Азярбайъан Республикасынын


Bütün türklərin tərcümanı



Yüklə 1,63 Mb.
səhifə41/73
tarix25.06.2018
ölçüsü1,63 Mb.
#51428
1   ...   37   38   39   40   41   42   43   44   ...   73

 Bütün türklərin tərcümanı



 

127



 ~ 

 

 



Ümumi yığıncaq 

 

İ.Qaspiralını  Rusiya  türkləri,  müsəlmanları,  onların 

problemləri  nə  qədər  düşündürür,  necə  narahat  edirdisə, 

ümumiyyətlə dünyadakı  islam əhlinin mövcud durumu, taleyi də o 

qədər  məşğul  edir  və  əndişələndirirdi.  Təsadüfi  deyil  ki,  o  istər 

Avropaya,  istər  Şərq  ölkələrinə,  istərsə  də  Afrikaya  səyahətlərində 

müsəlmanların  həyat,  təfəkkür  tərzi,  elm,  təhsil,  tərəqqi  yolundakı 

fəaliyyətləri  ilə  ciddi  maraqlanır,  onları  araşdırır,  dindaşlarının 

cəhalətdən  xilası  üçün  var  qüvvəsi  ilə  çalışırdı.  Onun  ideyası, 

təşəbbüsü,  təşkilatçılığı,  iştirakı  ilə  Misirdə  –  Qahirənin 

«Kontinental»    otelində  Dünya  müsəlmanlarının  ilk  qurultayının 

keçirilməsi  ideyası  dediklərimizə  parlaq  nümunədir.  «Ümumi 

yığıncaq»  adlı  məqalədə  («Tərcüman»,  №  56,  7  sentyabr  1907) 

İ.Qaspiralı  harada,  hansı  bir  idarə  altında  yaşamalarından  asılı 

olmayaraq,  qonşuları  və  digər  millətlərlə  müqayisədə  geridə 

qaldıqlarını  təəssüflə  bildirir  və  yazır  ki,  1905-ci  ildə  Rusiya 

müsəlmanlarının  ilk  qurultayı  keçirildi.  Bu  toplantı  müsəlmanların 

hərəkətə  gəlməsinə,  şüurlarında  ciddi  dəyişikliklərin  yaranmasına 

böyük  təsiri  oldu.  Artıq  belə  bir  toplantının  dünya  miqyasında 

keçirilməsinə  ehtiyac  yaranmışdır.  Din  və  ədəbiyyat  xadimlərinin, 

mühərrirlərin  iştirak  edəcəyi  bu  konqresdə  dünya  müsəlmanlarının 

problemləri  müzakirə  edilməli,  sosial,  mədəni  tərəqqiyə  yol  açan 

tədbirlər  müəyyənləşdirilməlidir.  İ.Qaspiralıya  görə  belə  bir  tədbir 

«bəlkə  yatmış  olan  böyük  islam  bədəninin  ayılmasını  mümkün» 

edəcəkdir. İslam xalqlarının böyük təəssübkeşi olan İ.Qaspiralı belə 

bir  konqresin  müəyyən  səbəblər  ucbatından  İstanbulda  yox, 

Qahirədə  keçirilməsini  məqsədəmüvafiq  hesab  edir  və  bu  hər  kəsi, 



 Abid  Tahirli



 

128



 ~ 

 

xüsusi  ilə  mətbu  orqan  nümayəndələrini  tədbirin  proqramının 



hazırlanmasında iştiraka çağırırdı. 

 

Dünya müsəlmanlarının konqresi 



 

Elm,  təhsil,  mədəniyyət  sahələrindəki  inkişafdan  və 

ümumiyyətlə,  dövrün  tələblərindən,  tərəqqidən  çox  geridə  qalan 

islam  xalqları  nümayəndələrinin  toplanaraq  bu  bəlalardan  xilas 

olmağın,  problemlərin  birgə  həllinin  zəruriliyini  İ.Qaspiralı 

məqalələrində  dəfələrlə  göstərmiş,  istəyinə  qismən  çatmış,  Rusiya 

müsəlmanlarının qurultaylarının keçirilməsinə nail olmuşdur. Onun 

dünya müsəlmanlarının da konqresini keçirmək ideyası çətinliklə də 

olsa,  reallaşmışdır.  Qurultaya  hazırlıq,  onun  iştirakçıları,  gündəliyi 

və gedişi, dünya müsəlmanlarının həyatında bu tədbirin əhəmiyyəti 

barədə  İ.Qaspiralı  «Dünya müsəlmanları  konqresi» adlı  əsərlərində 

(«Sıratı  müstəqim»  jurnalı,  İstanbul,  №  42,  1907  və  Baxçasaray, 

«Tərcüman» qəzetinin mətbəəsi, 1909) ətraflı bəhs etmişdir. 

İslamın  oyanışı  dövründə  Misir,  Hindistan,  Osmanlı,  İran 

kimi  dövlətlərdə  çox  böyük  elm  xadimlərinin,  filosof  və  şairlərin 

yetişdiyini  qeyd  edən  müəllif  yenidən  müsəlman  həyatında  bir 

hərəkət,  canlanma  olduğunu  məmnunluqla  qeyd  edir.  Müəllif 

qənaətlərində  yanılmır,  elə  dünya  müsəlmanlarının  Qahirədə  bir 

araya gəlməsini belə işartıya işarə hesab etmək olar. 

1907-ci  il  noyabrın  1-də  Qahirəyə  müxtəlif  ölkələrindən 

gələn  500-dən  çox  nümayəndənin  iştirakı  ilə  qurultay  öz  işinə 

başladı.  Tədbir  dünya  ictimaiyyətinin,  islam  dostlarının  olduğu 

kimi,  islam  düşmənlərinin  də  qəzetlərin  maraq  dairəsində  idi. 

Qurultay  iştirakçıları  tərəfindən  alqışlarla  qarşılanan  İ.Qaspiralı 

dünya,  o  cümlədən  Rusiya  müsəlmanları  qarşısında  duran 



 Bütün türklərin tərcümanı



 

129



 ~ 

 

təxirəsalınmaz,  həlli  zəruri  sayılan  problemlərdən  ətraflı  bəhs  etdi, 



təhsil,  elm,  mədəniyyət 

sahələrində 

dövrün  tələbləri  ilə 

ayaqlaşmanın  vacib  olduğunu  vurğuladı.  Bu  sahədə  müəyyən 

irəliləyişlərin  əldə  edildiyini  deyən  natiq  islam  millətlərinin 

həyatına  araşdırıcı  bir  nəzərlə  baxılsa,  orada  yüksəlişdən  daha  çox 

geriləmənin  diqqətçəkici  olduğunu  təəssüflə  söyləyir:  «Mədrəsə  və 

məktəblər  xarab  və  faydasız  haldadır.  Sənaye  yox  həddindədir, 

ticarət  sönməkdədir,  dünya  ticarətində  hissəmiz  çox  azdır,  bank-

maliyyə işlərində, dəniz ticarətində payımız yoxdur. 300 milyonluq 

bir  ümmətin  30  gəmili  bir  dəniz  şirkəti,  beş  milyonluq  sərmayəsi 

olan  bir  bankı  yoxdur!»  İ.Qaspiralı  ata-babadan  qalma  bərəkətli 

torpaqların  verdiyi  nemətləri  belə  dünya  bazarına  çıxara 

bilmədiyimizi,  onları  da  əcnəbi  gəmiçilərə  verdiyimizi,  hünər, 

mərifət,  elm,  tərəqqi  yolu  ilə  hasil  etdiyimiz  məhsulun  da  çox  az 

olduğunu  təəssüflə  dilə  gətirir.  İ.Qaspiralı  müsəlman  cəmiyyətinin 

acı,  ağır  mənzərəsini  o  qədər  aydın,  açıq,  eyni  zamanda  kəskin, 

alovlu,  təsirli  nitqlə  təsvir  edir  ki,  dedikləri  dinləyənlərin  qəlbinə, 

beyninə  nüfuz  edir,  onları  düşündürür,  qayğılandırır,  hərəkətə 

gətirir,  səfərbər  edir:  «Həzarat!  Bir  qövm,  yaxud  bir  millət  siyasi 

hakimiyyətini,  müstəqilliyini  itirsə,  bu  böyük  fəlakətdir,  böyük 

ziyandır,  lakin  iqtisadi,  ticari  fəaliyyətini  itirsə,  bir  yox,  on  dəfə 

ziyandır, məhv olmanın başlanğıcıdır». İ.Qaspiralı elm, mədəniyyət, 

təhsil  yolu  ilə  tərəqqi  edən  digər  xalqlardan  nümunə  götürməyə 

çürük,  köhnəlmiş  adət,  ənənələrdən,  avamlıqdan,  xurafatdan  xilas 

olmağa dəvət edir. 

Dünya  müsəlmanlarının  konqresində  «Rusiya  müsəlman-

larının  indiki  durumu,  onlar  arasındakı  əqli  hərəkətlər»,  «Zəhmət 

haqsız ilk təhsilin vacibliyi, qaydaları, həyata keçirilməsi», «Bütün 

müsəlmanların oyadılması üçün Müsəlman konqresinin vacibliyi və 




Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə