Abid Tahirli
~
106
~
mənimsənilməsi üçün qarşıda çox ciddi vəzifələrin olduğunu, ilk
növbədə isə məktəb probleminin həllinin, müəyyən islahatların
aparılmasının vacibliyini qeyd edir. Onun fikrincə, Kazan, Ufa,
Orenburq, Həştərxan, Daşkənd, Bakı, Nuxa və Baxçasaray kimi
müsəlman mərkəzlərindəki doqquz-on mədrəsədə kiçik dəyişikliklər
aparılması lazımdır. Bu zaman mədrəsələrin proqramlarına elmi
təhsil verən predmetlərin, o cümlədən coğrafiya, tarix, riyaziyyat,
hüquq və s. fənlərin əlavə olunmasının zəruriliyini qeyd edən təhsil
islahatçısı, dərslərin tatar dilində keçirilməsinin vacibliyini də
xüsusi vurğulayırdı. Müəllimlərin seçilməsi, onların ehtiyaclarının
ödənilməsi problemlərinin həlli üçün də İ.Qaspiralı mütərəqqi
təkliflər irəli sürürdü. Təhsildə yerli dilin tədrisini çox vacib amil
hesab edən İ.Qaspiralı öz fikrini əsaslandırmaq üçün «zəruri
bilgiləri və hökumət qərarlarını tatar dilində xəbər verən» Tiflisdə
nəşr olunan «Ziyayi Qafqaziyyə»ni misal çəkir və qeyd edir ki, bu
nəşrin yerli xalqa böyük yararı olmaqdadır. «Hər hansı söylənti
yayıldığı təqdirdə bu qəzet onun təkzibi üçün ən yaxşı vasitə
olacaqdır» - yazan müəllif qəzetin faydasının açıq-aşkar
göründüyünün və bu barədə artıq danışmağa ehtiyac olmadığını
bildirir.
İ.Qaspiralıya görə, müsəlmanların ruslarla yaxınlaşmasına
maneə olan səbəblər – məlumatsızlıq, bundan yaranan güvənsizlik,
müsəlmanlar arasında elmin, biliyin yalnız rus dilində aparılması
siyasəti, mədrəsələrdə elmi fənlərin tədris edilməməsi, türk dilində
qəzetin olmaması, məhkəmələrdə tərcüməçilərin yoxluğu aradan
qaldırılarsa, faydalı olardı və bütün bunlar nə rus dilinə, nə də
Rusiya dövlətinin mənafeyinə zərər verməz.
İ.Qaspiralı bütün bunlardan sonra təhsilli türk gənclərinə
səslənir: «Qardaşlar, xalqın bilgi və mədəni səviyyəsinin
Bütün türklərin tərcümanı
~
107
~
yüksəldilməsi işi ilə ciddi məşğul olun… Öz başını öyrənmək bir
ləyaqətdir, amma bilməyənə öyrətmək daha böyük ləyaqətdir, yaxşı,
xeyirli, müqəddəs bir işdir. Dinimiz insanlara üç şəkildə xeyir verilə
biləcəyini göstərir: əməklə, sözlə, sədəqə ilə. Bunların hər biri üçün
Allah yanında keçərlidir, savabdır. Fəqir öz yaxınına çalışması ilə,
alim öyrətməsi ilə, zəngin sədəqə verməsi ilə yardım edə bilər.
Öyrənmişsinizsə, elmin və yaxşılığın qaydalarını əldə etmişsinizsə,
onları özünüzdə saxlamayın, yaxınlarınıza, soydaşlarınıza verməyə
çalışın, …kitabları tatar dilinə çevirin, fağır, cahil tatarlar üçün
yazın, məktəblər açmağa, məktəbləri yaxşılaşdırmağa, sənət və
sənətkarlığı yaymağa çalışın». Beləliklə, əsərlə bağlı fikirlərimizi
yekunlaşdırsaq, İ.Qaspiralının 1886-cı ildə qələmə aldığı «Rus-Şərq
anlaşması» adlı məqaləsində yazdığı kimi, « Rusiya sərhədləri
içərisində yaşayan müsəlmanların maariflənməsi və ruslarla daha
yaxın əlaqələrin qurulması üçün müəllif gərəkli tədbirlərdən söz
etmişdir və fikrimizcə, istəyinə tam nail olmuş, tarixin həmin
mərhələsində bir maarifçi-islahatçı-publisistin yerinə yetirə biləcəyi
ən böyük vəzifənin öhdəsindən layiqincə gəlmişdir.
Rus-ġərq anlaĢması
Xeyli müddət – 1871-1875-ci illər arasında özünün təbiri ilə
desək, «Qərb və Şərqdə yaşamış birisi» kimi şəxsi gözləm və
intibaları» (şəxsi müşahidə və təəssüratları – T.A.) nəticəsində
Rusiyanın xarici siyasəti, xüsusi ilə Şərq ölkələri ilə münasibəti və
bu kontekstdə Rusiya müsəlmanlarının vəziyyəti ilə bağlı
formalaşmış fikirləri İ.Qaspiralı «Rus-Şərq anlaşması» adlı əsərində
işıqlandırmışdır. Məqalə 1896-cı ildə «Tərcüman»ın rus variantının
20-ci nömrəsində dərc edilmişdir. Əsər dövlətlərarası münasi-
Abid Tahirli
~
108
~
bətlərə, Rusiyanın tarixinə və həmin dövrdə həmsərhəd olduğu
ölkələrlə əlaqələrinə və ilişgilərin mövcud durumu və perspek-
tivlərinə həsr edilsə də, yazını bütünlüklə rus-türk münasibətlərinin
səmimi, etibarlı, güvənli təməllər üzərində qurulması naminə edilən
təşəbbüs kimi də qəbul etmək olar. Bəziləri müəllifin mövcud şərait
üçün ən məqbul sayıla biləcək bu addımına müxtəlif don
geyindirməyə cəhd göstərsələr də, həmin tarixdə cərəyan edən
ictimai-siyasi proseslər, xüsusi ilə taleyinin çətin dövrünü yaşayan,
ətalət, cəhalət içində boğulan türkdilli xalqların mənafeyi
baxımından bəlkə də İ.Qaspiralının təklifləri yeganə xilas yolu kimi
dəyərləndirilməyə layiqdir.
Bu yazıda, bundan əvvəlki əsərlərində, elə sonralar da
İ.Qaspiralının bu istiqamətdəki səy və təşəbbüslərinə qiymət
verərkən məhdud, dar çərçivədən, yaxud hay-küyçü, yalançı
millətpərvərlik hisslərindən yox, tarixi şəraiti, durumu, reallıqları
nəzərə alaraq yanaşmalıyıq. XIX əsrin ortalarında isə Rusiyadakı
mövcud mənzərə bəlli idi: bir tərəfdə əsgəri, silahı ilə dünyaya
meydan sulayan – imperiya – «Avropanın jandarması», digər
tərəfdən həmin imperiyanın sərhədləri içində – tarixi torpaqlarında
mövhumatın, nadanlığın, cəhalətin içində çapalayan fağır, kasıb
müsəlmanlar. Belə düşüncə və həyat tərzinə mənsub toplumun
həmin vəziyyətdən çıxarılmasının yeganə yolu onun maariflənməsi,
elm, təhsil, tərəqqi ilə gözünün açılması ola bilərdi. Bu isə
İ.Qaspiralının da yazdığı kimi, müsəlmanların Rusiyada özlərini
yabançı hiss etməməsi, rus insanı ilə təmas qurması, yaxınlaşması,
eyni zamanda məktəb islahatı aparılması, xalqın maariflənməsi yolu
ilə reallaşa bilərdi.
Əvvəlki yazılarında olduğu kimi, bu yazıda da İ.Qaspiralının
məqsədi «hələ də sayı az olan təhsilli Rusiya müsəlmanlarının, mü-
Dostları ilə paylaş: |