Abid Tahirli
~
152
~
elmin, hünərin insaf olduğunu söyləyir. Darrürrahat müsəlmanları
sözdə, dildə yox, həqiqətən də hüquqlarına və özlərinə sahibdirlər.
Burada qadın-kişi bərabərliyi var və onların münasibəti akt və
şərtlərə bağlıdır. Qadını mal kimi alıb satmazlar, yaxud hüquqsuz
əsir kimi ərə verməzlər. Ailə cəbr, zor və insafsızlıqdan uzaqdır,
məhəbbət, ünsiyyət və qanun üzərində bina olunmuşdur. Nikahdan
əvvəl qadın və ər yaşları, keçici, irsi, fiziki xəstə olmadıqları barədə
arayış təqdim etməlidirlər. Qoca kişiyə cavan qızın ərə verilməsi
qadağandır.
Müəllif Əndəlüsün tərəqqisindən sonra onun süquta
uğraması səbəblərindən də söz açır: Düşüncələr, adət-ənənələr,
mənəvi duyğular yavaş-yavaş dəyişməyə başladı, azğınlıq,
tənbəllik, qayğısızlıq, kin-küdurət, təfriqə ilan ağusu kimi dövlət və
millətin bədənini zəhərlədi, onu çürütməyə başladı. Xəstə ağacda
sağ meyvə olmaz. Paragöz, həris valilər, ağlı nöqsanlı və qeyrətsiz
hökmdarlar zühur etdi, fitnəbazlar alimlərə, dadlı yalan söyləyənlər
sadiq bəndələrə, nəfsinə düşkünlər və şəxsi mənfəət xəstələri
toplumun yararlılarına, riyabazlıq, göstəriş namazları faydalı
əməllərə, millətpərvərliyə qalib gəldi. Müsəlmanlar arasında baş
verən bu anlaşılmazlıq və nifaqdan yararlanan düşmənlər Əndülüs
islam dövlətini süquta məhkum etdilər. Müəllif İspaniya hökmdarı
Ferdinadla ərəb xilafəti arasında Əndəlüs uğrunda gedən döyüşləri
təfərrüatı ilə işıqlandırır.
Darrürrahat isə keçilməz, məğlubedilməz şəhər-qala kimi
qalır-yaşayır.
Molla Abbasın niyyətləri, arzuları çoxdur. Həcc ziyarətinə
getməyi, doğma Vətəni Türkistana qayıdıb Avropada, xüsusi ilə
Darrürrahatda
gördüklərini
reallaşdırmağı,
həmvətənlərini
cəhalətdən qurtulmaqda yardımçı olmağı, elmə, təhsilə, tərəqqiyə
Bütün türklərin tərcümanı
~
153
~
xidmət etməyi planlaşdırır. Odur ki, Darrürrahatdan geri qayıtmaq
istəyir. Lakin bura gəlmək nə qədər çətindirsə, buradan çıxmaq
ondan min qat artıq müşküldür və Molla Abbas bunun üçün yollar
axtarır, köhnə tanışları Fəridə Banu, Şeyx Cəlalla məsləhətləşir,
məhkəməyə, şəhər rəhbərliyinə müraciət edir. Bütün bu hiss-
həyəcanlar Molla Abbası dərin yuxudan ayıldır və özünü
xəstəxanada, çarpayıda uzanmış vəziyyətdə, başının üstündə fransız
həkim qadını görür. Xanım ona artıq 40 gün xəstə olduğunu
çətinliklə də olsa anladır. Molla Abbas gördüklərinin röya olduğuna
inanmaq istəmir. Təkidlə Darrürrahatın mövcudluğunu bildirir,
ətrafındakıları buna inandırmağa çalışır, hətta ora aparan yolu
tanıdığını da deyir. Lakin Darrürrahata aparan nə tunel, nə lağım, nə
nərdivan, nə də gizli yol vardı.
Molla Abbasın söylədikləri yuxuda ikən xəyalına gətirdikləri
idi. Əlbəttə, böyük qələm, kəlam sahibi İ.Qaspiralı Darrürrahat
ölkəsi timsalında müsəlman cəmiyyəti üçün arzuladıqlarını qələmə
almışdır. O, öz dil və dindaşlarının məhz belə cəmiyyətə layiq
olduqlarını, təəssüf ki, cəhalət içərisində çapaladıqlarını göz yaşları,
kədər və hüznlə qələmə almışdır. Ustadın üslubu orijinal olduğu
qədər də maraqlıdır, təsirlidir, düşündürücüdür. Əlbəttə, bizim
klassik ədəbiyyatda ədalətli cəmiyyət ideyası hələ N.Gəncəvi
irsindən məlumdur. Lakin İ.Qaspiralıda bu model daha kamil, daha
real təsir bağışlayır, eyni zamanda İ.Qaspiralı bu cəmiyyəti qurmaq,
onun bərqərar olmasına nail olmaq yollarını da göstərməyə təşəbbüs
edir. Bu yol məktəbdən, təhsildən, elmdən keçir.
Abid Tahirli
~
154
~
Sudan məktubları
«Darrürrahat müsəlmanları»nda Molla Abbas Həcc
ziyarətinə getmək niyyətində olduğunu bildirir və əsərin sonunda
göstərir ki, keçmiş sevgilisi Marqaritanın fikirləri onun planlarını
dəyişir. Məlum olur ki, Sudanlılar ingilis işğalına qarşı üsyana
başlayıblar və bu hərəkata Şeyx Mehdi Məhəmməd Əhməd
rəhbərlik edir. Fransa Afrikada fransızların mənafelərinə toxunan
ingilislərə qarşı mübarizədə Şeyx Əhmədə yardım edir. Marqarita
Molla Abbası da sudanlılara kömək etməyə ruhlandırır, beləliklə,
Molla Abbas Parisdən Sudana yola düşür. «Sudan məktubları»nın
əvvəlində də Molla Abbas Marqarita ilə görüşündən ətraflı bəhs
edir. Afrikada ingilis və fransızların, eləcə də Osmanlının siyasəti
ilə bağlı fikirlərini bölüşür. Daha sonra Molla Abbas üç fransızla
birlikdə Sudan səfərinə hazırlıqdan söz açır. Nəhayət, Molla Abbas
«Dağıstanlı şeyx», fransızlar da ona qoşulan müridlər kimi Afrikaya
yola düşürlər.
Molla Abbas ilk dayanacaqları olan Əlcəzair, onun tarixi,
xüsusi ilə Fransa işğalına qarşı mübarizəsi haqqında məlumatlar
verir, bazarda, məclislərdəki görüşləri haqqında yazır. Görüşlərin
birində məlum olur ki, Sudana bir neçə yol aparır və bunlardan ən
təhlükəsizi «Divanələr ölkəsi»ndən sonra başlanan «Qadınlar
dövləti»ndən keçəndir. Məclisdəkilərdən biri – zənci Abdulla Dari
bələdçilik xidmətini təklif edir. Molla Abbasgil razı olur.
Burada qeyd etmək yerinə düşür ki, İ.Qaspiralı bununla da
«Sudan məktubları»na nöqtə qoyur. Əslində, Sudana çatmamış
«Sudan məktubları» bitir. Bir çox müəlliflərin fikrincə, İ.Qaspiralı
bu əsəri Şeyx Əhmədin (1843-1895) ingilis işğalından qurtulmaq
Dostları ilə paylaş: |