Abid Tahirli
~
158
~
tərpəndi, saqqalı titrədi. Görünür başına, saqqalına yağan qar
qəlbindəki yanardağları da hələ tam söndürə bilməyib».
Şagirdin müəllimi Molla Abbasla görüşü maraqlı, mənalı,
düşündürücüdür. Molla Abbas türklərin Avropaya yürüşündən, Gül
baba ziyarətinin tarixindən, islam dininin üstün məziyyətlərindən
böyük həvəslə danışır. Şagirdi düşündürən, narahat edən problemlər
xeyli mürəkkəb, çox ciddidir: islam dininin və ölkələrinin bu günü
və gələcək taleyi, islam dünyası həqiqətənmi geriləmədə və
çökməkdədir? İslamın qurtuluşu üçün çarə və dərman varmı? İslam
dövlətlərinin bugünkü vəzifələri hansılardır?
Şagirdin suallarına cavab vermək müəllim üçün də asan
deyil, o vaxtın darlığına işarə vuraraq, məsələnin müzakirəsinin
mürəkkəb olduğu kimi «uzun, həm də çətindir» - deməklə
kifayətlənməli olur.
Molla Abbasın da tövsiyəsi ilə şagirdi Qərb-Şərq
münasibətlərində «İslam aləmi və türk dünyasının rolunu ən çox və
ən yaxşı bilənlərdən biri» Rəşid əfəndi ilə görüşür və ona ilk sualını
verir: Müsəlmanlar harada olursa olsun, necə yaşayırlarsa yaşasın,
Avropalılara nisbətən geri qalırlar. Bunun səbəbi nədir?
Rəşid əfəndi «Cəhalətdir» - deyə bir sözlə cavab verir.
Cavab şagirdi qane etmir:
- Niyə islam dünyası cahil qalır, digər xalqlar oxuyur,
öyrənirlər?
Rəşid əfəndi şagirdə müraciətlə: - İstəyirsinizmi əsl fikrimi
söyləyim? Lakin qorxuram, bu sizi incitsin.
Şagird: Lütf edin, əfəndim söyləyin – deyir və əsər burada
bitir. Doğrudur, əsərin sonunda «ardı var» yazılmışdır. Lakin əsərin
davamına nə qəzetdə, nə də əlyazma, yaxud kitab şəklində heç
yerdə təsadüf edilmir. Bir sıra tədqiqatçılar (məs.: Ə.Y.Akpinar)
Bütün türklərin tərcümanı
~
159
~
əsərin sonluğuna – «ardı var»a istinad edərək, əsərin yarımçıq
olduğu qənaətinə gəlirlər. Fikrimizcə, əsər yarımçıq deyildir və bu
müəllifin özünəməxsus bir üsuludur. Oxucunu düşünməyə vadar
edən, mövcud vəziyyəti götür-qoy etməyə, ondan xilas olmağa
çağıran cavabdır. Əslində, bundan əvvəlki istər bədii, istər
publisistik əsərlərində İ.Qaspiralı bu sualla tam cavab vermişdir.
Geriliyin tək səbəbi cəhalətdir, cəhalət isə məktəb, elm olmayan
yerdə bərqərar olur…
Arslan qız
Maarifçi yazıçı, naşir, redaktor İ.Qaspiralının maraqlı
hekayələrindən biri «Arslan qız»dır. «Tərcüman» qəzetinin 1893 və
1895-ci il nömrələrində iki dəfə dərc edilmişdir.
Əsərin məzmunu maraqlı, ideyası ibrətamiz və aktual, süjet
xətti və kompozisiyası sadə, dili zəngin, canlıdır. Qədim türk diyarı
Kaşqarın Üçtürfan şəhəri neçə müddətdir ki, amansız, qəddar Çin
qoşunları tərəfindən mühasirədə saxlanılır. Əhali düşmənə ciddi
müqavimət göstərsə də, şəhərin ərzaq, su, silah ehtiyatı
tükənməkdədir. Belə bir şəraitdə şəhər əhalisi və rəhbərliyi düşmənə
təslim olmaq, yaxud ölənədək müqavimət göstərmək barədə ortaq
fikrə gələ bilmir. Düşmənin təslim olmaq barədə ultimatumuna
cavab vermək vaxtı isə sürətlə tükənməkdədir.
Şəhərin mühafizəsinə cavabdeh olan Şeyx İzzət ata təslim
olmaq barədə fikirləşmək belə istəmir. «İmanımız və qılıncımızdan
başqa dostumuz yoxdur» - deyə şəhər əhalisinə müraciət edən Şeyx
düşmənin ultimatumuna dərhal rədd cavabı verməyi təklif etsə də, bir
qisim adam Kaşqarın da mühasirədə qaldığını, oradan yardım
gələcəyinə ümid etməyin mənasız olduğunu deyir və çıxış yolunu
Abid Tahirli
~
160
~
qətliamdansa düşmənin şərtlərini qəbul etməkdə görürlər. Fikir
ayrılığını görən Şeyx İzzət atanın yeganə övladı ağıllı, igid Gülcamal
xalqa müraciət edir: «Üçturfanımızın məşhər günləridir. Zalım düşmən
kişi-qadın, kiçik-böyük bilmir, biz də bütün gücümüzlə çarə
tapmalıyıq. Kaşqardan imdad gələcəyi bilinmir, lakin yardım
gəlməyəcəyi də məlum deyil… Ey dostlar, başımızı, vücudumuzu
düşmən üçün qorumaqdansa, canımızı şərəflə fəda etmək daha
fərzdir». Onu dinləyənlər təsirlənir və bu qənaətə gəlirlər ki, bütün
əziyyətlərə baxmayaraq, düşmənə təslim olmaq olmaz: «On dəfə can
fəda etmək, bir dəfə çinliyə baş əyməkdən daha yaxşıdır!» Gülcamal
mühasirədən çıxıb Kaşqara xəbər verməyi öz üzərinə götürür. Çox
çətinliklə Üçturfandan çıxır və Kaşqara yollanır.
Kaşqarda da vəziyyət ağırdır. Burada da Çin işğalının
reallaşması təhlükəsi var. Digər tərəfdən isə Daşdəmir kimi satqın
məmurlar Çin sərdarından rüşvət alır, doğma xalqına xəyanət edir,
nəfsinin qurbanına çevrilirdi. Gülcamal Kaşqarda vəziyyətin çox
gərgin olduğunu anlayır, çıxış yolunu xalqı mövcud vəziyyətlə tanış
etməkdə, onun milli duyğularını ayılmaqda görür. Bunun üçün isə,
bütün şəhər əhalisini bir yerə toplamaq, onlara müraciət etmək lazım
idi. Gülcamal həmşəhərlilərinin onun ünvanına qürurla «arslan qız»
söylədikləri tədbirli, igid qız və taleyüklü işi qadınların köməyi ilə
həyata keçirməyi qərara alır. Cümə günü – şəhər qadınlarının hamam
günü kişi qiyafəsində hamama soxulur. Bu dəhşətli xəbər ildırım
sürəti ilə şəhərə yayılır, hamı hamamın qarşısındakı meydana axışır.
Daşdəmir də öz dəstəsi ilə buradadır. Hövkəli, qəzəbli xalq qadın
hamamına girən kişini edam etmək üçün onun içəridən çıxmasını
tələb edir. İçəridə isə Gülcamal artıq öz işini görmüşdür: qadınlara
hər şeyi anlatmış, onları düşmənə qarşı səfərbər etmiş, rüşvətə
qurşanmış, insafsız məmurların özbaşınalığından zinhara gəlmiş,
Dostları ilə paylaş: |