Азярбайъан республикасы


 Iş yerlərinin attestasiyası və obyektlərin



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə38/246
tarix08.02.2022
ölçüsü1,37 Mb.
#83564
növüQaydalar
1   ...   34   35   36   37   38   39   40   41   ...   246
427034950-Neft-Qaz-Chixarma-Senayesinde-Tehlukesizlik-Qaydalari-Kitabi

1.17. Iş yerlərinin attestasiyası və obyektlərin

sanitar-texniki pasportlaşdırılması

1.17.1. Iş yerlərinin attestasiyası Azərbaycan Respublika-

sının   Əmək   Məcəlləsinə   və   Nazirlər   Kabinetinin   müvafiq

qərarına uyğun həyata keçirilməlidir.

1.17.2. Əməyin mühafizəsi tədbirlərinin təmin olunması,

istehsalat   sanitariyasının,   gigiyenasının   vəziyyətini   müəyyən

etmək və yaxşılaşdırmaq, habelə əmək məhsuldarlığını və işin

səmərəliliyini   artırmaq,   əməyin   təşkilində   ən   mütərəqqi

üsulların   və   o   cümlədən   təhlükəsizlik   texnikası   baxımından

yeni texnika və texnologiyanın tətbiqi məqsədi ilə müəssisədə

iş yerləri attestasiyadan keçirilməlidir.

1.17.3. Hər bir müəssisənin rəhbərliyi vaxtlı-vaxtında iş

yerlərinin attestasiyadan keçirilməsini təmin etməlidir.

1.17.4.   Iş   yerlərinin   attestasiyadan   keçirilməsi   üzrə

komissiyanın tərkibi müəssisənin həmkarlar ittifaqı təşkilatının

nümayəndələrindən, əməyin mühafizəsi xidmətləri və əməyin

təşkili üzrə mütəxəssislərdən ibarət olmalıdır.

1.17.5. Iş yerlərinin attestasiyadan keçirilməsi müddəti 5

ildə   bir   dəfədən   az   olmayaraq,   əməyin   xarakterinin   və

şəraitinin dəyişməsindən asılı olaraq müəyyənləşdirilir.

89



1.17.6. Iş yerlərinin attestasiyası zamanı hər bir iş yeri

üzrə   işçilərin   müvafiq   normalara   uyğun   fərdi   mühafizə

vasitələri ilə təmin edilməsi və onların səmərəliliyi də müəyyən

edilməlidir.

1.17.7. Müəssisənin attestasiya komissiyasının işinin nə-

ticələri əmək şəraiti üzrə iş yerlərinin attestasiya protokolu ilə

rəsmiləşdirilir.

1.17.8. Iş yerlərinin attestasiyasının nəticələri  əsasında

müəssisədə əmək şəraitinin yaxşılaşdırılması və sağlamlaşdırıl-

ması üzrə tədbirlər planı işlənib hazırlanmalıdır. Plan bütün iş

yerlərinin   əməyin   mühafizəsi   üzrə   tələblərə

uyğunlaşdırılmasını nəzərdə tutmalıdır.

1.17.9. Plan attestasiya komissiyasının sədri tərəfindən

imzalanır   və   əmək   mühafizəsi   üzrə   ümumi   komitə   ilə

(komissiya   ilə),   müəssisənin   Həmkarlar   Ittifaqı   Komitəsi   və

Rayon   Gigiyena   və   Epidemiologiya   mərkəzi   ilə

razılaşdırıldıqdan   sonra   müəssisənin   rəhbərliyi   tərəfindən

təsdiqlənərək kollektiv müqaviləyə daxil edilir.

1.17.10.   Istehsalat   obyektlərinin   təkcə   iş   yerlərindən

ibarət olmadığını (ərazilər, infrastruktura və s.) və iş yerlərinin

attestasiyası   zamanı   yalnız   iş   yerlərinin   əmək   şəraitinin

yoxlanıldığını   nəzərə   alaraq,   müəssisələrdə   obyektlərin

sanitar-texniki pasportlaşdırılması da aparılmalıdır.

1.17.11. Hər bir obyektin, sanitar-texniki pasportlaşdırıl-

masının   nəticələrinə   əsasən   tərtib   olunmuş   «Sanitar-texniki

pasport»u olmalıdır.

1.17.12. Obyektin sanitar-texniki pasportlaşdırılması beş

ildə bir dəfədən az olmayaraq aparılmalıdır.

1.17.13.   Sanitar-texniki   pasportlaşdırılmanın   aparılması

zamanı   əməyin   təhlükəsizliyi   standartlar   sistemi,   müvafiq

sanitar normaları və digər aidiyyatlı normativ sənədlər rəhbər

tutulmalıdır.

90




Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   246




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə