Азярбайъан республикасы



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə37/246
tarix08.02.2022
ölçüsü1,37 Mb.
#83564
növüQaydalar
1   ...   33   34   35   36   37   38   39   40   ...   246
427034950-Neft-Qaz-Chixarma-Senayesinde-Tehlukesizlik-Qaydalari-Kitabi

Işçilərin təxliyəsi 

1.15.14. Bütün istehsalat obyektlərində qəzaların ləğvi və

işçilərin   təxliyə   planı   olmalı   və   onunla   bütün   işçilər   tanış

olmalıdır.

1.15.15. Qəzaların ləğvinə və işçilərin təxliyəsinə dair ildə bir

dəfədən az olmayaraq obyektdə (müəssisədə) təlimlər keçirilmə-

lidir.

1.15.16. Qazma vışkaları qəzalar zamanı yuxarı fəhləni



dərhal təxliyə etmək üçün təxliyə qurğusu ilə, vışkaaltı portal

isə qazma briqadası üzvlərini təxliyə etmək məqsədi ilə xüsusi

novla təchiz olunmalıdır.

1.16. Xüsusi geyim, xüsusi ayaqqabı və 

digər fərdi mühafizə vasitələri

1.16.1.   Işçilər   «Neftqazçıxarma   sənayesində   işçilərə

xüsusi   geyim,   xüsusi   ayaqqabı   və   digər   fərdi   mühafizə

vasitələrinin  pulsuz  verilməsi  normalar»ında  [209]   nəzərdə

tutulduğu kimi xüsusi geyim, xüsusi ayaqqabı və digər fərdi

mühafizə   vasitələri   ilə   təmin   olunmalıdırlar.   Verilən   xüsusi

geyim   və   xüsusi   ayaqqabı   qüvvədə   olan   standartlara   və

texniki şərtlərə uyğun olmalıdır.

1.16.2.   Bütün   müəssisələrdə   xüsusi   geyim   və   xüsusi

ayaqqabıların yuyulması, kimyəvi təmizlənməsi, dezinfeksiyası

təşkil olunmalıdır. Zərərli maddələrlə işləyən fəhlələrin xüsusi

geyimlərinin   saxlanılması,   deqazasiyası,   dezaktivasiyası,

85



yuyulması və təmiri Dövlət sanitar nəzarətinin göstərişlərinə

müvafiq yerinə yetirilməlidir.

1.16.3.   Istifadə   olunmuş   xüsusi   geyim   və   xüsusi

ayaqqabı və digər fərdi mühafizə vasitələri, işçilərə, ancaq yu-

yulduqdan, təmirdən və dezinfeksiya olunduqdan sonra verilə

bilər.


1.16.4. Verilən xüsusi geyim və xüsusi ayaqqabı işçinin

ölçüsünə və boyuna uyğun olmalıdır.  Xüsusi  geyim iş vaxtı

işçinin hərəkətlərini məhdudlaşdırmamalıdır.

1.16.5. Iş vaxtı işçilər, onlara verilmiş FMV-dən istifadə

etməlidirlər. Mexanizmlərə xidmət edən işçilərin xüsusi geyimi

düymələnmiş vəziyyətdə olmalıdır.  Qadınlar  saçlarını  beretin

və ya ləçəyin altına yığmalıdırlar.

Iş vaxtı şərf və yaylıqların uclarının sallanmış vəziyyətdə

olması qadağandır.

1.16.6.   Yad   cisimlərin   gözə   düşmə   təhlükəsi   olduğu

halda işçilər qoruyucu eynəkdən istifadə etməlidirlər.

1.16.7. Qazma, quyuların əsaslı və cari təmiri briqadaları,

vışkaquraşdırıcılar, yuxarıda sadalanan obyektlərə baş çəkən

şəxslər (mədən ərazisində bütün işçilər) qoruyucu dəbilqədən

istifadə   etməlidirlər.   Havalar   soyuq   keçdikdə   isti   altlıqlı

dəbilqədən istifadə olunmalıdır.

1.16.8. Aşındırıcı  qələvilərlə  işləyən işçilər  kətan və ya

başqa   qələviyə   davamlı   parçadan   olan   əlcək   və   xüsusi

geyimlə, qoruyucu eynəklə, rezin ayaqqabı  və rezin önlüklə

təmin olunmalıdır və onlarda işləməlidir. 

1.16.9.   Turşularla   işləyən   işçilər   qoruyucu   eynəklə,

mahud və digər turşuyadavamlı parçadan olan xüsusi geyim

və əlcəklə, rezin ayaqqabı və rezin önlüklə təmin olunmalı və

onlarda işləməlidir. 

1.16.10.   Radioaktiv   maddələrlə   işləyənlər   ionlaşdırıcı

şüalardan qorunmaq üçün [209] uyğun olaraq fərdi mühafizə

vasitələri   (qoruyucu   kostyumlarla,   xüsusi   geyimlərlə,   xüsusi

86



ayaqqabılarla,   əlcəklərlə,   respiratorlarla   və   s.)   ilə   təmin

olunmalıdır.

1.16.11.   Çirklənmiş   (dezaktivasiya   olunmamış),   nasaz

(zədələnmiş) və  ya köhnəlmiş  fərdi  mühafizə  vasitələrindən

istifadə etmək qadağandır.

1.16.12. Radiasiya təsirinə məruz qalmış xüsusi geyim,

xüsusi   ayaqqabı   və   digər   fərdi   mühafizə   vasitələri

dezaktivasiya   edilməli   və   əgər   bu   mümkün   deyilsə,   onlar

məhv   edilmək   üçün   [236]–ya   uyğun   Bakı   Şəhəri   Icra

Hakimiyyəti   nəzdində   olan   «IZOTOP»   ixtisaslaşdırılmış

(xüsusi) kombinatına təhvil verilməlidir.

1.16.13. Işçi zonada qazın miqdarı buraxıla bilən qatılıq-

dan çoxdursa, fəhlələr əleyhqazdan istifadə etməlidir.

1.16.14. Tənəffüs orqanlarının filtrli fərdi mühafizə vasi-

tələri   iş   görülən   yerin   havasında   oskigenin   həcmi   miqdarı

18%-dən   az   olmadıqda   və   zərərli   maddələrin   məhdud

qatılığında (həcmi 0,5% çox olmadıqda) istifadə olunmalıdır.

1.16.15. Zərərli (təhlükəli) qaz yığılması ehtimal olunan

quyularda   (kolodeü),   qaz   kəmərlərində,   neft   çənlərində   və

digər yerlərdə işləyən fəhlələr şlanqlı əleyhqazlardan istifadə

etməlidirlər.

1.16.16.   Işçinin   şlanqlı   əleyhqazla   fasiləsiz   işləmə

müddəti 30 dəqiqədən artıq olmamalıdır. Sonradan işçi təmiz

havada 15 dəqiqədən az olmayaraq istirahət etməlidir. Hər bir

konkret iş yerində, iş vaxtı, işlərin aparılmasına cavabdeh olan

şəxs tərəfindən müəyyən edilməlidir.

1.16.17.   Fəhlələrə   təhkim   olunmuş   əleyhqazlar   sexdə,

imkan daxilində iş yerinə yaxın yerdə xüsusi dolablarda (şkaf)

saxlanılmalıdır.

1.16.18. Izoləedici tənəffüs aparatlarından, işlərin aparıl-

masının texnologiyasında nəzərdə tutulmuş hidrogen-sulfidin

ehtimal olunan ayrılmaları  ilə əlaqədar əməliyyatların yerinə

87



yetirilməsi və qəza vəziyyətinin yarandığı halda təxirəsalınmaz

tədbirlərin görülməsi zamanı istifadə edilməlidir.

1.16.19. Tənəffüs aparatları ölçülərə uyğun seçilməlidir.

Hər bir aparatın pasportu olmalı və üzərinə işçinin adı, soyadı

yazılmış  etiket   bərkidilməlidir.  Pasportda   tənəffüs  aparatının

sazlığı və növbəti sınanılma müddəti barədə yazılar olmalıdır.

1.16.20.   Qazdan   mühafizə   vasitələri,   istismar   üzrə

təlimata   müvafiq   olaraq,   qaz   xilasetmə   xidmətinin

laboratoriyasında yoxlanılmalıdır.

1.16.21.   Iş   yerlərində   mühafizə   vasitələrinin   istismarı,

yoxlanılması və saxlanılması üzrə təlimat olmalıdır.

1.16.22. Qaz təhlükəli obyektdə qazdan mühafizə vasitə-

lərinin   qəza   ehtiyatı   olmalıdır.   Onların   miqdarı   və   növü

işləyənlərin sayı, obyektin uzaqlığı, görülən işlərin xüsusiyyəti

nəzərə alınmaqla təyin olunmalı və qaz təhlükəsizliyi xidməti

ilə razılaşdırılmalıdır.

1.16.23. Əleyhqazlar və tənəffüs orqanlarının digər fərdi

mühafizə vasitələri üç aydan bir yoxlanılmalıdır. Filtrli əleyh-

qazlar   onların   texniki   pasportlarında   göstərilmiş   qayda   və

müddətlərdə dəyişdirilməlidir.

1.16.24. Fəhlələr tozlu iş şəraitində toz əleyhinə respira-

tordan, qoruyucu eynəkdən kombinezondan istifadə etməklə

işləməlidirlər.

1.16.25. Yer səthindən (döşəmədən) 2 m-dən daha artıq

yüksəklikdə aparılan tikinti-quraşdırma və texnoloji işlər qoru-

yucu kəmərlərdən istifadə etməklə yerinə yetirilməlidir.

1.16.26. Hər bir qoruyucu kəmər dəstində, kəmərin işə

yararlığını və hazırlanma tarixini təsdiq edən, həmin kəməri is-

tehsal   edən   zavodun   texniki   nəzarət   şöbəsinin   möhürü

olmalıdır. 

Qoruyucu kəmərin sazlığı hər dəfə istifadə edilməmişdən

əvvəl işçi tərəfindən yoxlanılmalıdır (işin rəhbəri tərəfindən isə

on gündən bir).

88



1.16.27.   Hər   altı   aydan   bir   qoruyucu,   xilasedici

kəmərlərin   möhkəmliyi   xüsusi   stenddə   statik   yükə

sınanılmalıdır.   Qoruyucu   kəmərin   elementlərində   qalıq

deformasiyaları   və   dağılma   aşkar   olunmadıqda,   kəmər

sınaqdan (300 kq yükü 5 dəqiqə müddətində asmaqla) çıxmış

hesab olunur.

1.16.28. Metal hissələrində dərin korroziya izləri olan və

kəmərin möhkəmliyini zəiflədən digər nasazlıqlarda qoruyucu

kəmərdən istifadə etmək qadağandır.


Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   246




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə