Abid Tahirli
~
130
~
onun asılışı» haqqında danışan İ.Qaspiralı müsəlman dünyasındakı
mövcud problemlərin, onu yaradan səbəblərin aradan qaldırılması
yollarını özünəməxsus tərzdə, əsaslı, dərin məntiqlə, inandırıcı
şəkildə çatdırır.
Zamanın tarixi
«Tərcüman»ın bir neçə nömrəsində (1908-ci il 1 fevral, № 8;
5 fevral, № 9; 8 fevral, № 10; 12 fevral, № 11; 15 fevral, № 12;
19 fevral, № 13) «Zamanın tarixi» adlı məqaləsində İ.Qaspiralı son
illər müsəlman həyatında, düşüncələrində bir hərəkətin olduğunu
qeyd edir və göstərir ki, yeni ideyaların yaranması, yeni qələm
sahiblərinin, yeni adamların ortaya çıxması bu dirçəlişin əlamətlə-
rindədir. Belə bir dövrdə «cəmiyyət işlərində çalışanlar və ya digər
işlərdən xəbər və məlumatı olanlar öz bildiklərini qeyd etsələr,
qələmə alsalar, bu millətin xeyrinə olar» - prinsipi ilə İ.Qaspiralı da
zamanın tarixini yazmağı qərara alır.
Müəllif göstərir ki, 3-4 il əvvəl Rusiya müsəlmanları «siyasi
işlərdən çox uzaqda idilər», rus cəmiyyətində baş qaldıran hürriyyət
hərəkatlarından xəbərsizdilər, mətbuat sahəsində yalnız «Tərcü-
man» fəaliyyət göstərirdi. Kazanda və Tiflisdə qəzet çıxarmaq
təşəbbüsü olsa da, bu cəhd o vaxtlar reallaşmamışdı: bu arzu
Məhəmməd Ağa Şaxtaxtinskinin (1846-1931) səyi ilə 1903-cü ildə
həyata keçdi. «Şərqi-Rus» (1903-1905) nəşrə başladı.
Peterburqda Əli Mərdan bəy Topçubaşov (1865-1934) ilə
görüş zamanı Rusiya müsəlmanlarının ümumi yığıncağının keçiril-
məsi ilə bağlı qərar qəbul etdiklərini yazan İ.Qaspiralı bu ideyanın
reallaşması üçün 1905-ci ilin may, iyun, iyul aylarında «Tərcüman»
qəzetində ardıcıl çıxış etdiyini, tədbirin proqramı ilə bağlı müzakirə-
Bütün türklərin tərcümanı
~
131
~
lərin açdığını yazır. Müəllif daha sonra qurultaya hazırlıq işlərindən
və çətinliklə də olsa, qurultayın paroxodda öz işinə başlamasından
və onun tarixi qərarlarından, Əli Mərdan bəy Topçubaşov,
Əbussuud Mirzə Əhmədov, Yusif bəy Akçurin, Mustafa Mirzə
Davudoviç, Əhməd bəy Ağayev və sair kimi xadimlərin qurultayla
bağlı fəaliyyətlərindən geniş söz açır. Daha sonra İ.Qaspiralı Rusiya
müsəlmanlarının II qurultayından, orada proqram, fəaliyyət
istiqamətləri ilə bağlı yaranan mübahisələrdən ətraflı söz açır.
«Can alıb can verəcək məsələ» - ortaq dil problemi
Dil problemi İ.Qaspiralı yaradıcılığının mayasıdır, qida mən-
bəyidir, onun təməlini təşkil edir. Publisistik, ədəbi, mətbu fəaliyyə-
tinin bütün mərhələlərində dil məsələsini gündəlikdə diqqətdə sax-
layan İ.Qaspiralı bu problemə müxtəlif aspektlərdən yanaşmış, onu
kompleks halda dəyərləndirmiş və dili millətin «ən böyük və ən bi-
rinci sərmayəsi» kimi qiymətləndirmişdir. Dil məsələsi müəllifin
irsində çoxplanlıdır:
- ana dili;
- ortaq türk dili;
- qədim türk dili;
- Osmanlı dili;
- məktəb dili;
- ədəbi dil;
- küçə (avam) dili;
- məişət dili;
- şivələr;
- ədəbi tənqidin dili;
Abid Tahirli
~
132
~
- qəzet dili;
- tərcümə dili;
- rəsmi dil;
- elm dili;
- dinin dili;
- dilin sadəliyi;
- dilin anlaşıqlığı;
- dilin təsirliliyi;
- dilin obrazlılığı;
- dil və imla;
- dil və məsuliyyət.
Hələ «Tərcüman» nəşrə başlamazdan bir müddət əvvəl –
1880-1881-ci illərdə qələmə aldığı «Baxçasaray məktubları» və
«Rusiya müsəlmanları» adlı əsərlərində İ.Qaspiralı Rusiya müsəl-
manlarının həyat tərzi, təhsili, məşğuliyyəti, rus xalqı və iqtidarı ilə
münasibətləri haqqında fikir və düşüncələrini qələmə alır, yeri gəl-
dikcə həmin məsələləri kitab, mütaliə, məktəb, təhsil və dil prob-
lemləri ilə məharətlə əlaqələndirirdi. Savadsızlıq və cahilliyin mü-
səlmanları tez-tez nöqsanlara sürüklədiyi fikrində olan müəllif ba-
carıqlı müəllimin uşaqlarla onların anladığı dildə danışaraq tədriclə
səviyyələrinin yüksəldikləri kimi, idarə edənlərlə idarə olunanlar
arasındakı əlaqənin təməlində də bu sistemin tətbiqini lazımlı hesab
edir və bunu Qafqazı idarə edənlərin yaxşı başa düşdüyünü və
Tiflisdə tatar dilində «Ziyayi-Qafqaziyyə» adlı qəzetin nəşrinin
anlayışla qarşıladıqlarını yazır (Baxçasaray məktubları).
«Baxçasaray məktubları»nda «tatar dilində yazılı sözün (qə-
zet mənasında – T.A.) məlhəm qədər yararlı olacağı, eyni zamanda
rus dilindəki rəsmi materialların yerli xalqın dilinə tərcümə edilmə-
sinin vacibliyi ideyasını irəli sürən İ.Qaspiralı «Rusiya müsəlmanla-
Bütün türklərin tərcümanı
~
133
~
rı»nda «məktəbdə tatar dilinin istifadə edilməsinə nəyin əngəl ola
biləcəyini qətiyyən anlamadığını və Rusiya müsəlmanlarının tərəq-
qisi üçün dünyəvi təhsilin tatarca tədrisinin zəruriliyini qeyd edir.
«Rus-Qərb anlaşması», «Sosializm və ya ortaqlıq məzhəbi»
kimi siyasi-fəlsəfi, nəzəri, ideoloji mövzularda da yeri gəldikcə dil
məsələsinə toxunan İ.Qaspiralı dilin bu və ya digər problemlərinə
dair ayrıca çoxlu sayda məqalə həsr etmişdir.
«Qədim türk dili» («Tərcüman», № 47, 14 noyabr 1886),
«Türk dili şivələri» (18 aprel 1888, № 14), «İstanbul qəzetləri» (8
iyul 1888, № 22), «Hizmət qəzeti» (27 oktyabr 1888, № 37),
«Mülahizə» (9 iyul 1890, № 24), «Dil sadəliyi» (30 aprel, № 17; 7
may, № 18, 1895), «Dil məsələsi» (11 avqust, № 31, 1896),
«Osmanlı qəzetlərindən» (25 avqust, № 33, 1896), «İmla bəhsi»,
«Osmanlı dövlətinin məişəti» (16 mart 1897, № 11) adlı
məqalələrdə türk dili, onun qolları, eləcə də dövlətin adı ilə
formalaşan Osmanlı dili, onun mövcud durumu, problemləri, xüsusi
ilə ərəb, fars sözləri ilə ağırlaşdırılması, Osmanlı dövləti ərazisində
nəşr edilən qəzetlərin dil baxımından təhlili, dəyərləndirilməsi
böyük maraq doğurur. Müəllif «Osmanlı şivəsini qövmü bir dil yox,
divanxanalar və məmurlar şivəsi» adlandırır və hesab edir ki, bu dil
Kaşqarlı bir tatar üçün nə qədər çətin və anlaşılmazdırsa, bir
anadolulu üçün də bəlkə, o qədər çətindir. Odur ki, bu dillərin
cilalanmasına və ortaq bir dilə ehtiyac vardır (Türk dili şivələri).
Osmanlı qəzetlərindən ərəb, fars kəlmələri ilə mürəkkəbləş-
dirilmiş mətnlərdən sitatlar gətirərək onları təhlil edən müəllif bu
qənaətə gəlir ki, «türkcəni unutmuş İstanbul yazıçı və katiblərinin
dili» təmiz Anadolu türkcəsi ilə müqayisədə əcnəbi dili təsiri
bağışlayır (İstanbul qəzetləri). İ.Qaspiralı doğma türk dilinin
təəssübkeşi, müdafiəçisi və qızğın təbliğatçısıdır. O, «İqdam»
Dostları ilə paylaş: |