Азярбайъан республикасы


BÖLMƏ 2 TIKINTI-QURAŞDIRMA VƏ TƏMIR IŞLƏRI



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə52/246
tarix08.02.2022
ölçüsü1,37 Mb.
#83564
növüQaydalar
1   ...   48   49   50   51   52   53   54   55   ...   246
427034950-Neft-Qaz-Chixarma-Senayesinde-Tehlukesizlik-Qaydalari-Kitabi

BÖLMƏ 2

TIKINTI-QURAŞDIRMA VƏ TƏMIR IŞLƏRI

2.1. Ümumi tələblər

2.1.1.   Bu   bölmədə   tikinti-quraşdırma   (sökmə),   torpaq,

qaynaq işləri, boruların çəkilməsi, vışkaquraşdırma, təmir və

başqa köməkçi işlərə tələblər göstərilir.

2.1.2. Tikinti-quraşdırma işləri müvafiq inşaat norma və

qaydalarına   (IN   və   Q-a),   tikintidə   göstərişlərə,   təhlükəsizlik

texnikası üzrə təlimatlara və bu Qaydaların tələblərinə riayət

etməklə yerinə yetirilməlidir.

2.1.3. Tikinti-quraşdırma (sökmə) işləri təsdiq olunmuş

layihəyə və tikintinin yerinə yetirilməsi layihəsinin tələblərinə

müvafiq aparılmalıdır.

Iş prosesində şərait əməyin təhlükəsizliyinə təsir edən is-

tiqamətdə dəyişilərsə, onda işlərin yerinə yetirilmə layihəsində

müvafiq dəyişikliklər aparılmalıdır.

2.1.4. Təhlükəli istehsalat obyektinin tikintisinin başlan-

ğıcı, genişləndirilməsi, yenidən qurulması, texniki  vasitələrinin

tamamilə   yeniləşdirilməsi,   konservasiyası   və   ləğv   edilməsi

haqqında   qərar   müəyyən   olunmuş   qaydada   təsdiq   edilmiş

lazımi sayda layihə sənədləri olduqda qəbul edilir.

2.1.5. Təhlükəli istehsalat obyektlərində avadanlıqların ti-

kintisi və quraşdırılması üzrə fəaliyyət göstərilən zaman təşki-

latlar   tikinti   və   quraşdırma   işlərinin   keyfiyyətinə,   həmçinin

tikinti   və   quraşdırma   texniki   bazasının   və   vasitələrinin

vəziyyətinə nəzarəti təmin etməlidirlər.

2.1.6. Müəyyən edilmiş qaydada müəssisə, istehsalat ob-

yektləri,   qurğular   və   kommunikasiyaların   tikilməsi   üçün

ayrılmış ərazi, sanitar-mühafizə zonalarının sərhədləri nəzərə

117



alınmaqla və layihə sənədlərinin tərkib hissəsi olan baş plana

müvafiq   hamarlanmalı   (planlaşdırılmalı),   çəpərlənməli   və

tikilməlidir.

Təhlükəli istehsalat obyektlərinin tikilmə ərazisinin müha-

fizə rejimi və xarakteri tikintini aparan təşkilat, istismara veril-

dikdən   sonra   isə-obyekti   istismar   edən   təşkilat   tərəfindən

müəyyən edilməlidir.

2.1.7. Tikilməkdə olan və istismar edilən təhlükəli isteh-

salat obyektlərinin (quyular, nasos və kompressor stansiyaları

və s.) maddi texniki təchizat bazaları və təşkilatın  istehsalat

xidmətlərinin yerləşdiyi yerlərlə bütün il boyu etibarlı nəqliyyat

əlaqəsi olmalıdır.

2.1.8. Yeraltı kommunikasiyaları (kabel xətləri, neft-qaz

kəmərləri və s.) olan müəssisələrdə, bu kommunikasiyaların

təşkilatın   rəhbərliyi   tərəfindən   təsdiq   edilmiş   faktiki

yerləşməsinin icra sxemi olmalıdır. Kommunikasiyaların faktiki

yerləşməsinin   layihədən   kənara   çıxması   layihəni   işləyənlərlə

razılaşdırılmalıdır.

Yerlərdə yeraltı kommunikasiyalar tras boyu və döngə-

lərdə göstəricilərlə işarə edilməlidir.

2.1.9.   Nəqliyyat   magistrallarının,   keçidlərinin   boru

kəmərləri   ilə   kəsişdikləri   yerlərdə   təhlükə   haqqında

xəbərdaredici   nişanlar   qoyulmalıdır.   Belə   yerlərdə   boru

kəmərlərinin əlavə mühafizəsi (örtük və s. qoyulması) müvafiq

tələblərə uyğun aparılmalıdır.

2.1.10.   Istismar   quyularının   kənar   sırasından   xaricə,

həmçinin   digər   təhlükəli   istehsalat   obyektlərinin   ətrafında

müvafiq ölçülərdə  sanitar-mühafizə zonaları olmalıdır.

Yataqların  məhsulluarında  zərərli  qarışıqlar  olduqda  bu

məhsulu çıxaran (nəql edən) təhlükəli istehsalat obyektləri və

yaxınlıqdakı   ərazilər   arasında,   ölçüləri   layihə   sənədləri   ilə

müəyyən edilən, bufer zonası olmalıdır.

118



2.1.11.   Partlayış-yanğın   və   yanğın   təhlükəsi   üzrə

binaların   və   otaqların   layihələndirmə   kateqoriyaları

layihələndirmə   mərhələsində   layihə   təşkilatı   tərəfindən

müəyyən   edilir.   Binaların   və   otaqların   ventilyasiyası   və

qızdırılması   Sanitar   və   Inşaat   norma     və   qaydalarının

tələblərinə müvafiq aparılmalıdır.

2.1.12.   Təhlükəli   istehsalat   obyektinin   ayrı-ayrı

sexlərinin,  sahələrinin və ya qurğularının  istismara verilməsi

bu   Qaydaların   tələbləri   nəzərə   alınmaqla   müəyyən   edilmiş

qaydada yerinə yetirilməlidir.

2.1.13. Tikinti-quraşdırma işləri yalnız yükqaldırma me-

xanizmlərinin köməyi ilə quraşdırma işlərinin aparılması üçün

təsdiq olunmuş layihəyə müvafiq yerinə yetirilməlidir.

2.1.14.     Qurğuların   və   avadanlıqların   quraşdırılması,

sökülməsi,   təmiri,   habelə   qazma   qurğularının,   vışkaların   və

qazma   avadanlıqları   bloklarının   çəkilməsi,   müəssisə   üzrə

verilmiş   əmrlə   təyin   edilmiş   məsul   işçinin   rəhbərliyi   altında

aparılmalıdır.

2.1.15. Yeni tikilən buruqlara və digər istehsalat obyekt-

lərinə qabaqcadan yol çəkilməli və giriş qoyulmalı, habelə işin

aparılma layihəsinə uyğun avadanlıqları, alətləri və materialları

boşaltmaq üçün meydança hazırlanmalıdır.

2.1.16. Tikinti-quraşdırma işləri üçün təyin edilmiş mey-

dança boru kəmərləri və kabellərdən azad olmalı, yükqaldırma

mexanizmlərinin   quraşdırılması   və   manevr   etmələri   üçün

kifayət   etməli,   ağaclardan,   kollardan   təmizlənməli   və

düzləndirilməlidir (hamarlanmalıdır).

2.1.17.   Obyektdə   bir   neçə   tikinti-quraşdırma   təşkilatı

işlədikdə     təşkilatların   (baş   podratçı   və   subpodratçı

təşkilatların)   qarşılıqlı   əlaqələrə   dair   müqaviləyə   müvafiq

əməyin təhlükəsizliyi üzrə tədbirlər nəzərdə tutulmalıdır.

2.1.18. Fəaliyyətdə olan müəssisə və sexin ərazisində işə

başlamazdan əvvəl sifarişçi (müəssisə) və baş podratçı, sub-

119



podratçı   təşkilatın   iştirakı   ilə   mütləq   akt-buraxılış   tərtib

etməlidir.

Akt-buraxılışda   nəzərdə   tutulmuş   tədbirlərin   yerinə

yetirilməsinə görə tikinti-quraşdırma təşkilatının və fəaliyyətdə

olan müəssisənin rəhbərləri məsuliyyət daşıyırlar.

2.1.19. Küləyin gücündən (sürətindən) asılı olaraq tikinti-

quraşdırma   və   təmir   işləri   [6]–nın   tələbləri   ilə   nizamlanır.

Böyük külək tutan səthi olan konstruksiyaların quraşdırılması

və   sökülməsi   işləri   küləyin   sürəti   10   m/san   olarsa   dərhal

dayandırılmalıdır.

2.1.20. Quraşdırma üçün təyin edilmiş məmulat və kon-

struksiyalar elə yığılmalıdır ki, quraşdırma ardıcıllığı pozulma-

sın, onların markaları giriş və ya keçid tərəfdən asan oxunula

bilsin, quraşdırma ilgəkləri üzü yuxarı olsun.

2.1.21.   Polad   kanatların   və   ilməklərin   çıxdaş   edilməsi

7



-nin tələblərinə uyğun aparılmalıdır.

2.1.22.   Konstruksiyaların   quraşdırılmasına   və

sökülməsinə başlamazdan əvvəl məsul şəxs quraşdırıcıları işin

aparılma   qaydası   və   onların   yerinə   yetirilməsi   zamanı

təhlükəsizlik tədbirləri ilə tanış etməlidir.

2.1.23.   Quraşdırma   işlərinə   başlamazdan   əvvəl   özülün

konstruksiyasının pasport məlumatlarına və özülün cizgilərinə

uyğunluğu yoxlanılmalıdır.

2.1.24. Konstruksiyanın ilməklənməsi   yükqaldırma me-

xanizmləri   ilə   quraşdırma   işlərinin   aparılması   layihəsində

nəzərdə tutulmuş tələblərə müvafiq aparılmalıdır.

Konstruksiyada quraşdırma ilgəyi olmadıqda və ya zədə-

lənmiş   olduqda,   bu   çatışmamazlıqlar   araqan   qaldırılmayana

qədər   onların   yerinin   dəyişdirilməsi   və   quraşdırılması

(sökülməsi) ilə bağlı işlər dayandırılmalıdır.

2.1.25. Konstruksiyanı özül üzərinə endirən zaman onun

qoruyucu dartıcısı olmalıdır.

120



2.1.26.   Qaldırılmış  konstruksiyadan  yükqaldırma   mexa-

nizminin qarmağının azad edilməsi, layihədə nəzərdə tutulmuş

müvəqqəti bərkitmə ilə (quraşdırma boltları ilə, polad məftillə,

konduktorla, pazlarla) onun dayanıqlığı təmin edildikdən və ya

onu əvvəlcədən quraşdırılmış, yaxud bərkidilmiş konstruksiya

üzərinə qoyduqdan sonra yerinə yetirilməlidir.

2.1.27.   Qaldırıcı   kanat   qaldırılmış   konstruksiyadan   o,

əsas və ya özül üzərinə qoyulduqdan və bərkidildikdən sonra

çıxarılmalıdır.

2.1.28.   Konstruksiyanın   sökülmüş  elementləri   dayanıqlı

vəziyyətdə yerə qoyulmalıdır.

2.1.29.   Tikinti-quraşdırma   (sökmə)   meydançalarında

nəqliyyatın   hərəkətinin   təhlükəsizliyini   təmin   etmək   üçün

yollar mailliyi 0,04 (yəni hər 10 metrəyə 0,4m) qədər olan,

dönmə   radiusu   10m-dən   və   eni   4,5m-dən   az   olmayan

keçidlərlə təchiz olunmalıdır.

Tikinti   meydançalarının   girişində   nəqliyyat   vasitələrinin

hərəkət sxemləri qoyulmalıdır, yolların kənarlarında və keçid-

lərdə isə yol hərəkəti qaydalarına uyğun yaxşı görünən işarə

və xəbərdaredici yazısı olan lövhələr olmalıdır.

Tikinti meydançalarının düz sahələrində nəqliyyat vasitə-

lərinin   hərəkət     sürəti   10km/saatdan,   döngələrdə   isə     -

5km/saatdan çox olmamalıdır.

2.1.30. Texnoloji avadanlıqların, kommunikasiyaların tə-

miri,   qulluğu,   təmizləmə,   quraşdırma,   sökmə   işləri,   o

cümlədən çən və bu tip avadanlıqların daxilində görülən qaz-

partlayış və yanğın təhlükəli işlər onların təhlükəsiz təşkili üzrə

nümunəvi təlimatın tələblərinə müvafiq aparılmalıdır.




Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   246




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə