Азярбайъан республикасы


D.  1.25.2. Heyətin təxliyəsi



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə47/246
tarix08.02.2022
ölçüsü1,37 Mb.
#83564
növüQaydalar
1   ...   43   44   45   46   47   48   49   50   ...   246
427034950-Neft-Qaz-Chixarma-Senayesinde-Tehlukesizlik-Qaydalari-Kitabi

D.  1.25.2. Heyətin təxliyəsi

1.25.2.1. DDÖ (ÜQQ) və gəmi heyəti kollektiv xilasetmə

vasitələri üzrə qeydə alınmalıdır; eyni vaxtda obyektdə iki və

daha artıq müəssisə heyəti çalışarsa xilasetmə vasitələri üzrə

yalnız bir qeydiyyat olmalıdır  (tutulmalıdır).

1.25.2.2. DDÖ-nün (ÜQQ) hər bir işçisi «qayıq siqnalı»

üzrə öz yerini və vəzifəsini bilməlidir (DDÖ-nü (ÜQQ) kollektiv

xilasetmə vasitələri ilə tərk etmək).

1.25.2.3. Köçürülmə yolları, kollektiv xilasetmə vasitələri-

nin yerləşdiyi yerlər, onların suya endirilməsi üçün qurğular da

daxil olmaqla yerləşdikləri yerlər, həmçinin endirilmə yerində

dənizin səthi sutkanın qaranlıq vaxtı əsas və qəza işıqlandırıl-

ması ilə təmin edilməlidir.

1.25.2.4. DDÖ-dən (ÜQQ) təxliyə üsulu şəraitdən (gəmi-

lərlə, vertolyotlarla, kollektiv xilasetmə vasitələri ilə) asılı olaraq

111



müəyyən edilir. Təxliyə, tutulmuş qeydiyyata uyğun aparılmalı-

dır.


1.25.2.5. Kollektiv xilasetmə vasitələri ilə təxliyə xüsusi

komanda (siqnal) üzrə həyata keçirilir.

Heyətin   təxliyəsi   barədə   komandanı   DDÖ-nün   (ÜQQ)

rəisi və ya əmrlə təyin edilmiş onu əvəz edən şəxs verməlidir.

Həmin şəxs növbə çəkən gəmilərə və vertolyotlara məlumat

verir, lazım gələrsə, beynəlxalq fəlakət siqnalı verir.

1.25.2.6.  Ştormtraplar (ip nərdivanlar) DDÖ-nün (ÜQQ)

hər   bir   tərəfində   kolletiv   xilasetmə   vasitələri   quraşdırılmış

yerlərdə  yerləşdirilməlidir.   Ştormtrapın   uzunluğu  onun  aşağı

məhəccər sütununun suya toxunmasını təmin etməlidir.

1.25.2.7. Ştormtraplardan yalnız qəza hallarında istifadə

edilməlidir.   Ştormtrapların   yoxlanılması   müvafiq   təlimata

uyğun aparılmalıdır.

1.25.2.8. DDÖ (ÜQQ) heyəti ilə mütəmadi olaraq, ayda 1

dəfədən   az   olmayaraq,   hər   vaxtada   fərdi   və   kollektiv

xilasetmə vasitələrindən düzgün istifadə edilməsi üzrə məşqlər

keçirilməlidir.

1.25.2.9. Hər bir xilasetmə qayığına DDÖ-nün (ÜQQ) rəi-

sinin əmri ilə qayıq komandiri və onun müavini təhkim edilməli

və   onların   müvafiq   vəsiqələri   olmalıdır.   Hər   bir   xilasetmə

salına (plot) onun endirilməsinə görə məsuliyyət daşıyan şəxs

təhkim edilir.

1.25.2.10.   DDÖ-nün   (ÜQQ)   rəisi   (onun   müavini   və   ya

əmrlə   təyin   edilmiş   digər   məsul   şəxs),   radist   və   xilasetmə

qrupu   obyektdə   heç   bir   kəsin   qalmadığına   əmin   olduqdan

sonra, axırıncı olaraq təxliyə olunurlar.




Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   246




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə