Азярбайъан республикасы


 Dəniz hidrotexniki qurğuları



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə44/246
tarix08.02.2022
ölçüsü1,37 Mb.
#83564
növüQaydalar
1   ...   40   41   42   43   44   45   46   47   ...   246
427034950-Neft-Qaz-Chixarma-Senayesinde-Tehlukesizlik-Qaydalari-Kitabi

1.23. Dəniz hidrotexniki qurğuları

1.23.1. Bu Qaydalar qüvvəyə mindikdən sonra istismarda

olan obyektlər Azdövdağtexnəzarət Komitəsi ilə razılaşdırılmış

müddətdə bu Qaydaların tələblərinə uyğunlaşdırılmalıdır.

1.23.2. Layihə təşkilatı ilə razılaşdırılmadan DNQT-dən öz

təyinatına uyğun olmayaraq istifadə etmək qadağandır.

1.23.3. Estakadada hərəkət edən nəqliyyatdan, eləcə də

EYM-də yığılmış yüklərdən yaranan yüklənmə, layihədə nəzər-

də tutulmuş yüklənmədən artıq olmamalıdır. Uzun müddət (20

ildən çox) istismarda olmuş DNQT-də buraxıla bilən yüklən-

məni təyin etmək üçün layihə təşkilatı  tərəfindən qurğunun

vəziyyəti haqqında ekspertiza keçirilməlidir.

1.23.4. Estakadada daşınan yüklər estakadanın hərəkət

yolu sərhəddini keçməməlidir.

1.23.5.   Estakada   üzərində   nəqliyyatın   hərəkət   sürətini

məhdudlaşdıran, eləcə də buraxıla bilən yüklənməni göstərən

yol   nişanı   qoyulmalıdır.   Təcili   yardım,   qəza   və

yanğınsöndürmə maşınlarının sürətinə məhdudiyyət qoyulmur

və   bu   avtomobillərin   sürücüləri   ehtiyat   tədbirlərinə   riayət

etməlidirlər.

1.23.6.   Sutkanın   qaranlıq   vaxtında   estakada   (DNQT)

işıqlandırılmalıdır.

1.23.7.   DNQT-nin   metal   konstruksiyalarına   baxış   vaxtı

aşkar olunmuş qüsurlar (baxış jurnalına yazılmaqla) tez bir za-

manda aradan qaldırılmalıdır. Baxış jurnalında qüsurun yeri və

görülən   işin   xarakteri,   eləcə   də   iş   icraçılarının   və   işi   qəbul

edən məsul şəxsin soyadları və imzaları olmalıdır. Baxış jurnalı

NQÇI-nin istismar xidmətində saxlanılmalıdır. DNQT-nin minik

meydançası   qəza   vəziyyətində   olarsa,   gəmi   kapitanları   bu

haqda vaxtında xəbərdar edilməlidirlər.

1.23.8. DDÖ-də (ÜQQ) keçidlərin, göyərtələrin, işçi mey-

dançaların  və s. tutulması   qadağandır.  Istifadə olunmayan

98



materiallar,   tutumlar,   boş   qablar   (tara)   və   s.   sahilə

göndərilməlidir.

1.23.9. DNQT-nın inşa edilməsi və ÜQQ-nin şelfdə yerləş-

dirilməsi üçün yer, qurğunun və ya quyunun layihələndirilməsi

mərhələsində   Xəzər   Gəmiçilik   Idarəsinin   və

Xəzərdənizneftdonanma   Idarəsinin   Hidroqrafik   xidmətləri   ilə

razılaşdırılmalıdır.

1.23.10. Müəssisədə sualtı və suüstü kommunikasiyaların

miqyaslı sxemi olmalıdır. Sxemdən Xəzər Gəmiçilik Idarəsinin

və   Xəzərdənizneftdonanma   Idarəsinin   Hidroqrafik

xidmətlərinin hər birinə 1 nüsxə göndərilməlidir.

1.23.11.   Hidrotexniki   qurğuların   təhlükəsizliyinə   dair

digər məsələlər 

5



-in tələbləri ilə tənzimlənir.




Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   246




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə