Азярбайъан Республикасынын


Bütün türklərin tərcümanı



Yüklə 1,63 Mb.
səhifə50/73
tarix25.06.2018
ölçüsü1,63 Mb.
#51428
1   ...   46   47   48   49   50   51   52   53   ...   73

 Bütün türklərin tərcümanı



 

155



 ~ 

 

üçün  başladığı  üsyandan  ruhlanaraq  yazmağa  başlamış,  sonradan 



Şeyx  Əhmədin  türk  əleyhdarı  olduğunu,  türkləri  «kafir» 

adlandırdığı  üçün  əsəri  yarımçıq  qoymuşdur.  «Sudan  məktubları» 

«Tərcüman»da 1889-cu il (35-46-cı nömrələrində) 2-ci dəfə 1896-cı 

nömrələrində (1-3) dərc edilmişdir. 

 

Qadınlar ölkəsi 

 

Bu  əsər  «Tərcüman»ın  1890-cı  il  10  avqust  tarixli  28-ci 

nömrəsindən  1891-ci  il  2  iyul  22  nömrəsinədək  hissə-hissə  dərc 

edilmişdir.  İ.Qaspiralının  qəhrəmanı  Molla  Abbas  Fransadan 

Sudana  getmək  niyyəti  ilə  3  nəfər  fransızla  birlikdə  səfərə  çıxır, 

Əlcəzairdən Sudana aparan yolda – Böyük Səhrada qum fırtınasında 

azır  və  onları  atlı-silahlı  100  qadın  əsgər  əsir  götürür.  Sonradan 

məlum  olur  ki,  Sudan  yolçuluğunda  Molla  Abbasa  və  onun 

«müridlərinə»  topçu  Marten,  həkim  Jan  və  mühəndis  Mark 

Əlcəzairdən  bələdçilik  edən  Abdulla  Dari  əvvəlcədən  «Qadınlar 

ölkəsi»nin  kraliçası  Malikə  ilə  sövdələşmiş  və  ondan  əsirlərin  hər 

birini  1  funt  toz  qızıla  satmışdır.  «Qadınlar  ölkəsi»  haqqında 

«Sudan məktubları»nda səthi olsa da, məlumat verilir və bu ölkənin 

çox təhlükəli yer olduğu bildirilir. 

«Qadınlar  ölkəsi»nin  özünəməxsus  yaşayış  və  həyat  tərzi, 

qayda-qanunları  var.  Ölkəni  kraliça  idarə  edir,  bütün  hakimlər, 

əsgərlər,  məmurlar,  işçilər,  çobanlar  da  yalnız  qadındırlar.  Kişilər 

evdə  oturar,  uşağa  baxar,  yemək  bişirər,  çadraya  bürünər, 

qadınlardan gizlənər, qadın-qızları gizli-gizli seyr edərlər. 

«Qadınlar ölkəsi»ndə biləndə ki, əsirlərin Vətənində adətlər 

başqadır, təəccüb, heyrət və nifrətlə deyirlər: «Sizin ölkəniz batacaq 

ölkədir. Bu nə deməkdir? Kişidən əsgər olarmı? Kişi baş kəsərmi? 




 Abid  Tahirli



 

156



 ~ 

 

Kişi  uşağa  baxmaqdan,  yemək  bişirməkdən  başqa  nə  işə  yarayar? 



Saçları kimi ağılları da gödək olan kişilərdən hakim və əmir olarmı? 

Danışmasınlar,  bizim  xalqın  da  düşüncəsini  korlayarlar!»  Onlara 

görə,  qadınlar  kişidən  qüvvətli,  qüdrətli,  dözümlü  və  ağıllıdır. 

Saçlarının uzunluğu kamallarına, güclərinin çoxluğuna dəlalət edir. 

Uşağı ona görə qadın doğar, ona süd verər ki, o güclüdür. Nazik və 

nazlı kişilər bu gücə sahib deyillər. Qadınlar onları bəyənsin deyə, 

üzlərinə tük, bığ çıxar. Qadının gücü əlində ayağında olar. 

Molla  Abbas  və  «müridləri»  həyəcan  və  qorxu  ilə  kraliça 

Malikənin onlarla necə rəftar edəcəklərini, necə cəzalandıracaqlarını 

gözləyirlər.  Minbaşı  qadının  dediklərindən  belə  məlum  olur  ki, 

kraliça  onlarla  əylənəcək,  gününü  xoş  keçirəcəkdir.  Doğrudan  da 

kraliça əsirləri yaxşı qəbul edir, onları dinləyir, sonra isə dincəlməyi 

məsləhət  görür.  Axşama  doğru  əsirlərdən  birinə  –  Martenə  xəbər 

çatdırılır  ki,  kraliça  əvvəlcə  onunla  görüşmək  istəyir.  Molla 

Abbasgil  çox  götür-qoy  edir,  düşünür-daşınır,  nəhayət,  qaçmağı 

qərara  alırlar.  Əsirlər,  nəhayət,  istəklərinə  nail  olur  və  min-bir 

əziyyətlə «Qadınlar ölkəsi»ndən qaçmağa, xilasa nail olurlar. 

«Qadınlar  ölkəsi»ndə  rastlaşdıqları  dəhşətli  mənzərələr, 

qayda-qanunlar  əsirləri  o  qədər  qorxudur  ki,  onlar  daha  Sudana 

getməyi – ingilislərə qarşı üsyana qalxmış Şeyx Əhmədin dəstəsinə 

yardım  etməyi  unudurlar.  Digər  tərəfdənsə  əsirlər  yolda  Şeyx 

Əhmədin vəfatı xəbərini, Sudanda isə aclıq, yoxsulluq və qarışıqlıq 

olduğunu  eşidib  hər  kəs  öz  Vətəninə  –  fransızlar  Parisə,  Molla 

Abbas İstanbula, oradan Daşkəndə qayıtmağı qərara alır. 

 

 

 

 



 Bütün türklərin tərcümanı



 

157



 ~ 

 

Molla Abbas Fransevi ilə görüĢ 



 

Mahir romançı İsmayıl Qaspiralının «Molla Abbas Fransevi-

nin  şagirdi»  imzası  ilə  «Tərcüman»da  hissə-hissə  dərc  etdirdiyi 

(1908  il,  42,  44,  49,  51,  65  və  67-ci  nömrələr)  əsərlərindən  biri 

«Molla  Abbas  Fransevi  ilə  görüş»dür.  Əsər  «Gül  baba  ziyarəti», 

«Gül  baba  odası  və  mühüm  məsələlər»  və  «Rəşid  əfəndi  ilə 

müsahibə» adlı üç parçadan ibarətdir. Məlum olur ki, Molla Abbas 

Fransevinin  şagirdi  Molla  Abbasın  səyahətlərindən  xəbərdardır  və 

onun  «Firəngistan  məktubları»nı,  «Darrürrahat  müsəlmanları»nı 

həvəslə,  heyranlıqla  oxumuşdur.  Dərsi,  müəllimi,  məktəbi  unu-

daraq,  mütaliə  etdiyi  əsərlər  şagirdə  o  qədər  güclü  təsir  edir  ki,  o 

Darrürrahat təəssüratından ayrıla bilmir. Şagirdin sonrakı təhsili və 

fəaliyyəti  oxucu  üçün  qaranlıq  qalır.  Oxucu  onunla  bir  də 

Macarıstanın paytaxtı Budapeştdə görüşür. O da səyahətə çıxmışdır. 

Lakin  müəllimi  Molla  Abbas  kimi  Avropadakı  türk-islam 

«ziyarətlərini  aramağa»  yox,  «rahatlıq  tapmayan  ruhunu  dincəlt-

mək»  üçün  üzünü  Qərbə  tutmuşdur.  Bununla  belə,  Budapeştə 

gəlmişkən hələ  türklərin Avropanı  fəthindən xeyli  əvvəl  bu  yerlərə 

İrandan  gəlmiş  Gül  babanın  türbəsini  ziyarət  etmək  fikrinə  düşür. 

Şagird  Gül  baba  türbəsində  artıq  yaşlaşmış,  saçı-saqqalı  ağarmış 

Molla  Abbasa  rast  gəlir.  Yaşının  bu  çağına  baxmayaraq,  Molla 

Abbas sağlam və canlıdır,  «parlaq  gözlərindən zəka  fışqırır. Geniş 

alnındakı  dərin  cizgilərdən,  dünyanın  acısını,  sinirini  çox  görüb 

keçirdiyi  oxunur.  Qara  cübbəsi  üzərinə  tökülən  süd  kimi  ağappaq, 

uzun  saqqal  onu  artıq  həyata  lazım  olan  dəyəri  verib  mənasız 

qayğılardan  xilas  olmuş  kimi  göstərir».  Buna  baxmayaraq,  ixtiyar 

danışmağa  başlayanda  gözlərinə  yenidən  işıq  gəlir:  «qaşları 



Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə