Азярбайъан республикасы


 Yükləmə-boşaltma işlərinin və ağır yüklərin



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə30/246
tarix08.02.2022
ölçüsü1,37 Mb.
#83564
növüQaydalar
1   ...   26   27   28   29   30   31   32   33   ...   246
427034950-Neft-Qaz-Chixarma-Senayesinde-Tehlukesizlik-Qaydalari-Kitabi

1.14.3. Yükləmə-boşaltma işlərinin və ağır yüklərin 

daşınmasının mexanikləşdirilməsi

1.14.3.1. Elektrik, hidravlik və yaxud pnevmatik intiqallı

kran və qaldırıcılar, işin təhlükəsizliyini təmin edən avtomatik

qurğularla (yükqaldırmanı məhdudlaşdıran, hədd dayandırıcısı)

təchiz olunmalıdır.

1.14.3.2. Mexaniki avadanlıqlarda işləməyə bu sahədə iş

təcrübəsi olan şəxslər buraxılır.

1.14.3.3.   Bütün   yükqaldırıcı   mexanizmlərin   pasportu

olmalıdır.   Bu   mexanizmlərin,   onların   gözəçarpacaq   yerində

bərkidilmiş,   yükgötürmə   həddləri   haqqında   məlumat   qeyd

olunmuş lövhəsi olmalıdır.

1.14.3.4. Qaldırıcı kranların, bucurqadların və digər qal-

dırıcı   mexanizmlərin,   yüklərin   öz-özünə   düşməsinin   qarşısını

alan   qurğuları   və     etibarlı   əyləci   (tormozu)   olmalıdır.   Işə

başlamazdan əvvəl əyləcin sazlığı yoxlanılmalıdır.

1.14.3.5.   Işdən   kənar   vaxtda   bütün   yükqaldırıcı

mexanizmlər elə vəziyyətdə olmalıdır ki, kənar şəxslərin onları

işə   salması   mümkün   olmasın.   Bunun   üçün   kranın   işəsalma

qurğusu işdən ayrılmalı və qıfılla bağlanmalı, kran işləməyən

halındakı   vəziyyətinə   gətirilməlidir.   Kran   yük   altında

qalmamalıdır.

1.14.3.6. Qaldırılan yükün çəkisi (takelaj qurğuları və ta-

ranı   nəzərə   almaqla)   qaldırıcı   mexanizmin   maksimal

yükqaldırma qabiliyyətindən artıq olmamalıdır.

69



1.14.3.7. Işçiləri yükqaldıran mexanizm və kranlardan is-

tifadə etməklə bir yerdən başqa yerə köçürmək qadağandır.

1.14.3.8. Avtokranın sürücüsü və cavabdeh şəxs kranın

qəzasız işinə, ilməkçi və yükvuran fəhlələrin əməyinin təhlükə-

sizliyinə, həmçinin kranın yanğından mühafizəsinə və yüklərin

təhlükəsiz yüklənib-boşaldılmasına, daşınmasına cavabdehdir.

1.14.3.9. Iki kranla yüklərin qaldırılmasına yalnız kranları

istismar edən müəssisənin mühəndis-texniki işçisinin rəhbərliyi

altında icazə verilir.

1.14.3.10. Yükləri domkratla qaldırmaq üçün domkratın

və   yükün   altına   mütləq   taxtadan   yastı   araqatı   qoymaq

lazımdır.

1.14.3.11. Dayanıqsız yüklər, onların etibarlı tutulmasını

təmin edə bilən və yükqaldırma həddi göstərilən, xüsusi ilmək-

lərlə ilməklənməlidir.

1.14.3.12. Mexanikləşdirilmiş vasitələrlə yükləmə və bo-

şaltma işləri aparılan zaman qadağandır:

-sürücünün kabinəsinə yüklərin gətirilməsi və aparılması;

-yüklərin  istiqamətləndirilməsi  və onun səmtləşdirilməsi

məqsədi ilə avtokranın banında fəhlələrin olması;

-sürücünün avtomobilin kabinəsində olması (əgər kabinə

xüsusi   mühafizə   örtüyü   ilə   örtülməyibsə),   eləcə   də,

avtomobilə texniki xidmət və onun təmir edilməsi;

-yükqaldırıcı   mexanizmin   yükqaldırma   qabiliyyətindən

ağır olan yüklərin qaldırılması;

-iki   yük   arasındakı   dar   yerdə,   donmuş   və   ya   torpaq

altında qalmış yükü, eləcə də, kranın oxu altında olan yükü

dartmaq   məqsədi   ilə   yükqaldırıcı   mexanizmdən   istifadə

edilməsi;

-asılmış halda olan yüklərin, yüklər daşınan zaman qaldı-

rıcı qurğuların və ya ilməklərin vəziyyətinin düzəldilməsi;

-mexanizmlərinin təmiri, yağlama işlərinin aparılması;

70



-yükün üstündə adam olduqda onu qaldırmaq və yerini

dəyişmək.

1.14.3.13.   Paket   halında   yığılmış   yüklər   elə

ilməklənməlidir   ki,   onları   yüksəkliyə   qaldırarkən,   ayrı-ayrı

hissələrinin və ya yüklərin bütünlükdə düşməsi halları istisna

olunsun. Uzunölçülü yükləri mütləq travers tətbiq etməklə iki

ilməklə bağlamaq lazımdır.

1.14.3.14. Yük qaldırılarkən və yerə endirilərkən qadağan-

dır:

-yük bərkidilmiş burazdan tutmaq;



-qaldırılan   yükün   altında   və   ya   onun   hərəkəti

istiqamətində olmaq;

-divarla yük arasında olmaq.

1.14.3.15.   Açıq   havada   yükqaldırıcı   kranla   işləyərkən

11m/san və daha çox küləkli havada yükləmə-boşaltma işləri

tam dayandırılmalıdır.

1.14.3.16.   Yüklərin   yerdəyişməsi   ilə   bağlı   yükqaldırıcı

mexanizmlər   vasitəsi   ilə   yerinə   yetirilən   yükləmə-boşaltma

işləri  və  digər   işlər  zamanı   krançılar  bu  əməliyyatları  yalnız

siqnal üzrə yerinə yetirməlidirlər.




Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   246




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə