Азярбайъан республикасы


 Boru kəmərlərinin çəkilməsi



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə56/246
tarix08.02.2022
ölçüsü1,37 Mb.
#83564
növüQaydalar
1   ...   52   53   54   55   56   57   58   59   ...   246
427034950-Neft-Qaz-Chixarma-Senayesinde-Tehlukesizlik-Qaydalari-Kitabi

2.4. Boru kəmərlərinin çəkilməsi

Izolyasiya işləri

2.4.1. Boru kəmərlərinin torpaq və atmosfer korroziya-

sından   mühafizəsi layihənin, işin icra və qəbul qaydalarının

tələblərinə uyğun olaraq 

54



-ə əsasən yerinə yetirilməlidir.

2.4.2.   Boru   kəmərlərinin   təmizlənməsi,   izolyasiyası   və

düzülməsi, bir qayda olaraq işin icra layihəsinə müvafiq mexa-

nikləşdirilmiş  konveyer üsulu ilə yerinə yetirilməlidir.

2.4.3. Boru kəmərlərinin korroziyadan mühafizə edilmə

işləri müəssisə üzrə əmrlə təyin edilmiş və bu işlərin təhlükəsiz

yerinə   yetirilməsi   qaydalarını   bilən   mühəndis-texniki   işçinin

rəhbərliyi altında aparılmalıdır.

2.4.4.   Iş   icraçısı   işə   başlamazdan   əvvəl,   boru

kəmərlərinin   təmizlənməsi,   izolyasiyası   və   endirilməsi   ilə

məşğul   olan   fəhlələri   bu   işlərin   təhlükəsiz   aparılması   üzrə

istehsalat təlimatı ilə tanış etməlidir.

2.4.5.   Izolyasiya-düzmə   kolonunun   (dəstəsinin)   iş

yerindən boru kəmərinin qaynaq edilməsi üzrə irəlidə işləyən

quraşdırıcılar  briqadasına  qədər  olan məsafə 1000m-dən  az

olmamalıdır.

2.4.6.   Bütün   izolyasiya   materialları   onların   xarab

olmasını, nəmlənməsini və çirklənməsini istisna edən şəraitdə

saxlanılmalı və daşınmalıdır.

2.4.7.   Boru   kəmərlərini   korroziyadan   mühafizə   etmək

üçün     istifadə   edilən   bütün   materialların   sertifikatı   (onların

keyfiyyətini təsdiq edən) və ya digər sənədləri olmalıdır.

Belə sənədlər olmadıqda, laboratoriya sınaqlarının keçiril-

məsi zəruridir.

2.4.8.  Izolyasiya  edilən  boru  kəmərləri,  astarlama  qatı

çəkilməzdən   əvvəl   pasdan,   torpaqdan,   tozdan,   nəmdən

132



(şehdən),   hisdən   və   qaya   parçalarından   mexanikləşdirilmiş

üsulla təmizlənməlidir.

Astarlama   və   izolyasiya   işlərinin   yağışda,   qarda,

dumanda,   toz   qasırğasında,   güclü   küləkdə   aparılması

qadağandır.

2.4.9.   Tətbiq   edilən   izolyasiya   materiallarından   asılı

olaraq bitumlu və ya yapışqanlı astarlardan istifadə edilə bilər.

Yapışan lentdən olan örtüklər üçün yapışqanlı və ya bitumlu-

yapışqanlı astarlardan istifadə edilməlidir.

Astar quru səthə hamar (düz) qatla, (buraxılmış boş yer

olmadan,laxtasız, yığıntısız və qovuqsuz) çəkilməlidir.

2.4.10. Bitumlu astar susuzlaşdırılmış 1V markalı bitum

və aviasiya  benzinindən  1:2  nisbəti  ilə  hazırlanır.  Yay vaxtı

avtomobil   benzinindən   istifadə   edilməsinə   icazə   verilir.

Etilləşdirilmiş benzindən istifadə edilməsi qadağandır.

2.4.11. Bitum-rezinli mastikanın yolda bituməridən qur-

ğularda və ya səyyar qazanlarda hazırlanması lazım olan halda

mexaniki qarışdırılma tətbiq edilməlidir.

2.4.12.   Bitumlu   mastikanın   texniki   şərtlərə   və   ya   bu

məqsəd üçün ayrılmış meydançada işin aparılması təlimatına

uyğun hazırlanmasına icazə verilir.

Meydança  hamar (düz) yerdə seçilməli,  rahat girişi  və

yaşayış   sahələrindən   200m-dən,   taxtadan   olan   tikili   və

anbarlardan 50m-dən, elektrik ötürücü xətlərindən 30m-dən

az olmayan məsafədə yerləşdirilməlidir.

Bu meydançada 2 və daha çox qazanlar yerləşdirilərsə,

onların aralarındakı məsafə 5m-dən az olmamalıdır.

2.4.13.   Bituməridən   qurğuya   gedən   elektrik   kabeli

müvafiq qaydalara uyğun çəkilməlidir. 

Bitum   əridən   qazandan   5m   radiusda     quru   otlar

təmizlənməlidir. Meydança  müntəzəm olaraq zibildən, kağız-

lardan və digər tullantılardan təmizlənməlidir.

133



2.4.14.   Astar   bitum   qızdırılan   yerdən   50m-dən   az

olmayan   məsafədə   hazırlanmalıdır.   Bitum   70

0

C-dək


qızdırılmalıdır. Bitum benzinə tökülməlidir, əksinə yox.

2.4.15. Izolyasiya işləri aparılan yerə bitum mastikası xü-

susi   bitumdaşıyanlarla   və   ya   qızdırıcı   qurğusu   olan   səyyar

qazanlarla daşınmalıdır.

2.4.16. Bitum mastikası bituməridən qurğudan boşaldıl-

mazdan     əvvəl   şlanqın   və   bitum   borusunun   etibarlı

bərkidilməsi  yoxlanılmalıdır.

Mastikanı bituməridən qurğudan bitumdaşıyana boşaldan

zaman yanıqalmanın qarşısını alan tədbirlərə əməl olunmalıdır.

Şlanqın   borucuğa   birləşən   yerinin   yaxınlığında

dayanmaq, şlanqın ucunu əllə tutmaq və doldurma səviyyəsini

sisternin açıq lyukundan müşahidə etmək qadağandır.

Tullanışın baş verməməsi üçün şlanqın ucu sisternin lyu-

kunun yaxınlığında bərkidilməlidir.

2.4.17. Bitumun benzinlə qarışdırıldığı yerdən 50m-dən

az olmayan radiusda açıq oddan istifadə etmək qadağandır.

2.4.18.   Bitum     mastikasının   hazırlandığı,   təmizləndiyi,

izolyasiya edildiyi və boru kəmərinin buraxıldığı iş yerinin işıq-

landırılması [211]-ə uyğun olmalıdır.

2.4.19. Astarların və benzinin, habelə onların qablarının

yanğından təhlükəsiz və ventilyasiyası olan otaqlarda saxlanıl-

masına yol verilir.

2.9.20. Izolyasiya materialları mastika hazırlanan yerdən

25m-dən   yaxın   olmayan   məsafədə   çardaq   (talvar)   altında

yığılmalı, bu materialların və yanacağın ehtiyatları isə növbəti

yükləməyə qədər qazandan 5m-dən yaxın olmayan məsafədə

yerləşdirilməlidir.

2.4.21. Qaynar bitum mastikasından yanıq almadan işlə-

mək   üçün   izolyasiyaçı   xüsusi   geyimdə   (havadan   asılı

olmayaraq) işləməlidir (brezent gödəkçə və şalvarda, dəridən

çəkmədə, boğazlı brezent əlcəklərdə). 

134



2.4.22. Benzin, astarlama və ya qaynar bitum tökülmüş

yerlər dərhal torpaqla örtülməlidir.

2.4.23.         Polimer   plyonkadan   (nazik   təbəqə)   istifadə

edilən   zaman   plyonka   və   astarlama   saxlanılan   yerlərdə,

habelə   izolyasiya   maşınının   yaxınlığında   açıq   oddan   istifadə

etmək və siqaret çəkmək qadağandır.

2.4.24. Polimer lentlər qızdırılan bağlı otaqlarda 30

0

C-dən



artıq olmayan temperaturda və qızdırıcı cihazlardan 1m-dən

az olmayan məsafədə saxlanılmalıdır.

2.4.25. Boru kəmərlərinin şüşəgişlə (stekloruberoid) izol-

yasiya   işləri   üçün     yerli   şəraitə   uyğun   olaraq   təhlükəsizlik

texnikası təlimatı tərtib edilməlidir.

2.4.26.  

99



-a əsasən şüşə lifinin tozunun işçi zonanın

havasındakı qatılığı 4mq/m

3

-dən artıq olmamalıdır.



2.4.27. Şüşəgişlə işləyən zaman işçilər müvafiq   xüsusi

geyim   və   digər   mühafizə   vasitələri   tətbiq   etməklə

işləməlidirlər.

2.4.28.   Şüşəgiş   rulonu   bilavasitə   izolyasiya   maşınının

makarasına   keçirilməzdən   əvvəl   açılmalıdır.   Şüşəgişin   əllə

sarınması qadağandır.

2.4.29. Şüşəgiş rulonunun daşınması və düzülməsi (yığıl-

ması) zamanı qablaşdırma  kağızı zədəli  olmamalıdır. Rulonu

nəqliyyat vasitələrindən tullamaq (atmaq) qadağandır.

2.4.30.   Şüşəgişlə   işləyən   zaman   mühafizə   olunmamış

əllərlə   ona   toxunmaq,   onun   üstündə   oturmaq   və   ya

uzanmaq,habelə bilavasitə iş yerində qida və içməli su qəbul

etmək   qadağandır.   Qida   məhsulları   və   içməli   su   izolyasiya

maşınından   və   şüşəgiş   rulonundan   50m-dən   az   olmayan

məsafədə saxlanılmalıdır.

2.4.31. Boru kəmərlərinin izolyasiya örtüyünü mexaniki

zədələnmələrdən   qorumaq   üçün,   həmçinin   «qaynar»

sahələrdə   möhkəm   çürüməyən   rulon   şəklində   olan

materialdan

 

(PDB-polimeriodeqtebitum,



 

PRDB-


135


polimerrezindeqtebitum,   brizol,     şüşə-ruberoid,   hidroizol   və

izol) xarici sarğı kimi istifadə edilməlidir.

Qayalı, daşlı və çınqıllı, həmçinin quru nahamar torpaq-

larda   izolyasiya   edilmiş,   sarğılı   boru   kəmərləri   xəndəyin

dibindəki nahamar çıxıntıların üzərinə 10sm-dən az olmayan

qalınlıqda yumşaq torpaq tökməklə yerləşdirilməli (düzülməli)

və   boru   kəmərinin   yuxarı   hissəsinin   üzərinə   20   sm   həmin

torpaqdan tökülməlidir.

Mühafizə sarğısı örtüyə kip (boşluqsuz, qırışsız və bükük-

süz)   yapışmalıdır.   Sarğının   qurtaracağı   növbəti   lentin

başlanğıcı ilə 10 sm-dən az olmayaraq örtülməli və yapışdırıcı

ilə yapışdırılmalı və ya bandaj ilə (qurşaq) bərkidilməlidir.

2.4.32. Su maneələri, dəmir yolu və avtomobil yolları ilə

kəsişən   keçidlərdə   izolyasiya   örtüyünü   mexaniki

zədələnmədən   mühafizə   etmək   üçün   ikiqat   çəkilmiş   rulon

materialdan olan sarğıdan və futerləmədən (taxta reykalar və

b.) istifadə edilməlidir.

2.4.33.   Izolyasiya   işlərinin   keyfiyyətinə   nəzarət  

54



uyğun aparılmalıdır.

2.4.34.   Astarlamanın     çəkilməsinin   keyfiyyəti   xarici

baxışla   boşluqların,   yığılmaların   və   qovuqların   olmamasını

yoxlamaqla  aparılır.

2.4.35. Yapışqan polimer lentdən  olan izolyasiya örtüyü-

nün eni və həmçinin sarğısı kipliyə (germetikliyə) və bütünlüyə

yoxlanılmalıdır. Əgər sarğı   tamamilə yapışmış olarsa, kiplik

(germetiklik)   kafi   hesab   edilir.   Örtüyün   bütünlüyü   (tamlığı)

defektoskopla yoxlanılmalıdır.

2.4.36. Defektoskop işə salınmazdan əvvəl  yerləbirləşdiril-

məli və iş vaxtı yerləbirləşdirmənin vəziyyətinə diqqət yetirilmə-

lidir.

2.4.37.   Defektoskopun   gövdəsində   gərginliyin   olması



aşkar edilərsə, o dərhal işdən çıxarılmalı və təmirə verilməlidir.

136




Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   246




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə