar bir yerə dəyərsə,

düşərsə partlaya bilər.

1.14.6.3.   Baş   verə   biləcək   partlayışın   qarşısını   almaq

üçün yanar qazla dolu balonlarla birgə oksigen, asetilen olan

balonlar və başqa balonlar saxlanılmamalıdır.

Oksigen balonları yağ və piy olan qablarla bir yerdə ol-

mamalıdır. 

1.14.6.4.   Müvafiq   rəngə   boyanmış   balonların   üstündə

qazın   adı   yazılmalı,   balonların   ventillərinin   yan   ştuserlərinə

qoruyucu başlıqlar və tıxaclar qoyulmalıdır.

1.14.6.5. Sıxılmış (mayeləşdirilmiş) qaz balonları daşınan

avtomobillər   balonların   diametrinə   uyğun   olan   və   çökəkləri

keçə ilə örtülmüş xüsusi rəflərlə təchiz olunmalıdır.

Balonlar, onların qoruyucu başlıqları bir tərəfə olmaqla,

avtomobilin banının (kuzovunun) eninə və onun bortları hün-

dürlüyü hədlərinə qədər yığıla bilər.

Qoruyucu başlıqlar axıra qədər burulub bağlanmalıdır.

1.14.6.6.   Qaz   balonlarını,   onlar   saxlanılan   yerdən

yüklənən yerə qədər və ya boşaldılan yerdən saxlanılan yerə

qədər   xüsusi   əl   arabalarında   üfqi   vəziyyətdə   aparmaq

79



lazımdır. Əl arabasında balon ölçüsündə keçə çəkilmiş yuvalar

olmalıdır.

Yanar qazla dolu balonları çiyində aparmaq qəti qadağan-

dır.


1.14.6.7. Oksigen balonlarının saxlanması, yüklənib-bo-

şaldılması və nəqli zamanı onların üstünə yağın düşməsi və

yağlı maddəyə bulaşmış avadanlığa, əskiyə və s. toxunması

istisna edilməlidir.

1.14.6.8. Oksigen balonlarını yanar qazlar və xlor balon-

ları, kalsium karbid barabanları, piy, yağ, asan alışan və yanar

maye tutumları ilə birgə daşımaq qadağandır.

1.14.6.9.   Oksigen   balonuna   kant   çəkilən   zaman

ventildən əl ilə tutmaq qadağandır.

1.14.6.10. Avtomobili müşayiət edən yükləyicinin sıxılmış

qaz balonlarını daşımaq hüququ verən sənədi olmalıdır. Balon-

ları yükləyərkən və boşaldarkən onları tullamaq və yaxud bir-

birinə zərbə ilə dəyməsinə yol vermək olmaz.

1.14.6.11. Avtomobilin banına (kuzovuna) bir cərgədən

artıq   balonlar   yığılarsa,   onların   bir-birinə   toxunmasının

qarşısını   almaq   üçün   xüsusi   qoruyucu   altlıqlardan   (çökəkli)

istifadə etmək lazımdır.

1.14.6.12.   Ilin   isti   fəslində   (aylarında)   balonları   günəş

şüalarından   qorumaq   üçün,   onların   üstünə   brezent   və   ya

başqa günəşdən qoruyan material örtmək lazımdır.

1.14.6.13.   Balonları   qızmış   əşyaların   və   ya   sobanın

yanında saxlamaq qadağandır.




Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   246




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə