Азярбайъан республикасы



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə55/246
tarix08.02.2022
ölçüsü1,37 Mb.
#83564
növüQaydalar
1   ...   51   52   53   54   55   56   57   58   ...   246
427034950-Neft-Qaz-Chixarma-Senayesinde-Tehlukesizlik-Qaydalari-Kitabi

2.3. Torpaq işləri

               

2.3.1.   Torpaq   işləri   müvafiq   layihə   və   işçi   sənədlərə

(işlərin   yerinə   yetirilmə   layihəsi,   torpaq   işlərinin

mexanikləşdirilmiş üsulla aparılması və ya xüsusi tərtib edilmiş

texnoloji   xəritələr)     uyğun   yerinə   yetirilməlidir.   Göstərilən

sənədlərdə təhlükəli zonalar nəzərə alınmalıdır.

2.3.2. Işlək yeraltı kommunikasiya zonalarında torpaq iş-

lərinin   aparılması   bu   kommunikasiyanı   istismar   edən

təşkilatlarla razılaşdırılmalı və əmək şəraitinin təhlükəsizliyini

təmin   edən   tədbirlər   hazırlanmalıdır.   Həmin   yerlər   müvafiq

işarə və ya yazıları olan lövhələrlə nişanlanmalıdır.

2.3.3. Bilavasitə fəaliyyətdə olan yeraltı kommunikasiya-

ların yaxınlığında torpaq işləri, işin rəhbərində təsdiq olunmuş

iş   planı   və   plan-sxem   olduqda,   cavabdeh   şəxsin   nəzarəti

altında   və   kommunikasiya   sahibi   olan   təşkilatın

nümayəndəsinin iştirakı ilə aparılmalıdır.

Bu işlərin aparılmasında yalnız beldən istifadə edilməlidir.

Zərbə alətlərindən (lingdən, külüngdən, pazlardan, pnevmatik

alətlərdən və s.) istifadə etmək qadağandır.

2.3.4.   Əgər   iş   prosesində   plan-sxemdə   göstərilməyən

yeraltı kommunikasiya (elektrik kabeli, boru xətti, kanalizasiya

və s.) aşkar edilərsə, onda iş dayandırılmalı və bu haqda işin

rəhbərinə   xəbər   verilməli   və   eyni   zamanda   bu

kommunikasiyanın zədələnməməsi üçün tədbirlər işlənməli və

kommunikasiya yerləşən yerlər nişanlanmalıdır. Növbəti işlər

əlavə   plan   (və   ya   əlavələr   edildikdə)   və   yeni   plan-sxem

alındıqdan   sonra   işin   rəhbərinin   nəzarəti   altında   yerinə

yetirilməlidir.

2.3.5. Qaz təzahürü aşkar olunduqda torpaq işləri dərhal

dayandırılmalı, zonaya insanların daxil olmaması üçün xüsusi

nişanlar   qoyulmalı   və   bu   barədə   işin   rəhbəri   və   ya

müəssisənin rəhbərliyi xəbərdar edilməlidir.

128



Torpaq işləri apararkən partlayış qorxusu olan material

aşkar   olunarsa,   işlər   dayandırılmalı,   müvafiq   təşkilatlardan

icazə   aldıqdan   sonra   torpaq   işləri   yenidən   davam

etdirilməlidir.

2.3.6. Işin rəhbərinin  hava elektrik xətləri,  kabellər  və

elektrik   qurğularının   başqa   cərəyan   daşıyan   hissələri

yaxınlığında   işə   başlamazdan   əvvəl     bu     işlərin   təhlükəsiz

şərtlərini   təyin   edən   və   təşkilatın   baş   mühəndisi   və   baş

energetiki   tərəfindən   imzalanmış   müvafiq   icazə   sənədi

olmalıdır.

2.3.7. Şaquli divarlı, bərkidilməmiş, qayalıq olmayan və

donmamış qruntlarda qrunt suları səviyyəsindən yuxarıda və

yaxınlıqda yeraltı qurğular olmadıqda iri çala (hövzə) və xən-

dəklərin aşağıdakı dərinliyə qədər qazılmasına icazə verilir:

1,0m - tökmə torpaqda, qumda və iri qırıntılı qruntlarda;

1,25m - qumlu torpaqlarda;

1,50m - gilli torpaqlarda və gildə.

2.3.8. Möhkəm olmayan  qruntlarda qrunt sularından yu-

xarı səviyyədə (kapilyar qalxmanı nəzərə almaqla) və ya süni

surətdə   su   azaldılması   vasitəsi   ilə   qurudulmuş   qruntlarda

divarları bərkidilməmiş çala və xəndəklərin qazılması dərinliyi

və   divarlarının   (yamaclarının)   dikliyi   cədvəl   3-ə   uyğun

olmalıdır:

Cədvəl


 3

Qruntların növləri

Yamacın sıldırımlığı (onun

hündürlüyünün doldurulmasına

nisbəti) çalanın dərinliyi, m-dən artıq

olmadıqda

1,5                      3                       5

Bərkidilməmiş tökmə

Qumlu və çınqıllı

1:   0,67                                   1:1

1:1,25

129



Qumlu torpaq

Gilli torpaq

Gil

Narın süxur çöküntüləri 



və çöküntüyə bənzər

1:   0,5                                       1:1

1:1

1:0,25                                     1:0,67



1:0,85

1:0                                               1:0,5

1:0,75

1:0                                             1:0,25



1:0,5

1:0                                               1:0,5

1:0,5

Qeyd:

Müxtəlif növlü qruntların laylanması (qat-qat yı-

ğılması) zamanı yamacın sıldırımlığı bütün laylar

üçün ən yumşaq qrunta nisbətən təyin edilir.

2.3.9. Xəndəklər qazılan zaman oradan çıxarılmış torpa-

ğın, tikinti materiallarının, maşın və mexanizmlərin xəndəyin

kənarı boyu yerləşdirilməsi,  habelə  maşın və mexanizmlərin

xəndəyin kənarı boyunca torpağın uçulma prizması zonasında

hərəkəti qadağandır.

Xəndəyin kənarından olan məsafə quru möhkəm torpaq-

larda 0,5m-dən, tökmə və nəm torpaqlarda - 1m-dən az olma-

malıdır.


Göstərilən zonada həmçinin hava elektrik ötürücü, rabitə

xətlərinin və s. quraşdırılmasına icazə verilmir.

2.3.10.   Xəndəyin   ətrafında   maşın   və   mexanizmlərin

təhlükəsiz   hərəkət  etmələri   üçün  eni  4,5m-dən  az   olmayan

keçidlər olmalıdır.

2.3.11. Fəhlənin xəndəyə düşməsi üçün məhəccəri olan

asma   nərdivan   və   ya   eni   0,75m   olan   pilləkən   nəzərdə

tutulmalıdır.

2.3.12. Tikinti meydanında qanovdan, xəndəkdən və yer

səthində   olan   boru   kəmərləri   üstündən   keçmək     üçün   eni

130



0,6m, məhəccərinin hündürlüyü 1,0m olan keçid körpücükləri

quraşdırılmalıdır.

2.3.13.   Torpaq   işləri   əl   ilə   görüldükdə   işləyənlər

arasındakı məsafə 2m-dən az olmamalıdır.

2.3.14. Tikinti meydanında təhlükəli vəziyyət yaranarsa,

(torpağın   sürüşməsi,   əsasın   çökməsi,   elektrik   xətlərinin

qırılması   və   s.)   dərhal   təhlükəli   sahəni   tərk   etməli,   işin

rəhbərinə baş vermiş hadisə barədə xəbər verməli. Təhlükəli

yerlər   çəpərlənməli   və   ya   kiçik   bayraqlarla,   işarələrlə   və   s.

nişanlanmalıdır.

2.3.15.   Yerqazan   maşınların   işçi   mexanizmlərinin

fəaliyyət zonalarında (ekskavator, buldozer, skreperlər və s.)

başqa işlərin aparılması və işçilərin olması qadağandır.

Ekskavatorun hərəkətdə olan hissələrinin fəaliyyət zonasın-

da, ekskavatorla torpaq tökülən yer arasında tək kovşlu ekska-

vator işlərkən onların 5 metrliyində işçilərin olması qadağandır.

2.3.16.   Torpaq  işlərini   partlayışla  apardıqda  

19



-in   və


müvafiq SNiP-lərin tələblərinə riayət edilməlidir.

131




Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   246




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə