Азярбайъан республикасы


D. 1.24. Korroziyaya qarşı mübarizə işləri



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə45/246
tarix08.02.2022
ölçüsü1,37 Mb.
#83564
növüQaydalar
1   ...   41   42   43   44   45   46   47   48   ...   246
427034950-Neft-Qaz-Chixarma-Senayesinde-Tehlukesizlik-Qaydalari-Kitabi

D. 1.24. Korroziyaya qarşı mübarizə işləri

1.24.1.   DNQT-nin   qoruyucu   örtükləri   tədricən   yararsız

hala düşdükcə bərpa olunmalıdır. Korroziyaya qarşı işlər ca-

vabdeh   şəxsin   rəhbərliyi   altında   müəssisənin   müvafiq

komissiyasının   qərarı   və   layihə   təşkilatının   iştirakı   ilə

aparılmalıdır.

DNQT-ın yüksək dərəcədə korroziyaya uğramış (yararsız

hala düşmüş) elementləri (hissələri), dərhal dəyişdirilməlidir. 

1.24.2.   Tərkibində   zərərli   komponentlər   olan   yeni   növ

örtüklərin   tətbiqinə,   yalnız   Dövlət   Sanitar   müfəttişliyinin,

Dövlət Sənayedə Işlərin Təhlükəsiz Görülməsinə  Nəzarət və

Dağ-Mədən Işlərinə Nəzarət Komitəsinin, Ekologiya və Təbii

Sərvətlər   Nazirliyinin,   Baş   Dövlət   Yanğın   Təhlükəsizliyi

Idarəsinin   və   Həmkarlar   Ittifaqları   Konfederasiyasının   əmək

müfəttişliyinin razılığından sonra icazə verilə bilər.

1.24.3.   Korroziyaya   qarşı   örtüklərin   təmizlənməsi   və

vurulması zamanı mütləq fərdi mühafizə vasitələrindən istifadə

olunmalıdır.

99



1.24.4.  Təzyiq  altında   işləyən  boyaq   püskürdücülər   və

digər   pnevmatik   aparatlar,   qabaqcadan   gözlənilən   işçi

təzyiqdən 1,5 dəfə artıq hidravlik təzyiqlə sınanılmalıdır.

1.24.5. Katod mühafizəsi qurğularında işlərin aparılması

zamanı [16, 17]-in tələblərinə əməl olunmalıdır. 

1.24.6.   Metal   konstruksiyaların   səthlərinə   korroziyaya

qarşı   örtüklərin   çəkilməsi   və   elektrokimyəvi   mühafizə   üzrə

işlərin təhlükəsiz yerinə yetirilməsi üçün səyyar qaldırıcı qurğu

və tərtibatlardan istifadə olunmalıdır.

1.24.7. Korroziyaya qarşı işlərin aparılmasına aşağıdakı

hallarda icazə verilir: 

a) dənizdə dalğalanma 2 bala qədər olduqda özülün və

ya estakadanın döşəməsi altında (dəniz səthindən 3 m qədər

hündürlükdə)   yerləşən   metal   konstruksiyaların   səthindən

pasın,   qabıqlanmanın,   neft   məhsulları   qalıqlarının

təmizlənməsinə,   qumvuran   maşınla   təmizləmə   işlərinin

aparılmasına,   rəng,   lak   və   digər   qoruyucu   örtüklərin

çəkilməsinə;

b) küləyin sürəti 8 m/san qədər olduqda, dayaqların (tir-

lərin),   fermaların,   boru   kəmərlərinin   yuxarı   tikililərinin   və

özülün   və   ya   estakadaların   digər   metal   konstruksiyalarının

səthindən köhnə rənglərin, lakların, neft məhsulları qalıqlarının

təmizlənməsinə,   qumvuran   maşınla   təmizləmə   işlərinin

aparılmasına,   səthlərin   rənglənməsinə,   qoruyucu   örtüklərin

çəkilməsinə.

Qeyd:  

Küləyin sürəti 11 m/san qədər olduqda, özül və

estakadalarda   xüsusi   meydança   və   asma   tərtibatlardan

istifadə zərurəti yaranmadığı halda korroziyaya qarşı mübarizə

işlərinin aparılmasına icazə verilə bilər.

1.24.8. Dəniz qurğularında elektrik kabelləri və yüksək

təzyiq   altında   olan   boru   kəmərləri   mövcud   olduğu   halda,

aparılan işlərə cavabdeh olan şəxs baş verə biləcək bədbəxt

hadisələrin   və   həmin   obyektlərin   (kommunikasiyaların)

100



zədələnmələrinin   qarşısını   almaq   üçün   tədbirlər   görməlidir.

Korroziyaya   qarşı  işlər  aparılan  ərazidə  katod  mühafizəsinin

şinləri söndürülməlidir (açılmalıdır).

Avadanlığı, tərtibatları, rənglə dolu vedrələri kabel keçən

qanovlardan,   elektrokimyəvi   mühafizə   şinlərindən,   boru   kə-

mərlərindən asmaq qadağandır.

1.24.9. Katod mühafizəsinin qoşulmuş (işə salınmış) və-

ziyyətində   karroziyaya   qarşı   mübarizə   işlərinin   aparılması

qadağandır.

1.24.10.   Yalnız   müvafiq   xidmət   tərəfindən   təhkim

olunmuş işçinin rəhbərliyi altında elektrik kabellərinin və boru

kəmərlərinin yerdəyişməsinə icazə verilə bilər. Bu vaxt kabel

açılmalı   və   boşalmalı,   boru   kəmərində   isə   təzyiq   atmosfer

təzyiqinə qədər endirilməlidir.

1.24.11.   Korroziyaya   qarşı   mübarizə   işlərinin   elektrik

kabelinə   toxunmaqla   aparılması   zərurəti   yarandığı   halda,

kabel onu istismar edən xidmətin nümayəndəsinin iştirakı ilə

açılmalıdır.   Kabelin   (hətta   qısa   vaxt   ərzində)   yerinin

dəyişdirilməsi   zərurəti   yarandığı   halda,   kabeli   istismar   edən

xidmətdən icazə alınmalıdır.

1.24.12.   Lak   və   boya   materialları   saxlanılan   anbarlar

ventilyasiya   qurğusu   ilə   təchiz   olunmalıdır.   Ventilyasiya

qurğusu havada zərərli buxarların qatılığının sanitar normaları

ilə YVH-yə qədər azaldılmasını təmin etməlidir.

1.24.13. Lak və boya materialları saz və germetik metal

tarada saxlanılmalı və daşınmalıdır.

1.24.14.   Taranın   ağzını   taxta   tıxac,   əski   və   s.   ilə

bağlamaq qadağandır.

1.24.15. Dolu və boş taralar daima germetik bağlı olmalı-

dır. Hər bir çəlləyin, bidonun üzərində lak və boya materialları-

nın adı yazılmış etiket olmalıdır.

101



1.24.16.   Boş   tara   istehsalat   və   məişət   otaqlarından,

anbarlardan 20 m az olmayan məsafədə yerləşdirilmiş xüsusi

meydançalarda saxlanılmalıdır.

1.24.17. Lak və boya materialları anbarlarda bir sırada

yerləşdirilməlidir. 

1.24.18. Anbarlarda siqaret çəkmək,  oddan, qığılcım ya-

rada bilən alətlərdən istifadə etməklə işlərin aparılması qada-

ğandır. 


Anbarların gözə çarpan yerlərində aşağıdakı məzmunda

plakatlar asılmalıdır: «Siqaret çəkmək və oddan istifadə etmək

qadağandır».

1.24.19. Lak və boya materiallarının boşaldılması və qa-

rışdırılması üzrə görülən işlər mexaniki və ya pnevmatik üsulla

aparılmalıdır.

1.24.20. Lak və boya hazırlığı, rəngləmə işləri aparılan

otaqların   döşəmələri   zərbədən   qığılcım   verməyən   və

yanmayan materialdan hazırlanmalıdır.

1.24.21. Lak və boyaları lazımi özlülüyə qədər həlledicilər

vasitəsi ilə durulaşdırmaq üçün germetik avadanlıqdan istifadə

olunmalıdır. Həmin avadanlıq üfürücü-sorucu ventilyasiya ilə

təchiz olunmuş izolə edilmiş otaqlarda və ya meydançalarda

yerləşdirilməlidir.

1.24.22.   Lak   və   boya   materiallarının   töküldüyü   yer

dərhal təmizlənməlidir.

1.24.23.   Lak   və   boya   materiallarına   bulaşmış   alət   və

aparatlar xüsusi olaraq bu məqsədlər üçün nəzərdə tutulmuş

yerdə yuyulmalı və təmizlənməlidir.

1.24.24. Alüminium tozu quru otaqda saxlanılmalıdır.

1.24.25. Alüminium tozu ilə dolu tutumları daşıyarkən və

boşaldarkən   onları   zərbədən   qorumaq   lazımdır.   Alüminum

tozu ilə dolu tutumları yırğalamaq, diyirlətmək qadağandır.

102



1.24.26. Konstruksiyaların korroziyaya qarşı örtük təbə-

qəsi   tam  quruyana   qədər   5   m-dən   az   olan   məsafədə  odlu

işlərin aparılması qadağandır.

1.24.27. DNQT-da odlu işlər aparılan dövrdə onların icra-

çılarına aşağıdakılar qadağandır. 

a)   yeni   rənglənmiş,   izolə   edilmiş,   yağsızlaşdırılmış

səthləri   açıq   elektrik   qızdırıcıları   və   ya   digər   od   təhlükəli

cihazlar vasitəsi ilə qurutmaq;

b) lak, rəng, izolyasiya və digər materialları qızdırıcılarda,

ocaqlarda qızdırmaq.

1.24.28. Izolyasiya və bitum mastikalarının əridilməsi və

qızdırılmasında istifadə olunan qazanlar temperaturu ölçən ci-

hazlar və kip bağlanan qapaqlarla təchiz olunmalıdır. Qazana

doldurulan   izolyasiya   məhsulu   quru   olmalıdır.   Əritmə

qazanının   yanında   yanğınsöndürmə   vasitələri   olmalıdır.

Qazanın   odluğunun   ağzı   yanmayan   materialdan   hazırlanmış

geriyə   atılan   sipərlə   təchiz   olunmalıdır.   Izolyasiya

materiallarını   əridərkən   və   qızdırarkən   qazanları   nəzarətsiz

qoymaq qadağandır.

1.24.29.   Qazan   deşilərsə   dərhal   ocağı   (odluğu)

söndürmək, məhsulu boşaltmaq, qazanı təmizləmək və təmir

etmək lazımdır. Qazanı təmir etmək mümkün olmadıqda onu

dəyişmək lazımdır.

1.24.30. Bitum mastikası ilə işləyərkən aşağıdakı tələbləri

yerinə yetirmək lazımdır:

a) işə başlamazdan əvvəl çömçələrin, bakların və iş pro-

sesində istifadə olunan digər alətlərin sazlığını yoxlamaq;

b) qızdırılmış bitum mastikasını iş yerlərinə ağzı kip bağ-

lanan, təsadüfü düşmə nəticəsində ağzı açılmayan, xüsusi m-

etal baklarda daşımaq. Qızdırılmış mastikanın açıq tarada da-

şınması qadağandır;

c) mastikanın dağılmaması üçün bakları onların həcminin

3/4-dən çox doldurmaq qadağandır.

103



1.24.31. Tikinti meydançalarındakı izolyasiya materialları

hazırlanan bağlı otaqlar layihədə nəzərdə tutulmuş çəkib – vu-

rucu   ventilyasiya   sistemi   və   yanğınsöndürmə   vasitələri   ilə

təchiz olunmalıdır.

1.24.32.   Bitumun  həlledicilərlə   (benzin,   skipidar  və  s.)

qarışdırıldığı yerdən 20 m radiusda açıq oddan istifadə etmək

və qaynaq işlərinin görülməsi qadağandır. 

Qarışdırılma   prosesində   qızdırılmış   bitumu   həlledicinin

üzərinə tökmək lazımdır və bu zaman qarışdırılma yalnız taxta

çömçə ilə aparılmalıdır.

1.24.33. DNQT-rə ingibitorlar xüsusi olaraq bu məqsədlər

üçün ayrılmış və müvafiq surətdə təchiz olunmuş gəmilərlə,

müvafiq dövlət orqanlarının icazəsi və məsul şəxsin rəhbərliyi

ilə daşınmalıdır.




Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   246




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə