Азярбайъан республикасы


Boru kəmərlərinin quraşdırılması, xəndəyə



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə57/246
tarix08.02.2022
ölçüsü1,37 Mb.
#83564
növüQaydalar
1   ...   53   54   55   56   57   58   59   60   ...   246
427034950-Neft-Qaz-Chixarma-Senayesinde-Tehlukesizlik-Qaydalari-Kitabi

Boru kəmərlərinin quraşdırılması, xəndəyə 

buraxılması və torpaqlanması 

2.4.38. Quraşdırma meydançası çəpərlənməli, mümkün

olmadıqda müvafiq nişan və yazılarla qeyd edilməlidir.

Çəpərləmə üçün yığılıb-sökülən inventar çəpərlər  tövsiyə

edilir.

Avadanlığın nəql edildiyi yollarda xəbərdaredici nişanlar

qoyulmalıdır.

2.4.39. Torpaq əsas (özül) kifayət qədər möhkəm olma-

dıqda (onun üzərində  kranın işləməsi üçün) o, bərkidilməli və

ya   xüsusi   döşənəcək   qurğusundan   (altlıqlardan)   istifadə

edilməlidir.

2.4.40. Boruların, armaturların, materialların və avadan-

lıqların   hamarlanmış   və   bərkidilmiş   meydançada   yığılması

üçün onların öz-özünə yerdəyişməsinin qarşısını alan tərtibat

nəzərdə tutulmalıdır.

2.4.41.   Boru  kəmərini   xəndəyə  yerləşdirməzdən   əvvəl,

borudüzən kranın kanatlarının, bloklarının, əyləc qurğularının

və s.  vəziyyəti yoxlanılmalıdır.

2.4.42. Boru kəmərini xəndəyə buraxmazdan əvvəl iş ic-

raçısı   və   ya   usta   xəndəyi   nəzərdən   keçirməli,   divarların

vəziyyətini   yoxlamalı   və   zəruriyyət   olduqda   təhlükəsizlik

tədbirləri   (etibarlı   olmayan   yerlərdə   torpağın   uçulmasının

qarşısının   alınması,   maili     yamacların   düzəldilməsi   və   ya

xəndəyin divarlarının bərkidilməsi) görməlidir.

2.4.43. Boru kəməri xəndəyə buraxılan (endirilən) zaman

torpağın   uçulması   baş   verərsə,   uçulmuş   torpaq   boru

kəmərinin     altına   xəndəyə   köndələn   (onu  etibarlı   saxlayan)

yataq qoyulduqdan sonra təmizlənməlidir.

137



2.4.44. Boru kəmərinin qaldırılması, təmizlənməsi, izolya-

siyası, buraxılması (endirilməsi) və xəndəyə düzülməsi zamanı

borudüzən kranların maşinistlərinin işləri uzlaşdırılmalıdır. Işin

aparılmasına cavabdeh şəxs boru kəmərinin əyriliyinin rəvanlı-

ğına,   mexanizmin     bərabər   yüklənməsinə,   boru   kəmərinin

qaldırılma   hündürlüyünə,   mexanizmlərlə   borudüzən   kranın

hərəkət   edən   hissəsi   (qolu)   arasındakı   məsafəyə   nəzarət

etməlidir.

2.4.45.   Borulara   çirk   və   kənar   əşyaların   düşməməsi

üçün,   onların   baş   hissəsi     bağlanmalıdır   (çexol,   örtük).

Boruların sürütləyərək daşınması qadağandır.

2.4.46. Istismarda olmuş boru kəmərlərinin və armatur-

ların quraşdırılmasına yalnız onlarda texnoloji məhsulların ol-

madığını   təsdiq   edən   və   işin   aparılmasına   icazə   verən   akt

olduqda başlamaq olar.

2.4.47. Quraşdırılan boru kəmərində, hətta qısa müddətə

belə   alətlərin,   materialların,   xüsusi   geyimlərin   və   digər

əşyaların qoyulması qadağandır.

2.4.48. Borular qaynaq edilməzdən və yığılmazdan əvvəl

onların   daxili   səthi   torpaqdan,   çirkdən,   qardan,   buzdan   və

digər əşyalardan təmizlənməlidir.

Qaynaq edilmiş   boru yığımı xəndək boyu uzadılmalıdır

(düzülməlidir).

2.4.49. Boruları (boru yığımını) mailliyi 3

0

-dən artıq olan



(xüsusən də xəndək tərəfə)   sahədə xəndək boyu yığanda,

boruların altına     dayaqlar qoyulmalı və ya torpaq prizması

qurulmalıdır. Köndələn maillik 6

0

-dən artıq olduqda   borular



torpağa  basdırılmış lövbərlərə (sütunlara) bağlanmalıdır.

2.4.50. Hər bir qaynaq aparılmış  yerdə qaynağı aparmış

qaynaqçının damğası olmalıdır. Damğa boruların birləşmə ye-

rindən   100-150mm   məsafədə   yuyulub   getməyən   rənglə

vurulur.   Bir   birləşmə   yerini   bir   neçə   qaynaqçı   qaynaqlayan

halda həmin yerin briqadada işləyən qaynaqçıların sayı qədər

138



damğası   olmalı,   yaxud   bütün   briqadaya   məxsus   olan   bir

damğası olmalıdır.

2.4.51.   Boruların   qaynaq   edilməsi   işləri   qurtardıqdan

sonra  boru kəmərinin  ucları  (daxilinə  qar,  torpaq,çirk  və  s.

düşməmək üçün) qapayıcılarla etibarlı bağlanmalıdır.

2.4.52.  Qaynaq  birləşməsinə  nəzarət  tikinti-quraşdırma

təşkilatları tərəfindən həyata keçirilməlidir.

2.4.53.   Əməliyyat   üzrə   qaynaq   birləşməsinin

yoxlanılması   iş   icraçısı   tərəfindən     yerinə   yetirilməlidir.

Yoxlamanın nəticələri qaynaq jurnalında qeyd edilməlidir.

2.4.54. Boru kəmərləri istismara buraxılmazdan əvvəl işçi

təzyiqdən 1,25 dəfə artıq təzyiqlə möhkəmliyə sınanmalı və

kipliyə (germetikliyə) yoxlanılmalıdır. 

2.4.55. Boru kəməri o vaxt möhkəmliyə və kipliyə (ger-

metikliyə) görə sınaqdan keçmiş hesab edilir ki, sınaq zamanı

boru kəmərində sınaq təzyiqi altında hər iki göstərici dəyişməz

qalsın, işçi təzyiq altında isə heç bir sızma aşkar edilməsin.

Boru kəmərinin möhkəmliyə pnevmatik üsulla sınaqdan

keçirilməsi   zamanı   6   saat   ərzində   təzyiqin   1%   aşağı

düşməsinə yol verilir.

2.4.56. Möhkəmliyə və kipliyə (germetikliyə) sınanmanın

bütün   üsullarında   təzyiqi   ölçmək   üçün   məsafədən   idarə

olunan   (distansion)   «Nəzarətçi»   tipli   cihazlardan   və   ya

mühafizə zonasından kənarda qoyulmuş, sınaq təzyiqinin  4/3-

nə yaxın təzyiqin, həddi şkalalı və dəqiqlik sinfi 1,5-dən aşağı

olmayan,   pasportu   olan,   yoxlanılmış,   plomblanmış

manometrlərdən istifadə edilməlidir.

2.4.57. Boru kəmərlərinin möhkəmliyə və kipliyə (germe-

tikliyə)   sınanmasının   aparılma   qaydası,   işin   ardıcıllığını   və

yerinə yetirilmə  üsullarını, sızmanın aşkar edilməsi metod və

vasitələrini,   həmçinin   yanğından   mühafizə   və   təhlükəsizlik

texnikası tədbirlərini nəzərdə tutan təlimatla müəyyən edilir.

139



2.4.58. Mühafizə zonası zəruri sayda nəzarət postları ilə

təmin edilməlidir.

Boru   kəmərlərində   təzyiqin   qalxması   zamanı   mühafizə

zonasında adamların olması qadağandır.




Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   246




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə