Азярбайъан республикасы


 Elektrik qövs və qaz qaynaq işləri. Elektrik alətləri



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə53/246
tarix08.02.2022
ölçüsü1,37 Mb.
#83564
növüQaydalar
1   ...   49   50   51   52   53   54   55   56   ...   246
427034950-Neft-Qaz-Chixarma-Senayesinde-Tehlukesizlik-Qaydalari-Kitabi

2.2. Elektrik qövs və qaz qaynaq işləri. Elektrik alətləri

ilə kəsmə və səthi təmizləmə (cilalama) işləri

121



Elektrik qövs və qaz qaynaq işləri

2.2.1.  Işə başlamazdan  əvvəl  odlu  işlərin  aparılmasına

cavabdeh şəxs qaynaqçı ilə birlikdə qaynaq transformatoruna,

kabellərə, elektrod tutucusuna, yerləbirləşdirmə naqillərinə və

iş yerinə baxış keçirməli; yanar materialların,  ətraf mühitdə

qazlılığın   olmamasına   və   müvafiq   işıqlandırmanın

mövcudluğuna əmin olmalıdır. Bundan əlavə, odlu işlərin apa-

rılması ilə bağlı qonşu otaqlarda (arakəsmələrin arxasında və

s.) yanğının baş vermə ehtimalının olmamasına əmin olmaq

lazımdır.

2.2.2.   Elektrik   naqillərinin   və   qaynaq   avadanlıqlarının

yanmasının   qarşısını   almaq   üçün   məftillərin   en   kəsiyi

cərəyanın maksimal gücünə, izolyasiyası isə işçi   gərginliyinə

müvafiq seçilməlidir.

2.2.3.   Elektrik   qaynaq   aqreqatı   və   ya   transformator,

həmçinin onların kommunikasiyaları yanar qaz, buxar olmadığı

və   neft   məhsulları   tökülməmiş   yerlərdə   yerləşdirilməli,   10m

radiusda yanar materiallardan təmizlənməlidir.

2.2.4.   Elektrik   qaynaq   işləri   zamanı   əks   ötürücü   kimi

metal konstruksiyalardan, texnoloji aparatların gövdələrindən

və   boru   kəmərlərindən   istifadə   edilməsi   qadağandır.   Bu

məqsədlə elektrod tutucusu  üçün tətbiq olunan naqilə uyğun

kabel götürülməlidir.

2.2.5.   Elektrik   qaynaq   aparatları,   transformatorları   və

qaynaq   ediləcək   konstruksiyalar   qaynaq   zamanı   yerləbirləş-

dirilməlidirlər.   Yerləbirləşdirilmə   qaynaq   işinə   başlamazdan

əvvəl aparılmalı və işin axırınadək açılmamalıdır.

2.2.6. Xüsusi təhlükəli şərait üçün nəzərdə tutulan (metal

çənlərin   içərisində,   qazanlarda,   gəmilərin   bölmələrində,   açıq

yerlərdə görülən işlər) sabit və dəyişən cərəyan mənbəli bütün

elektrik qaynaq qurğuları xüsusi quruluşla təchiz olunmalıdır.

Bu quruluşlar 0,5 san müddətində yüksüz işləmə gərginliyini

122



avtomatik açmalı və ya onu 12 V gərginliyə qədər məhdudlaş-

dırmalıdır.

2.2.7. Izolyasiyasız və ya nasaz izolyasiyalı, burulmaqla

birləşdirilmiş   kabellərdən,   naqillərdən,   əldəqayırma   (kustar)

elektrik   qoruyucularından   istifadə   edilməsi   qadağandır.

Qaynaq   kabellərinin   birləşdirilməsi   üçün   preslənmədən,

qaynaqdan,   lehimləmədən   və   xüsusi   sıxacdan   istifadə

edilməlidir.

2.2.8. Qaynaq prosesində elektrodlar dəyişdirilərkən on-

ların   qalıqları   qaynaq   işi   aparılan   yerlərdə   qoyulmuş   xüsusi

metal yeşiklərə yığılmalıdır.

2.2.9. Elektrik kabellərinin və qaz şlanqlarının birgə çəkil-

məsi və onların eyni səviyyədə kəsişməsi qadağandır.

2.2.10. Elektrik qaynaq və qazla kəsmə işləri şaquli (ver-

tikal) sahələrdə yerinə yetirilən zaman odlu işlər aparılan yer

qaynaq və ya kəsmə nöqtəsinin hündürlüyundən asılı olaraq

cədvəl   2-də   göstərilən   radius   daxilində   yanar   maddə   və

materiallardan təmizlənməlidir.

         

                          

123



Cədvəl 2

Qaynaq  və kəsmə

nöqtəsinin maksimal

hündürlüyü, m

Qığılcımların dağılma radiusu, m

Qaynaq


zamanı 

Kəsmə zamanı 

     0                                                                                                     4

6

     2                                                                                                     6



8

     5                                                                                                     8

10

     7                                                                                                   10



12

   10                                                                                                 12

14

2.2.11. Qaz qaynağı işləri zamanı oksigen balonlarının,



şlanqların, odluğun, həmçinin asetilen qeneratorunun üzərinə

yağ, neft və neft məhsullarının dağılmasının qarşısını alan təd-

birlər görülməlidir.

2.2.12. Oksigen balonlarından 10m qədər olan məsafədə

açıq alovdan istifadə edilməklə (qaynaq, dəmirçi və s.) işlərin

aparılması və yanacaq-sürtgü materiallarının saxlanılması qa-

dağandır.

2.2.13. Məhsuldarlığı 5m

3

/saata qədər olan stasionar ge-



neratorlar   quraşdırılan   asetilen   qurğuları   otaqlarında   xüsusi

aralıq anbarlar olmazsa, barabanlarda 200kq qədər kalsium -

karbidin saxlanılmasına və bu halda ancaq bir barabanın açıq

vəziyyətdə olmasına icazə verilir.

2.2.14.   Müvəqqəti   qaynaq   işlərinin   aparılması   üçün

səyyar asetilen generatorları yanğın və partlayış baxımından

təhlükəsiz   otaq   və   yerlərdə   yerləşdirilməlidir.   Istehsalat

otaqlarında   qeneratorlar,   ancaq   otaqların   havası   yaxşı

124



dəyişdirildiyi   halda   yerləşdirilə   bilər.   Səyyar   asetilen

generatoru qaynaq işi aparılan yerdən, açıq alov mənbəyindən

və   bərk   qızmış   əşyalardan   10m   az   olmayan   məsafədə

yerləşdirilməli və çəpərlənməlidir.

2.2.15. Qaz qaynağı aparılan yerdə ikidən artıq oksigen

balonunun saxlanılması qadağandır. Oksigenlə dolu və boş ba-

lonlar müvəqqəti aparılan odlu işlər qurtardıqdan sonra yığış-

dırılmalıdır.

2.2.16. Asetilen generatoru kalsium - karbid ilə doldurul-

duqdan   sonra,   odluq   (qorelka)   yandırılmazdan   əvvəl

qazqolder və şlanqdakı hava qazla sıxışdırılıb çıxarılmalıdır.

2.2.17. Nasaz və ya su doldurulmamış hidravlik sürgülü

asetilen generatorları ilə qaynaq işinin aparılması  qadağandır.

2.2.18. Qaz qaynağı işləri aparılmazdan əvvəl  şlanqların

sazlığı və onların odluğa etibarlı bərkidilməsi yoxlanılmalıdır.

Qaz   buraxan   şlanqlardan   istifadə   etmək,   həmçinin

asetilen   şlanqını   oksigen   şlanqı   ilə   və   ya   əksinə   dəyişmək

qadağandır.

Qaz   qaynağı   işləri   zamanı   qaz   şlanqları   yüksək

temperatur   təsirindən   və   mexaniki     zədələnmələrdən

qorunmalıdır.

2.2.19. Qaynaq işləri zamanı odluğun (qorelka) bərk qız-

masına yol verilməməlidir. Bərk qızma hallarında vaxtaşırı iş

dayandırılmalı, odluq suya salınmaqla soyudulmalıdır.

2.2.20.   Asetilen   generatorundan   işlənmiş   kalsium   -

karbid   yanğın   təhlükəsizliyi   xidməti   ilə   razılaşdırılmış   xüsusi

ayrılmış meydançalarda yerləşdirilmiş lil çalasına (quyusuna)

boşaldılmalıdır.   Lil   çalası   10m-dən   yaxın   olmayan   yerdə

küləkdöyən tərəfdə olmalıdır.

2.2.21. Qaz qaynağı zamanı qadağandır:

-nasaz   aparat   və   şlanqlarla   qaynaq   işinin   aparılması,

donmuş   generatorun   və   onun   hissələrinin,   reduktorların,

ventillərin,   boru   xətlərinin   və   qaynaq   qurğusunun   digər

125



detallarının açıq alov və ya bərk qızmış əşya ilə qızdırılması.

Qızdırma qaynar su və ya buxar ilə aparılmalıdır;

-qaz balonlarının içərisindəki qaz tamamilə çıxarılmadan

və balon üfürülmədən ventillərin təmir edilməsi. Balondakı qaz

otaqdan kənarda və açıq alovdan uzaq yerdə boşaldılmalıdır;

-asetilen generatorundan, oksigen balonlarından, şlanq-

lardan, qaz xətlərindən və lil çalalarından 10m yaxın məsafədə

siqaret çəkilməsi və açıq alovdan istifadə edilməsi;

-sıxılmış   və   mayeləşdirilmiş   qaz   balonlarının   üstü   açıq

halda günəş şüaları altında saxlanılması;

-qaynaq   işləri   qurtardıqdan   sonra  

  asetilen

generatorlarının   kalsium   -   karbid   qalığından     və   lildən

təmizlənməmiş   və   həmçinin   retortaların,   yeşiklərin   və

generatorun digər hissələrinin yuyulmamış halda saxlanılması;

-oksigen şlanqlarının generatora tərəf üfürülməsi;

-asetilen  balonunun başlığına  (kolokoluna)  əşyalar yığ-

maqla generatorda təzyiqin artırılması;

-asetilen   generatorunun   işləyən   qazanxana   və   isti

sexlərdə,   həmçinin   kompressorların   hava   vurucularının   və

ventilyatorların hava sorucusunun yaxınlığında yerləşdirilməsi.

2.2.22. Elektrik qövs və qaz qaynaq işləri [253]–ə uyğun

aparılmalıdır

2.2.23.   Odlu   işlər   qurtardıqdan   sonra,   ehtimal   olunan

alovlanmanın qarşısını almaq üçün işlərin aparıldığı və onlara

qonşu olan otaq və ya sahələr diqqətlə yoxlanılmalı və lazım

gələrsə 1 saat ərzində nəzarətdə saxlanılmalıdır.


Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   246




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə