Азярбайъан республикасы


D. 1.25. Heyətin daşınması və təxliyəsi



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə46/246
tarix08.02.2022
ölçüsü1,37 Mb.
#83564
növüQaydalar
1   ...   42   43   44   45   46   47   48   49   ...   246
427034950-Neft-Qaz-Chixarma-Senayesinde-Tehlukesizlik-Qaydalari-Kitabi

D. 1.25. Heyətin daşınması və təxliyəsi

1.25.1. Heyətin daşınması

1.25.1.1. Heyətin (işçilərin) DNQT-yə daşınması vertol-

yotlar,  sərnişin  gəmiləri  və   avtomobil   nəqliyyatı  ilə   [293]–ə

uyğun yerinə yetirilir.

1.25.1.2. Əgər DNQT-də (ÜQQ, DDÖ) uçuş-enmə vertol-

yot   meydançası   nəzərdə   tutulmuşdursa,   onda   onun

avadanlıqları [279] tələblərinə uyğun olmalıdır. 

1.25.1.3. Heyətin DNQT-dən (ÜQQ, DDÖ, EYM) vertol-

yotla   və   ya   sərnişin   gəmisi   ilə   yola   salınması   müəssisənin,

ÜQQ-nin (DDÖ) rəisi tərəfindən təsdiq edilmiş siyahı üzrə və

cavabdeh şəxsin nəzarəti altında aparılmalıdır.

Heyətin vertolyotla daşınması

104



1.25.1.4. Işçilərin  xüsusi olaraq  sərnişinlərin  daşınması

üçün təchiz olunmuş vertolyotlarda daşınmasına icazə verilir.

Daşınan sərnişinlərin  sayı oturacaq yerlərinin  sayından artıq

olmamalıdır.

1.25.1.5. Sərnişinlər vertolyotda olan xilasetmə vasitələri

və   onlardan   istifadə   qaydaları   haqqında   qabaqcadan

məlumatlandırılmalı, habelə qəza çıxışları və onlardan istifadə

qaydaları ilə tanış edilməlidirlər.

1.25.1.6.   Uçuş   meydançasında   mühərrik   işə   salınan

andan   enmə   məntəqəsində   (pərlər)   tam   dayanana   qədər

uçuşda   iştirak   edən   şəxslər   vertolyotun   komandirinə   tabe

olmalı   və   onun   bütün   göstərişlərini   qeyd-şərtsiz   yerinə

yetirməlidirlər.

1.25.1.7. Uçuş vaxtı sərnişinlər təhlükəsizlik kəmərlərini

bağlamalıdırlar.

Uçuş   vaxtı   siqaret   çəkmək,   yerindən   durmaq,   giriş

qapısını bağlayan mexanizmlərə yaxınlaşmaq, əl vurmaq və ya

onu açmaq qadağandır.

1.25.1.8. Vertolyotun bortunda sərnişinlərlə birlikdə partla-

yış-yanğın təhlükəli və zəhərli maddələrin daşınması qadağandır.

1.25.1.9. DNQT-də (ÜQQ, DDÖ) radiomayak olduqda, o,

vertolyotun DNQT-yə (ÜQQ, DDÖ) bütün uçuş müddətində,

oradan geriyə qayıdan zaman isə sahilə qədər olan uçuş müd-

dətinin yarısına qədər vaxtını, qoşulmuş vəziyyətdə qalmalıdır.

1.25.1.10.   Vertolyotların   uçuşuna   DNQT-dən   (ÜQQ,

DDÖ) radionəzarət aparılmalıdır (o cümlədən fəlakət radiotez-

liklərində).

1.25.1.11. DNQT-nin (ÜQQ, DDÖ) rəisi vertolyotun enib-

qalxma   meydançasının   və   onun   avadanlıqlarının   vəziyyətinə

cavabdehdir.

1.25.1.12. Vertolyot meydançasının kənar əşyalarla, ver-

tolyotun mühərrik və pərlərinin fırlanma zonasına düşə biləcək

105



əşyalarla qalaqlanması qadağandır. Meydançanın səthi buz və

qardan vaxtlı-vaxtında təmizlənməlidir.

1.25.1.13.   Vertolyotun   meydançaya   enməsi   (qalxması)

yalnız ÜQQ (DDÖ) rəisinin və ya vertolyot meydançasının dis-

petçerinin icazəsi ilə aparılmalıdır.

1.25.1.14.   Vertolyot   meydançasında   olan

yanğınsöndürmə vasitələri daima saz vəziyyətdə olmalıdır.

1.25.1.15. Vertolyotun ÜQQ-yə (DDÖ) enməsi (qalxması)

dövründə enməyə (qalxmağa) mane olan, kranların köməyi ilə

görülən işlər qadağandır. Kranın qolu (oxu) vertolyot meydan-

çasından kənara döndərilməlidir.

1.25.1.16.   Vertolyotun   enməsi   və   qalxması   zamanı

adamların vertolyot meydançasında olması qadağandır. 

1.25.1.17. Fırtına olacağı xəbərdarlığı alındıqda ÜQQ-də

(DDÖ, EYM) olan vertolyot xüsusi qurğuların köməyi ilə enmə

meydançasına bərkidilməlidir.

1.25.1.18. Adamların vertolyotdan düşməsi vertolyot ko-

mandirinin   və   vertolyot   meydançasının   dispetçerinin

icazəsindən sonra həyata keçirilməli, minməsi isə – vertolyot

heyətinin müşahidəsi altında aparılmalıdır.

1.25.1.19.   Uçuş   müddəti   ərzində   vertolyotla   daşınan

adamlar xilasetmə jeletlərində olmalıdırlar.

1.25.1.20.   Alkoqollu   içki   içmiş   və   narkotik   vəziyyətdə

olan işçilərin vertolyotla daşınması qadağandır.

1.25.1.21.   Adamların   vertolyotla   daşınmasına   yalnız

sutkanın   gündüz   vaxtı   icazə   verilir.   Müstəsna   hallarda

xilasetmə   işləri   aparılarkən,   xəsarət   alanlara   və   ya

xəstələnənlərə   tibbi   yardım   göstərilərkən   və   həmçinin

qəzaların ləğvi, açıq neft və qaz fontanları və yanğın zamanı

adamların DDÖ-dən (ÜQQ) sutkanın qaranlıq vaxtı vertolyotla

çıxarılmasına   (təxliyəsinə,   daşınmasına)   icazə   verilir.   Belə

hallarda vertolyot meydançası lazımınca işıqlandırılmalıdır.

106



Heyətin gəmilərlə daşınması

1.25.1.22. Nasaz yanalma qurğusu və enmə meydançası

olan DNQT-yə (ÜQQ, DDÖ, EYM) gəmilərin yan alması qada-

ğandır.


1.25.1.23. Işçiləri DNQT-yə daşıyan gəmiyə yalnız icazə

verilən  sayda  adamlar qəbul  edilməli  və gəmi tələb  olunan

sayda  xilasetmə   vasitələri   ilə   (jilet,  xilasetmə  dairəsi  və  s.)

təmin olunmalıdır.

1.25.1.24.   Yedəyəalma   işləri   aparılarkən   yedək

gəmisində adamların daşınması qadağandır.

1.25.1.25.   Sərnişin   daşıyan   gəmilərin   anbarlarında   və

göyərtəsində neft məhsullarının (benzin, leqroin, neft), turşu

və   qələvilərin,   karbidin,   oksigen,   propan   və   asetilen

doldurulmuş   balonların   və   digər   partlayıcı   və   od   təhlükəli

yüklərin daşınması qadağandır.

1.25.1.26.   Sərnişinləri   atmosfer   çöküntülərindən   (qar,

yağış), küləkdən və ilin isti vaxtı günəş şüalarından qorumaq

üçün   gəmilərin   göyərtəsi   müvafiq   tələblərə   uyğun   təchiz

olunmalıdır.

1.25.1.27. Dənizin dalğalanması 3 baldan, küləyin gücü

5   baldan   (9   m/san)   çox   olduqda,   gəmidən   (katerdən)

adamların   DNQT-nin   minib-düşmə   meydançasına   minib-

düşməsi   qadağandır.   Adamların   minib-düşməsi   gəmi

kapitanının göstərişi (komandası) ilə həyata keçirilməlidir.

1.25.1.28.   Sutkanın   qaranlıq   vaxtı   adamların   minib-

düşmə   meydançasının   işıqlandırılması   [211]–ə   uyğun

olmalıdır.

1.25.1.29.   Yükləmə-boşaltma   işlərinin   adamların

minməsi və düşməsi ilə eyni zamanda aparılması qadağandır.

1.25.1.30. Adamların gəmidən DNQT-yə düşürülməsi və

oradan gəmiyə mindirilməsi yalnız bu məqsəd üçün nəzərdə

tutulmuş qurğunun köməyi ilə yerinə yetirilməlidir.

107



1.25.1.31. Xidməti heyətin minməsi, düşməsi və bir mi-

nikdən digərinə keçirilməsi əməliyyatı bilavasitə gəminin müdi-

riyyəti   və   ÜQQ   (DDÖ)   rəisinin   müşahidəsi   altında   (onun

cavabdehliyi ilə) həyata keçirilməlidir.

1.25.1.32. Gəmiyə minmə və ondan düşmə zamanı DNQT-

nin   minib-düşmə   meydançasında   adamların   toplanması

qadağandır.

1.25.1.33. Gəmi DNQT-yə yan aldıqda yanalma kəndirlə-

rinin uclarını xüsusilə bu işlər üçün xidməti heyətdən ayrılmış

və   öyrədilmiş   (təlim   keçmiş)   şəxslər   qəbul   etməli   və

bərkitməlidir.   Gəmi   yan   aldıqda   yanalma   körpüsündə   yalnız

yanalma   (bərkitmə)   kəndirinin   ucunu   qəbul   edən   şəxs

olmalıdır.

1.25.1.34. Xidməti heyətin sərnişin gəmilərindən DNQT-

yə düşməsi və gəmiyə minməsi taxta körpü və ya bortarxası

trapla həyata keçirilməlidir.

1.25.1.35.   Bortarxası   trap   gəmi   bortuna   kip   sıxılmalı,

onun yuxarı ucu isə möhkəm (etibarlı) bağlanmalıdır.

1.25.1.36. Bütün növ bortarxası traplar və taxta körpülər

hər   iki   tərəfdən   hündürlüyü   1   m-dən   az   olmayan   dirəklərə

bəndlənmiş kəndir və ya məhəccərlə çəpərlənməlidir.

1.25.1.37.   Taxta  körpüləri   45

0

-dən   artıq   bucaq   altında



qoymaq qadağandır. Taxta körpülər gəminin bortuna möhkəm

bağlanmalıdır.

1.25.1.38.   Gəmi   DNQT-yə   yan   alarkən   onun   minib-

düşmə meydançası ilə gəminin göyərtəsi arasında hündürlük

fərqi 0,2 m-dən   çox olarsa, onlar arasında eninə tamasaları

(plankaları)   olan   və   hər   iki   tərəfə   etibarlı   bərkidilmiş   taxta

körpü quraşdırılmalıdır.

1.25.1.39. Gəminin və DNQT-nin minib-düşmə yeri (və

ya ona yaxın yer) uzunluğu 30 m-dən   az olmayaraq və ya

yerləşdiyi yerdən dənizin ən aşağı (minimal) səviyyəsinə qədər

olan   məsafənin   iki   mislindən   az   olmayan   uzunluqlu   iplərə

108



bağlanmış   xilasetmə   dairələri   və   işıq   siqnalı   (buy)   olan

dairələrlə təchiz olunmalıdır.

1.25.1.40. Adamların gəmidən DNQT-yə və əksinə təhlü-

kəsiz   minib-düşməsini   təmin   etmək   üçün   trap   və   ya   taxta

körpünün yanında nəzarətçilər olmalıdır.

1.25.1.41.   Adamların   gəmidən   DNQT-yə   və   əksinə

minib-düşməsi xüsusi nənnilərin vasitəsilə yerinə yetirilə bilər

və   belə   nənnilər   suda   batmayan   olmalı   və   onların

amartizatorları olmalıdır.

1.25.1.42. Nənni, üzərində adamların buraxıla bilən sayı,

yükqaldırma həddi, sınağın və növbəti sınağın tarixləri qeyd

olunmuş lövhəciklə təchiz olunmalıdır.

Burazların   hesablanması   (seçilməsi)   və   çıx-daş   (otbra-

kovka) edilməsi [7]-ə uyğun yerinə yetirilməlidir.

1.25.1.43. Xüsusi nənnilər hər il hesablanmış yükdən iki

dəfə artıq statik yüklənməyə və işçi yüklənmədən 10% artıq

yük   verməklə   (yüklə   qaldırıb-endirməni   bərabər   aparmaqla)

dinamik yüklənməyə sınanmalıdır.

Sınaqlar DDÖ-nün (ÜQQ) rəisi tərəfindən təyin edilmiş

komissiya tərəfindən aparılmalıdır.

Sınaqların nəticələri qeydlər (uçot) və yoxlamalar (baxış)

jurnalında qeyd olunmalıdır.

1.25.1.44. Hər dəfə xüsusi nənniləri istifadə  etməzdən

əvvəl  nənninin  möhkəmliyi,  burazın  (trosun) vəziyyəti  və s.

hissələri   diqqətlə   yoxlanılmalıdır.   Nənnilər   üç   ayda   bir   dəfə

ÜQQ-nin (DDÖ) rəisi tərəfindən təyin edilmiş cavabdeh şəxs

tərəfindən   yoxlanılmalıdır.   Yoxlamanın   nəticəsi   qeydlər   və

yoxlamalar jurnalına qeyd edilir.

1.25.1.45. Sutkanın qaranlıq vaxtı adamların xüsusi nən-

nilər vasitəsilə DDÖ-dən (ÜQQ) gəmiyə və əksinə köçürülməsi

zamanı gəminin və DDÖ-nün (ÜQQ) nənni quraşdırıldığı yerin

işıqlandırılması [211]–ə uyğun olmalıdır.

109



1.25.1.46.   Adamlar   nənni   vasitəsilə   gəmidən   DDÖ-yə

(ÜQQ)   köçürülərkən  (boşaldılarkən)  nənnini  gəminin   qalxıb-

enmə   amplitudasından   çox   olan   hündürlüyə   qaldıraraq   onu

gəminin göyərtəsindən kənara dənizə tərəf hərəkət etdirməli

və sonra DDÖ-yə (ÜQQ) qaldırmaq lazımdır.

1.25.1.47. Adamlar nənni vasitəsilə DDÖ-dən (ÜQQ) gə-

miyə   köçürülərkən   nənnini   DDÖ-dən   (ÜQQ)   dəniz   üzərinə

hərəkət   etdirməli,   sonra   nənni   gəminin   dalğalanma

nəticəsində maksimal hündürlüyə qalxdığı həddən bir qədər

hündürə çatdıqda, onu, kranın oxunu (qolunu) döndərməklə

gəminin   göyərtəsi   üzərində   saxlamalı   və   daha   sonra

sonuncunun üzərinə endirmək lazımdır.

1.25.1.48.   Nənni,   minik   yerinə   ona   bağlanmış   ip

vasitəsilə istiqamətləndirilməlidir.

1.25.1.49.   Minmə-düşmə   əməliyyatları   zamanı   yüklərin

yüklənib-boşaldılması və maye yanacağın qəbulu qadağandır.

1.25.1.50. Adamların daşınmasının təşkilinə, onların gə-

midən   (gəmiyə)   minib-düşməsinə   gəminin   müdiriyyəti   və

həmçinin, daşınan vaxtanın (briqadanın) rəhbərləri məsuliyyət

daşıyırlar.

1.25.1.51. Gəmidə olan (daşınan) şəxslərə qadağandır:

a)   göyərtədə   yanalma   (şvartovıye)   əməliyyatı   və

yükləmə-boşaltma işləri aparılan yerlərdə olmaq;

b) gəminin yanalması tam başa çatmayana və gəmi ka-

pitanının icazəsi olmayana qədər gəmidən düşmək;

c) minib-düşmə zamanı gəminin bortu üstündən atılmaq;

ç) yanğın-partlayış təhlükəli yükləri daşımaq.

D. Heyətin avtomobil nəqliyyatı ilə daşınması

1.25.1.52.   Estakadada   heyətin   daşınması   bu   məqsəd

üçün   təyin   olunmuş   avtomobillər   vasitəsilə   həyata

keçirilməlidir.

110



1.25.1.53.   Estakadada   işçiləri   daşıyan   avtomobilin

hərəkət   sürəti   götürmə   qabiliyyəti   məhdud   olan   (köhnə)

sahələrdə   15km/saata,   yeni   tikilmiş,   yaxud   əsaslı   təmir

olunmuş sahələrdə isə 20-25 km/saata qədər ola bilər.

1.25.1.54. Işçiləri  daşıyan nəqliyyat  vasitələrinin  maşın

və mexanizmləri yedəyə alması qadağandır.

1.25.1.55. Avtomobillər hərəkət edən sahələr (yollar, es-

takadayanı meydançalar) əşyalarla qalaqlanmamalıdır.

1.25.1.56.   Istismar   zamanı   estakadanın   döşəməsində

əmələ gələn yarıqlar (çalalar) dərhal tutulmalı, buna qədər isə

çəpərlənməlidir.

1.25.1.57.   Estakadada   adamları   daşıyan   nəqliyyat

vasitələri   ilə   digər   nəqliyyat   vasitələri   və   ya   xüsusi   texnika

qarşı-qarşıya   gəldikdə,   yol   adamları   daşıyan   nəqliyyat

vasitələrinə verilir.


Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   246




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə