Bütün türklərin tərcümanı
~
181
~
öyrədirlər
(«Rusiya
müsəlmanlarının
mədəniləşməsinin
başlanğıcı»).
Təhsildəki islahatların ehtiyacdan yarandığı və sürətlə
yayıldığı onu sübut edir ki, müsəlman görsə bilər, eşitsə anlar.
İslahatlar məktəblə bərabər millətin qəlbinə də işləmişdir («Rusiya
müsəlmanlarının mədəniləşməsinin başlanğıcı»).
20 il əvvəl (1880-ci ildə – T.A.) universitet təhsili görmüş
bir nəfərimiz vardı. İndi bunlar yüzlərlədir. Təkcə Bakıda 50-dən
çox universitet təhsilli gənc doktor, vəkil, mühəndis və s. peşəsinə
yiyələnmişdir. Fransa və Almaniya universitetlərində təhsil alıb
gələnlər də var (Rusiya müsəlmanlarının mədəniləşməsinin
başlanğıcı).
Yeni üsulla işləyən məktəblər kimi milli teatr da son illərin
meyvəsidir. Mirzə Fətəli komediyalarından başqa bir neçə yeni
komediya da nəşr olundu. Bakı, Qarabağ və Gəncədə, Baxçasarayda
milli dildə teatr tamaşaları oynanıldı. Bakıda daimi fəaliyyət
göstərən teatr yaradıldı. Qadın rollarını yəhudi, gürcü və erməni
qızlar oynayır. Təşəkkür edirik, amma teatrlarımızın bir ayaqlı
qaldığı
inkar
edilə
bilməz
(«Rusiya
müsəlmanlarının
mədəniləşməsinin başlanğıcı»).
Qışın sonunda qarın altından boylanan ağ çiçək yazın
gəldiyinə dəlil deyilsə də, yaz başına mütləq bir işarədir. Bundan 25
il əvvəl (1876-cı il – T.A.) təhsil görmüş bir xanımımız vardı ki, bu
da qəzetçimiz Həsən bəyin möhtərəm həyat yoldaşı Hənifə xanım
idi. İndi bu cür təhsilli xanımların sayı bəlkə də 20 nəfərdir
(«Rusiya müsəlmanlarının mədəniləşməsinin başlanğıcı»).
Bu dünya ümid dünyasıdır, niyə ümidsiz olaq? («Rusiya
müsəlmanlarının mədəniləşməsinin başlanğıcı»).
Abid Tahirli
~
182
~
Mərhəmət, sədəqə, öz soyuna yardım islam dininin
mahiyyətindədir («Rusiya müsəlmanlarının mədəniləşməsinin
başlanğıcı»).
Mətbəə və kitabçılıq bir millətin tərəqqi və mədəniləşmə
dərəcəsinə ən doğru şahiddir. İyirmi il əvvəl Rusiya müsəl-
manlarının cəmi 2 mətbəəsi vardı: biri Kazanda, digəri Tiflisdə.
Kazanda Abdilin daşbasması, Tiflisdə Ünsizadələr mətbəəsi. İndi
Baxçasarayda «Tərcüman» mətbəəsi, Peterburqda İlyas Mirzə
Boraqani, Kazanda Kərimov qardaşları, Orenburqda Molla İbrahim
Kərimov və Bakıda doktor Axundov və Əli Mərdan bəy mətbəələri
mövcuddur. Mətbəələrin sayı 2-dən 8-ə çatmışdır («Rusiya
müsəlmanlarının mədəniləşməsinin başlanğıcı»).
Hazırda (1884-cü il – T.A.) Rusiyada türkcə dörd qəzet
nəşr olunmaqdadır. Tiflisdə «Ziya», «Kəşkül» adlı iki qəzet
Azərbaycan dilində, Daşkənddə «Türkistan qəzeti» rusca və
özbəkcə və Baxçasarayda «Tərcüman» qəzeti rusca və Krım
türkcəsində çıxır. «Ziya» qəzeti Səid Ünsizadə, «Kəşkül» Cəlal
Ünsizadə, «Türkistan qəzeti» Nikolay Ostoumovun redaktorluğu ilə
nəşr olunur («Rusiyada mətbuat»).
Çox oxumaq, çoxlu yazmaq və nəşr etmək
məcburiyyətindəyik. Rusiyada nəşr olunan islamca kitablar iki
cürdür: biri din-dəyanətlə əlaqəli, digəri faydasız nağıllar. Hünər və
elmlə
bağlı kitablarımızın yoxluğu böyük nöqsanımızdır.
Tərəqqidən geri qalmamaq istəyiriksə, bu qüsurun çarəsini tapmalı,
hərəkət etməliyik, artıq vaxtdır («Rusiya müsəlmanları»).
Vaqon, botinka, qırmızı qatar, qara qaloş məsələləri həll
olunub bitər-bitməz (qədimçilər – konservativlər və çəditçilər –
islahatçılar) arasında mübahisələr nəzərdə tutulur – T.A.)
Bütün türklərin tərcümanı
~
183
~
«Tərcüman» çıxdı və bir də yeni cədid (yeni üsul – T.A.) ilə işləyən
məktəb islahatı çıxdı: müsibət bəlası o gün başladı. «Tərcüman»
neçə yüz illər fəaliyyət göstərən məktəblərdə islahata ehtiyac
olduğunu dedi, Quran qiraətini kafi görməyib, bütün məktəblərdə
türkcə elmi fənlərin keçirilməsini lazım gördü. Xalqlardan
utanmadı, Allahdan qorxmadı, yeni üsulun üstünlüklərini bəyan
etdi. Cəmiyyət dəniz kimi dalğalandı, qabardı, şahə qalxdı:
«Tərcüman» kimdir ki, köhnə məktəbləri bəyənmir? Doğru yolda
olan köhnə nəslin yolundan çıxmaq istəyir» («Qədimçilik –
cədidçilik»).
«Mujiklərə oxumaq, yazmaq lazım deyildir» politikasını
yeridən… iqtidarın müsəlman okullarında reforma aparılmasını
razılıqla qarşılayacağını gözləmək axmaqlıq olardı. Buna görə də
«Tərcüman» işini səssiz və ehtiyatla görməyə məcbur idi
(«Qədimçilik – cədidçilik»).
Hər yerdə, hər zaman, fəqət xüsusi ilə islam
məmləkətlərində qədimçilər (köhnəpərəstlər – T.A.) cədidçilərə
(yenilikçilərə - T.A.) din və şəraiti pərdə və bəhanə edəcək etiraz və
ya hücum etmişlər («Qədimçilik – cədidçilik»).
İslam dünyasını bürümüş geriliyə və onun nəticələrinə
baxdıqca qan ağlamamaq mümkün deyildir. İpdən iynəyə, qələmdən
kağıza, köynəkdən çalmaya qədər istifadə etdiyimiz əşyalar yabançı
məhsuludur. Bu gün birləşib bizə kağız verməsələr yazmaqdan,
oxumaqdan məhrum olacağıq. Kor, şikəst gözlər bunu necə görsün!
(«Qədimçilik – cəditçilik»).
Bizim Rusiya köhnəpərəstləri o dərəcə qafil və cahildirlər
ki, əsrimizin ən böyük alimlərinə… həqarətlə baxırlar. Belə gedərsə,
Dostları ilə paylaş: |