Азярбайъан Республикасынын


Bütün türklərin tərcümanı



Yüklə 1,63 Mb.
səhifə31/73
tarix25.06.2018
ölçüsü1,63 Mb.
#51428
1   ...   27   28   29   30   31   32   33   34   ...   73

 Bütün türklərin tərcümanı



 

97



 ~ 

 

Sudan,  Əlcəzair,  Tunis)  səfərlərinin  nəticəsi  kimi  «Firəngistan 



məktubları»,  «Darrürrahat  müsəlmanları»,  «Sudan  məktubları», 

«Qadınlar  ölkəsi»  və  s.  kimi  bədii  əsərləri  –  roman  və  hekayələri 

qələmə alan İ.Qaspiralı Şərq ölkələrinə səyahətindən sonra «Bir-iki 

gün  İstanbulda»,  «Qafqazda  üç-beş  gün»,  «Zaqafqaziya  boyu», 

«Baxçasaraydan  Daşkəndə  səyahət»,  «İslam  ölkələrinin  məişəti», 

«Buxarada  nə  gördüm»,  «Misirdən  məktub»,  «Maarif  yolunda», 

«Hind  yolundan»,  «Hinddən  dönərkən»  və  s.  bədii-publisistik 

əsərləri – səyahət oçerklərini yazmışdır. 

Heç şübhəsiz ki,  İ.Qaspiralının səyahət oçerklərində hər bir 

ölkə,  bölgənin  tarix,  mədəniyyət  abidələri,  xalqların  məişəti, 

məşğuliyyəti, 

ayrı-ayrı  insan  obrazları,  xarakterlər,  təbiət 

lövhələri… ilə bağlı maraqlı, yaddaqalan məqamlar çox, lap çoxdur. 

Lakin ölkədən, şəhərdən asılı olmayaraq, bütün oçerkləri birləşdirən 

və  İ.Qaspiralının  səyahətlərinin  əsas  məqsədini  əks  etdirən  başlıca 

xətt islam, o cümlədən və xüsusi ilə türk xalqlarının mədəniyyətləri, 

maarifi,  elmi,  təhsili  ilə  tanışlıq,  Şərq  xalqlarını  bürümüş  qatı 

cəhalət  dumanından  xilas  yollarını,  nadanlıq  mərəzinin  çarəsini 

axtarmaqdır. 

Qeyd etmişdik ki, İ.Qaspiralı yaradıcılığında Azərbaycan və 

Azərbaycan  türkləri  mövzusu  aparıcı  yerlərdən  birini  tutur.  Bu, 

müəllifin səyahət oçerklərində də öz əksini tapmışdır. Maraqlıdır ki, 

digər  ölkələrə  səfərlərindən  bəhs  edərkən  də,  yeri  düşdükcə 

İ.Qaspiralı Qafqazı, Azərbaycan türklərini xatırlayır, xatırladır. 

Türklərin  kitab  mağazalarına,  nəşriyyat  işlərinə  biganə 

münasibətini  düşünə-düşünə,  pərişan  halda  İstanbul  küçələrində 

müşahidə etdiyi acı mənzərədən bəhs edərkən İ.Qaspiralı yazır: «Bu 

səhnələr  Qafqaza  səyahətimi  xatırlatdı,  o  zaman  bir  məclisdə 

içimdən qopan sualları təkrar qışqırmaq istəyirdim: ey türklər, nədir 



 Abid  Tahirli



 

98



 ~ 

 

bizdə  bu  hallar?  Tiflisdə  «Elmi-hal»  nəşr  edirik  Qaraqaşyan 



mətbəəsində, 

Bakıda 


«Koroğlu» 

buraxırıq 

«Adamyan» 

mətbəəsində,  Qarabağda  şeir,  ya  mərsiyə  çap  edirik  Vanlıyan 

mətbəəsində…  Belə  ki,  Qaraqaşyan,  Vanlıyan  cənabları  bizim 

görəcəyimiz  işi  həyata  keçirməsəydilər,  o  bizim  «Koroğlu»  dünya 

üzünü  görməyəcəkdimi?  Eləmi?  Bizlər  haradayıq,  hara  baxırıq  – 

deməyə  haqqım  yoxdumu?»  (İslam  ölkəsinin  məişəti,  «Tərcüman» 

№ 29, 6 avqust 1895). 

«Baxçasaraydan Daşkəndə səyahət» oçerkində də İ.Qaspiralı 

qürur  hissi  ilə  «hüquq  elmində  və  siyasətdə  mahir  Əhməd  bəy 

Ağaoğlu», doktor Məhəmməd, mühəndis Səlim, hərbi məktəb zabiti 

Əli, təhsil və tərbiyə işləri üzrə tanınmış mütəxəssis Həsən bəylə bir 

mahalda,  bir  məclisdə  görüşməyi,  söhbət  etməyi  özü  üçün  böyük 

ləzzət olduğunu yazır. Zaqafqaziya müftisi Hüseyn əfəndi Qayıbov, 

şeyxülislam  Mirzə  Həsən  Tahirovun  Tiflisdəki  müsəlman  həyatına 

bir  parlaqlıq,  rövnəqlik  verdiyini  qeyd  edir  və  göstərir    ki,  bakılı 

qardaşlarımız  bir  çox  sahələrdə  Rusiyanın  digər  müsəlmanlarına 

nisbətən  irəli  getmişlər,  bu  mənada  H.Tağıyev  (H.Tağıyevin 

mesenat  fəaliyyətindən  ayrıca,  geniş  bəhs  edir  –  T.A.),  M.Nağıyev 

və Ş.Əsədullayev xüsusi örnəkdirlər. Bakının xeyli tərəqqi etdiyini, 

məktəblərin,  şagirdlərin  sayının  artdığını  məhəbbətlə  qeyd  edir. 

Oçerkdə  müəllif  onunla  birgə  səyahət  etmək  üçün  Orta  Asiyaya  – 

Səmərqəndə  gələn  «Bakılı  dostlarından  müəllim  Məcid  əfəndi 

Qənizadənin» adını böyük ehtiramla çəkir. 

«Buxarada  nə  gördüm»  (27  iyun  1908,  №  47,  8  iyul  1908, 

№ 50, 1 avqust 1908, № 57, 5 avqust 1908, № 58, 12 avqust 1908, 

№ 60, 22 avqust 1908,  № 63, 26 avqust 1908,  № 64, 22 sentyabr 

1908,  №  68,  5  dekabr  1908,  №  78)  adlı  oçerkində  də  Azərbaycan 

türklərinin həyatına xeyli yer ayrılmışdır, müəllif Bakıdan keçərkən 




 Bütün türklərin tərcümanı



 

99



 ~ 

 

Əli Mərdan bəy Topçubaşovu xatırlayır, bir şamaxılı ilə həmsöhbət 



olur,  Buxaradakı  pambıq  emalı  fabrikinin  Bakıda  H.Z.Tağıyevin 

müəssisəsi qədər böyük olduğunu qeyd edir. 

«Sərgidə  mən  nə  gördüm»  səyahət  oçerkində  Nijni-

Novqoroda 

səfərindən, 

orada 


təşkil 

olunan  Ümumrusiya 

sərgisindən,  onun  eksponatlarından  bəhs  edərkən  «Qarabağdan, 

Şəkidən, Şirvandan» da bir xeyli əşyanın nümayiş etdirildiyini yazır 

«Misirdən məktub»da da (23 oktyabr 1907, № 69, 2 noyabr 1907, 

№ 70, 6 noyabr 1907, № 71, 13 noyabr 1907,       № 73, 20 noyabr  

1907, № 75, 23 noyabr 1907, № 76, 4 dekabr 1907, № 79, 8 yanvar 

1908,  №  1,  28  mart  1908,  №  24,  18  aprel  1908,  №  29). 

İ.Qaspiralının yadından Azərbaycan türkləri çıxmır. O, Qahirədə bir 

görüşü zamanı söylədiyi xütbədə Rusiya müsəlmanlarının fəaliyyəti 

ilə  bağlı  danışanda  H.Z.Tağıyevin  xidmətlərini  ayrıca  vurğulayır. 

Bundan  təsirlənən  məclis  iştirakçılarının  H.Z.Tağıyevin  ünvanına 

hər  tərəfdən  yüksələn  «sağ  olsun,  yaşasın»,  «yaşasın,  yaşasın» 

sədaları, duaları «salonu titrətdi». 

Qafqaza  Azərbaycanla  bağlı  səyahətlərinə  dair  İ.Qaspiralı 

ayrıca məqalələr də həsr etmişdir. «Ədəbi məclis» (10 avqust 1886, 

№  37),  «Qafqazda  üç-beş  gün»  (26  oktyabr  1886,  №  44),  «Yolda 

rastlaşma» (20 yanvar 1895, № 3), «Zaqafqaziya boyu» (23 dekabr 

1901, № 47) kimi oçerklər bu qəbildədir. 

Qeyd  etdiyimiz  kimi,  bütün  səfərlərində  və  bunun  nəticəsi 

kimi  bütün  səyahət  oçerklərində  mədəniyyət,  maarif,  təhsil  və 

tərəqqi  problemləri  ilə  maraqlanan,  onları  ön  plana  çəkən 

İ.Qaspiralının  Qafqaza  səyahətləri  üçün  də  bu  cəhət  xarakterikdir. 

Yerli  ictimaiyyət,  ziyalılar,  mətbuat  da  öz  növbəsində  İ.Qaspiralı 

şəxsiyyətinə,  ideallarına  böyük  maraq,  diqqət  göstərir,  onunla 

görüşə  can  atırdılar.  Rus  dilində  Tiflisdə  çıxan  məşhur  «Kafkaz» 




Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə