Азярбайъан республикасы


D. 1.20. Heyətə olan tələblər. Öyrədilmə və



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə41/246
tarix08.02.2022
ölçüsü1,37 Mb.
#83564
növüQaydalar
1   ...   37   38   39   40   41   42   43   44   ...   246
427034950-Neft-Qaz-Chixarma-Senayesinde-Tehlukesizlik-Qaydalari-Kitabi

D. 1.20. Heyətə olan tələblər. Öyrədilmə və

təlimatlandırma

1.20.1.   Dənizdə   yerləşən   obyektlərdə   çalışan   işçilərə

əlavə olaraq aşağıdakılar öyrədilməlidir:

üzmək;


dənizdə batan adama xilasetmə üsulları;

kollektiv və fərdi xilasetmə vasitələrindən istifadə qayda-

ları;

həyəcan siqnalları üzrə davranış (hərəkət).



1.20.2. DNQT-yə (DDÖ, ÜQQ, ÖQQ) ilk dəfə gəlmiş işçi-

lərə   və   həmçinin   bir   DNQT   növündən   digərinə   (DDÖ-dən

ÜQQ-yə   və   s.)   köçürülmüş   işçilərə   əlavə   olaraq   həmin

obyektlərdə işlərin xüsusiyyətləri öyrədilməli, aidiyyatı jurnalda

qeyd   edilməklə   müvafiq   təhlükəsizlik   texnikası   təlimatı

keçirilməli və məsul şəxsin rəhbərliyi altında onlar bir həftə

ərzində təcrübə keçməlidir.

1.20.3.   Səbəbindən   asılı   olmayaraq   60   gündən   artıq

DNQT-də işləməmiş  (fasilə  vermiş) işçilər,  işə çıxarkən  tam

həcmdə təlimatlandırılmalıdır.

1.20.4. DNQT-nin qaldırıcı qurğularında işləməyə lazımi

proqram üzrə öyrədilmiş və imtahan verərək müvafiq vəsiqə

almış şəxslər buraxılır.

93



1.20.5. Yükləmə-boşaltma işlərinə cəlb olunmuş DNQT-

nin işçiləri, ilməkçilər üçün proqram üzrə öyrədilməli, DNQT-ni

istismar edən təşkilatın ixtisas komissiyasından attestasiyadan

keçməlidir (sonda müvafiq vəsiqə almaqla).

1.20.6. Hər bir DNQT-də daxili nizam-intizam qaydaları,

yanğınların, qazneft təzahürlərinin, açıq fontanların və digər

qəzaların   qarşısının   alınması   və   ləğvi   üzrə   təlimatlar   və

həmçinin   DNQT-dən   təxliyə   olunma   planı   olmalıdır.   Qeyd

olunan   sənədləri   DNQT-nin   bütün   işçiləri   mükəmməl

öyrənməli   və   bu   sənədlərin   tələblərinə   uyğun   davranmağı

bacarmalıdırlar.

Bundan başqa DNQT-də, işlərin təhlükəsiz yerinə yetiril-

məsinə   dair   təlimatlar   və   avadanlıqların   təhlükəsiz   istismarı

üzrə müvafiq sənədlər olmalıdır.

1.20.7. Həyəcan siqnalları üzrə bilik və bacarıqların yox-

lanılması, müəssisənin baş mühəndisi tərəfindən təsdiqlənmiş

cədvəl üzrə hər bir növbə üçün (vaxta) ayda bir dəfə təlim və

məşğələlər keçməklə həyata keçirilməlidir.

1.20.8. DNQT heyətinin tərkibində nəfəsalma apparatla-

rında   işləmək   (istifadə)   üçün   xüsusi   öyrədilmiş   şəxslər

olmalıdır.

1.20.9. DNQT-də çalışan bütün işçilər (müvafiq jurnalda

qeyd   olunmaqla)   Dəniz   gəmilərində   təhlükəsizlik   texnikası

Qaydalarının   «Xidməti   heyət   işləyərkən   və   özünə   xidmət

edərkən   təhlükəsizliyin   təmini»   bölməsini   mükəmməl

bilməlidirlər.

1.20.10.   DNQT-nin   heyəti   və   oraya   ezam   olunmuş

şəxslər yerinə yetirdikləri işlərə uyğun olaraq müvafiq paltar

və ləvazimatla təchiz olunmalıdır.


Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   246




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə