Азярбайъан республикасы


DƏNIZ ŞƏRAITI ÜÇÜN ƏLAVƏ TƏLƏBLƏR



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə40/246
tarix08.02.2022
ölçüsü1,37 Mb.
#83564
növüQaydalar
1   ...   36   37   38   39   40   41   42   43   ...   246
427034950-Neft-Qaz-Chixarma-Senayesinde-Tehlukesizlik-Qaydalari-Kitabi

DƏNIZ ŞƏRAITI ÜÇÜN ƏLAVƏ TƏLƏBLƏR 

(ÜMUMI QAYDALAR)

1.19. Ümumi təşkilati-texniki tələblər

91



1.19.1. Dəniz neft-qaz mədən tikililərində (DNQT – DDÖ,

EYM,   ÜQQ,   ÖQQ)   görünən   yerlərdə   həyəcan   cədvəlləri

asılmalı və həmin cədvəllərlə obyektlərin bütün işçiləri müvafiq

jurnalda imza atmaqla tanış olmalıdır.

Bundan   başqa   daimi   dəniz   özüllərində   (DDÖ),   üzən

qazma qurğularında (ÜQQ) və özüqalxan qazma qurğularında

(ÖQQ)   «Sağ   qalmaq   üçün   mübarizə   üzrə   operativ   plan»

olmalıdır. Sağ qalmaq üçün hazırlığa  və mübarizəyə  ümumi

rəhbərliyi DDÖ (ÜQQ, ÖQQ) rəisi həyata keçirir.

1.19.2. DNQT-də keçidləri, göyərtəni və iş yerlərini işlə

əlaqəsi olmayan əşyalarla qalaqlamaq qadağandır.

1.19.3.   Müəssisə   üzrə   əmrlə   qəza   və   yanğın

siqnalizasiyası   vasitələrinə,   qazlılığa   nəzarət   vasitələrinə   və

xilasetmə vasitələrinə nəzarət edən və onların sazlığına cavab

verən, vəzifə təlimatlarında bu barədə qeyd aparılmış, şəxslər

təyin olunmalıdır.

1.19.4.   DNQT     rəisi   iş   üçün   obyektə   gəlmiş   işçiləri,

müvafiq  jurnalda   qeyd   aparmaqla   (onların   imzası  ilə)  daxili

nizam   –   intizam   əmək   qaydaları,   həyəcan   siqnalları   və

bununla   əlaqədar   vəzifə   borcları   ilə   tanış   edir   və   həmçinin

xilasetmə qayığının nömrəsini göstərir.

1.19.5. DDÖ-nün (ÜQQ, ÖQQ) heyəti və buraya gəlmiş

şəxslər yaşayış blokundan kənarda qoruyucu dəbilqədə olmalı-

dırlar.


1.19.6.   DDÖ-də   (ÜQQ,   ÖQQ)   hər   gün   bu   obyektdə

olanların qeydiyyatı aparılmalıdır.

DDÖ-nün   (ÜQQ,   ÖQQ)   rəisinin   icazəsi   olmadan   orada

olmaq qadağandır.

DDÖ-yə (ÜQQ, ÖQQ) gəlmiş şəxslərin qeydiyyatı, onların

obyektə   gəlmə   müddətindən   asılı   olmayaraq,   xüsusi   təyin

olunmuş şəxs tərəfindən aparılmalıdır.

92



1.19.7.   Dəniz   obyektlərində   işləyən   heyətin   müəyyən

olunmuş formada tibbi kitabçaları olmalıdır və onlar vaxtaşarı

müvafiq qaydada tibbi müayinədən keçməlidirlər.

1.19.8.   DNQT-ə   daxil   olmuş   hidrometeoroloji   məlumat

xüsusi təyin olunmuş şəxs tərəfindən hava haqqında məlumat

jurnalında qeyd olunmalıdır.

1.19.9. DNQT -də olarkən dənizdə çimmək, balıq tutmaq

və quş ovlamaq, spirtli içkilər qəbul etmək qadağandır.




Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   246




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə