Азярбайъан республикасы



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə21/246
tarix08.02.2022
ölçüsü1,37 Mb.
#83564
növüQaydalar
1   ...   17   18   19   20   21   22   23   24   ...   246
427034950-Neft-Qaz-Chixarma-Senayesinde-Tehlukesizlik-Qaydalari-Kitabi

1.9.4. Civə ilə əlaqəli işlər

1.9.4.1. Civə ilə işləyərkən aşağıda göstərilən tələblərdən

əlavə [220]–də verilmiş göstərişlərə riayət olunmalıdır.

1.9.4.2. Civənin qızdırılması, yuyulması, distillə edilməsi

ilə əlaqəli işlərdə, onun açıq səthlərinin mövcud olduğu halda

və   civənin   dağılması   ehtimal   olunan   cihazlardan   istifadə

edildikdə   bu   işlər   digər   otaqlardan   təcrid   olunmuş   ayrıca

otaqlarda aparılmalıdır.

1.9.4.3.   Civə   içəri   səthi   minalanmış   polad   germetik

balonlarda saxlanılmalı və daşınmalıdır. Çox az miqdarda olan

civəni rezin balonlarda saxlamağa və nəql etməyə icazə verilir.

1.9.4.4. Civə ilə işləyən cihazlara baxış keçirmək, onları

təmir etmək üçün nəzərdə tutulan otaqlarda civə kip tıxaclı,

qalın divarlı şüşə tutumlarda və ya rezin kolbalarda qliserin

altında 1 litrdən çox olmayan həcmdə saxlanılmalıdır.

1.9.4.5. Civə ilə dolu tutumlar dəstəyi olan xüsusi metal

qablarda (futlyarlarda) daşınmalıdır.

1.9.4.6.   Civə   ilə   iş   görülən   otaqların   havası   ayda   bir

dəfədən   az   olmayaraq   onun   buxarlarının   mövcudluğuna

yoxlanılmalıdır. Otaqda civə buxarlarının yüksək qatılığı aşkar

42



olunduqda   (0,01mq/m

3

  çox   olduqda)   sanitariya   təmizləmə



işləri və əlavə olaraq hava mühitinin analizi aparılmalıdır.

1.9.4.7. Civə ilə iş görülən otaqlarda aşağıdakı şərtlərə

riayət olunmalıdır:

a) divarlar sementlə malalanmalı və yağlı boya ilə rəng-

lənməlidir;

b)   döşəmə   və   bütün   divar   boyu   döşəmədən   100   mm

yuxarı   sahə   qara   plastik   kütlədən   hazırlanmış   (viniplast)

təbəqə ilə örtülərək bərkidilməlidir;

c) döşəmə civəni  yığmaq üçün nəzərdə  tutulan çalaya

(tutucuya) doğru maili quraşdırılmalıdır;

ç) divar və tavanın küncləri hamar olaraq dəyirmiləşdiril-

məlidir.


1.9.4.8.   Işçi   mebelin   quruluşu   sadə,   səthləri   hamar

olmalı, nitroemal və ya nitrolaklarla rənglənməli, döşəmədən

hündürlüyü azı 20 sm olan ayaqlar üzərində yerləşdirilməlidir.

1.9.4.9.   Stol   və   sorucu   şkafların   kənarlarında   hündür

bortlar   və   civənin   axması   üçün   dəliklər   olmalıdır.   Dəliyin

altında   onun   kənarlarına   kip   bağlanmış   içərisi   və   çölü

şpaklyovkalanmış və rənglənmiş civənin axması üçün tərtibat

olmalı,   onun   da   altında   qalın   divarlı   tutum   üçün   (civənin

yığılması üçün) yer nəzərdə tutulmalıdır. Tutumun içərisində

daima su olmalıdır. Tərtibat suya dalmış vəziyyətdə olmalıdır.

Civənin   axması   üçün   nəzərdə   tutulan   dəliyi   kauçuk

tıxacla   qapayırlar.   Hər   gün   yığılmış   civə   tutumdan

boşaldılmalıdır.

1.9.4.10. Içərisində civə olan aparatların kranının civənin

təzyiqi   altında   sıçrayıb     düşməsini   istisna   edən   xüsusi

bərkidilmə  sistemi  olmalıdır.  Kauçuk borucuqların  aparatlara

birləşən yerləri etibarlı surətdə bərkidilməlidir.

1.9.4.11.   Otaqlar   sanitariya   vəziyyətindən   asılı   olaraq,

dövri surətdə, ayda bir dəfədən az olmayaraq yığışdırılmalıdır

(təmizlənməlidir). Bu vaxt divar, döşəmə və aparatların səthi

43



sabunlu su ilə yuyulmalı və kalium-permanqanatın 0,1% məh-

luluna   qatı   xlorid   turşusu   (1   litr   məhlula   5   ml   HCl)   əlavə

etməklə silinməlidir.

1.9.4.12.   Hər   gün   işə   başlamazdan   əvvəl   və   iş

qurtardıqdan sonra otağın havası dəyişdirilməli, nəm süpürgə

ilə təmizlənməli və nəm əsgi ilə stol, mebellər silinməlidir.

1.9.4.13. Çirkli civəni içərisində su olan bankaya töküb

ağzını kauçuk tıxacla bağlamaq lazımdır. Civəni kanalizasiyaya

tökmək qadağandır.


Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   246




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə