Азярбайъан республикасы


 Yanar (tezalışan) yüklərin yüklənməsi



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə32/246
tarix08.02.2022
ölçüsü1,37 Mb.
#83564
növüQaydalar
1   ...   28   29   30   31   32   33   34   35   ...   246
427034950-Neft-Qaz-Chixarma-Senayesinde-Tehlukesizlik-Qaydalari-Kitabi

1.14.5. Yanar (tezalışan) yüklərin yüklənməsi, 

boşaldılması və nəqli

1.14.5.1.   Yanar   (tezalışan)   yüklər   –   benzin,   kerosin,

liqroin, metanol, texniki spirt, dixloretan və s. avtosisternlərdə

və   ya   metal   çəlləklərdə   nəql   edilir.   Başqa   qablarda   (şüşə

qablarda,   vedrələrdə   və   s.)   yanar   yükləri   nəql   etmək

qadağandır.

1.14.5.2. Yanar yüklərin daşınması və saxlanılmasında is-

tifadə olunan tutumlar saz və germetik olmalıdır.

1.14.5.3. Bu məqsəd üçün istifadə olunan sisternlərin və

tutumların üzərində silinməyən açıq rənglə «Zəhər», «Oddan

təhlükəlidir!» və yanar məhlullar üçün qəbul olunmuş başqa

xəbərdaredici işarələr yazılmalıdır.

1.14.5.4. Yanar yüklərin doldurulması və boşaldılması za-

manı papiros çəkmək və oddan istifadə etmək qadağandır.

75



1.14.5.5. Partlayış təhlükəli, tezalışan və zəhərli yüklərin

doldurulması   və   boşaldılması   işinə,   həmin   yüklərin

xüsusiyyətləri   və   təhlükəliliyi   haqqında   xüsusi   təlim   keçmiş

fəhlələr buraxılır.

1.14.5.6.   Çəlləkləri   diyirlətmək   üçün   polad   lingdən

istifadə etmək qadağandır.

1.14.5.7. Yanar məhlulla dolu olan çəlləklər avtomobilin

banına (kuzova) araqatı olan ramalara və ya ağac çüy bərkit-

məklə tıxacı yuxarı vəziyyətdə yığılmalıdır. Benzin və ya başqa

neft   məhsulları   ilə   dolu   olan   çəlləkləri   avtomobildən   yerə

atmaq qadağandır.

1.14.5.8.   Çəlləklərin   nəqlində,   saxlanılmasında   və   yük-

lənməsində   onların   düşməməsi   üçün   xüsusi   tədbirlər

görülməlidir.  Dolu çəlləklər  saxlanılan  və nəql edilən zaman

onlar günəş şüalarından və yerli qızmadan qorunmalıdır.

1.14.5.9. Yanar yükləri daşımaq üçün təyin olunmuş av-

tomobildə   yanğını   söndürmək   üçün   vasitələr   və   xəbərdarlıq

siqnalı (qırmızı bayraq) olmalıdır.

1.14.5.10.   Təhlükəli   maddələrin   daşınması   nəzərdə

tutulan   taralar,   ümumi   istifadə   üçün   olan   avtomobil

nəqliyyatlarında   təhlükəli   yüklərin   saxlanması   və   daşınması

[217] tələblərinə cavab verməlidir. 

1.14.5.11. Təhlükəli maddələr olan bütün yük yerlərində

yükün təhlükəlilik növünü (dərəcəsini), qablaşdırmanın yuxarı

hissəsini,   qablaşdırmada   olan   zərif   qabların   sayını   göstərən

yarlıqlar olmalıdır.

1.14.5.12. Yükləmə –boşaltma işlərini yerinə yetirərkən

yükün növündən və iş şəraitindən asılı olaraq müvafiq fərdi

mühafizə vasitələrindən istifadə edilməlidir.

1.14.5.13. Yanar yük çəlləklərinin nəqli zamanı avtomo-

bilin banında (kuzovda) işçinin olması qadağandır.

1.14.5.14. Yanar (tezalışan) yüklərin boşaldılması və dol-

durulması   zamanı   avtosistern,   yaxınlıqda   olan   yerləbirləşdirici

76



qurğuya   bənd   edilməlidir,   əgər   o   yoxdursa,   kənarda   0,5   m

dərinliyə   torpağa   sancılmış   daşınma   yerləbirləşdiriciyə

bərkidilməlidir.

1.14.5.15. Avtosisterni yerləbirləşdirici qurğudan ayırma-

ğa, yalnız doldurulma və ya boşaldılma prosesi qurtardıqdan

sonra icazə verilir.

1.14.5.16. Statik elektrikləşmədən qorunmaq üçün tətbiq

olunan xüsusi təyinatlı yerləbirləşdirici qurğunun müqaviməti

100 Om-dan çox olmamalıdır.

1.14.5.17. Boşaldıcı rezin şlanqlar, diametri 2 mm-dən az

olmayan mis məftillə sarınmalı, sarğının addımı 100 mm-dən

çox olmamalı,  məftilin  bir ucu şlanqa digər  ucu isə şlanqın

ucluğuna   bərkidilməlidir.   Şlanqın   ucluğu   zərbədən   qığılcım

yaratmayan metaldan olmalıdır.

1.14.5.18.   Avtosisternlərə   doldurma   və   boşaltma   işləri

müəyyən maddələr üçün xüsusi təyin olunmuş nasoslardan,

qüsursuz   şlanqlardan   və   borulardan   istifadə   etməklə   yerinə

yetirilməlidir.

1.14.5.19. Avtosisternlərin doldurulması və boşaldılması

yükgöndərən və yükalan təşkilatın qüvvə və vəsaiti ilə yerinə

yetirilir.   Yükün   avtomatikləşdirilmiş   sistem   vasitəsi   ilə

boşaldılması   istisna   olmaqla,   yükləmə-boşaltma   işlərini

aparmaq üçün sürücülərdən istifadə etmək qadağandır.

1.14.5.20. Avtomobildə qurulmuş nasosun köməyi ilə ye-

rinə   yetirilən   doldurma   və   boşaltmanı   istisna   etməklə,

təhlükəli yüklərin avtomobilə yüklənib və boşaldılması yalnız

avtomobilin mühərriki sönmüş olduqda yerinə yetirilməlidir.

Belə halda sürücü nasos idarə olunan yerdə olmalıdır.

1.14.5.21.   Qığılcımsöndürücü   quruluşla   təchiz   olunmuş

işlənmiş qazlar borusu (boğucu boru) avtosisternin mühərri-

kindən qabağa çıxarılmalıdır.

77



1.14.5.22. Yanar maddələr saxlanılan (benzin, kerosin və

s.) tutumların doldurulma həddi tutumların həcminin 95%-dən

çox olamamalıdır.

1.14.5.23.   Doldurma   və   ya   boşaltma   üçün   saxlanılmış

avtosisternin işəsalma açarı söndürülməli və sürətlər qutusu

neytral vəziyyətdə saxlanılmalı, çarxların altına qabaqdan və

arxadan dayaq qoyulmalıdır.

1.14.5.24. Avtosisterndə lyukun açılması və dirsəyin bər-

kidilməsi   zamanı   işçilər   küləkdöyən   (əsən)   tərəfdə

dayanmalıdırlar.

1.14.5.25.   Avtosisterni   doldurarkən,   rezin   şlanqın   ucu

sisternin   dibinə   qədər   salınmamalıdır   (dibdən   200   mm

məsafədən artıq olmamaq şərti ilə).

1.14.5.26. Doldurma və boşaltma estakadası ərazisində

avtosisternin təmiri qadağandır.

1.14.5.27.   Avtosistern   doldurulduqdan   sonra   rezin

şlanqın içərisindəki maye tam boşaldılmalı və bu zaman yanar

maddənin yerə tökülməsinə yol verilməməlidir.

1.14.5.28. Avtosisternin yaxınlığında yanğın baş verərsə,

onu   təcili   təhlükəsiz   yerə   sürməli,   bu   mümkün   olmadıqda

sisterni su şırnağı ilə sulamaq lazımdır.

1.14.5.29.   Ərzaq   məhsullarının   təhlükəli   maddələrlə

birgə daşınması qadağandır.

1.14.5.30.  Yükü nəql  edən  zaman avtomobildə  texniki

nasazlıq baş verərsə və bu nasazlığı yerində aradan qaldırmaq

mümkün olmazsa, sürücü daşıdığı yükün xüsusiyyəti barədə

xəbərdarlıq etməklə texniki kömək çağırmalı, təhlükəli maddə-

lərin axması halları olduqda isə bunu təcili aradan qaldırmaq

üçün müvafiq tədbirlər görməlidir.

1.14.5.31. Təhlükəli yüklərin yüklənməsi və boşaldılması

ərazisində   və   onların   daşınması   zamanı   papiros   çəkmək,

yaxud oddan istifadə etmək qadağandır.

78



Papiros   çəkməyə   yalnız   xüsusi   ayrılmış   yerlərdə   icazə

verilir.



Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   246




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə