Bütün türklərin tərcümanı
~
205
~
yurdu»nu gözəl anlayırlar. Bunu işləyən türk ruhu ilə türk həyatıdır.
Zaman bu həqiqəti hər kəsə təsdiq etdirəcəkdir («Məsələlər –
qəzetlər»).
Ərəb xətti sair əlifbalara nisbətən ağırdır, bu cəhət inkar
edilməzdir. Lakin, islahı, yəni yüngülləşdirilməsi mümkündür, həm
də lazımdır («İmla fonetikası»).
Dil və ədəbiyyatımızın tərəqqisi və intişarı yazımızın
sadəliyinə, rahatlığına və tamamlığına bağlıdır. Əgər belədirsə, bu
yolda çalışılmalıdır («İmla fonetikası»).
Hər yeni başlanan işlərdə köhnə adətlərin təsirindən insan
nöqsanlara yol verə bilər… («İmla fonetikası»).
Bitməz, tükənməz müşavirələrlə, «olarmı, olmazmı»larla
iş olmaz. İşə başlamalı, tədriclə olsun, lakin əməli olsun («İmla
fonetikası»).
«Tərcüman»ın mühafizəkar olmamaqla bərabər, su
görmədən pabuç çıxarmaq adəti də yoxdur. Fəqət su, yəni ehtiyac
hiss etdimi, yalnız pabuçunu deyil, köynəyini belə çıxarıb dərhal
suya atırlar. «Tərcüman» bu suya («ortaq dil yaratmaq» problemi
nəzərdə tutulur – T.A.) atılmışdır, hər kəsin fikri, qələmi ilə duasını
təmənnə edir («Bir iş daha»).
Bizdə «ixtiyarlar, qocalar keçmişləri ilə əylənər və
yaşarlar» - kimi bir söz vardır və həm də, doğru sözdür. Lakin
«Tərcüman» gələcəklə də ovunan, təsəlli tapan bir ixtiyardır («Türk
yurdu»na).
Bəlkə mənə səbirsizlik güc gəlir. Xeyir! Səbirsizlik məndə
deyil, milli yazı, milli maarif, milli istiqlal tələsir («Türk yurdu»na).
Əli bəylərlə Vəli bəylər arasında davam edən münaqişələrə
(dil, əlifba ilə bağlı qəzetlərdə gedən mübahisələr nəzərdə tutulur –
Abid Tahirli
~
206
~
T.A.) vallahi artıq bezdik, usandıq. Söz, saz gözəldir: amma əsl
lazım olan «nəhayət» və «nəticə»dir… Zaman su kimi axır. Dil və
imla mübahisələrini artıq bir kağıza, yerə bağlamaq lazımdır («Türk
yurdu»na).
Bu aralıq Bakıda «Bəsirət», Daşkənddə «Sədayi-
Türkistan» və Hokantda «Sədayi-Fərqanə» qəzetlərinin zühuru
qəzetimizdə xəbər verilmişdi. Mətbuat, düşüncə mübadiləsi
meydanına birdən üç dostun təşrifləri xoşbəxtlikdir. Yeni zühur
etmiş həmkarlarımızın zaman və tələbata uyğun qələm
işlədəcəklərinə ümid edirik. Şübhə etmirik ki, onlar ilk növbədə
gözlərimizi açmaq – bizi gələcəyə hazırlanmaq lazım olduğunu
bilirlər. «Bəsirət» mühərrirləri arasında çox çalışqan, qeyrətli
Məhəmməd Əmin bəy Rəsulzadənin olması bu qəzetin ruhlu
olacağına zəmanət verir. Özlərini dəfələrlə təbrik, işlərinin davamını
ciddi şəkildə təmənnə edirik («Xoşbəxt əkizlər»).
Avropa ədəbiyyatının qədrini bilmədiyimizi, ona qarşı
olduğumuzu zənn etməyin. Xeyr! Söyləyəcəyimiz ancaq budur ki,
iki fransız romanından bir milli hekayə mənfəətlidir («Osmanlı
ədəbiyyatı və məişəti»).
Teatr və roman əleyhdarı deyilik, lakin Şekspir, Höte,
Şatobrian, Volter, Skott, Şpilhagen, Molyer və bunlara bənzər kimi
məşhur yazıçıları bir tərəfə qoyub… bir məhəlləyə və bir əsrə
məxsus ikinci, bəlkə də üçüncü dərəcə ədiblərlə gün keçirməyi caiz
görmürük («Osmanlı ədəbiyyatı və məişəti»).
Zənn edirəm ki, vaxt gələcək İstanbul qəzetləri də beş
sətirlik əsərə on sətir məhdiyə yazmağı tərgidəcək və layiqli bir
şəkildə «bu əsər yaxşıdır, bu əsər isə şor və laxdır» - deməyə
özündə cəsarət tapacaqdır («Osmanlı ədəbiyyatı və məişəti»).
Bütün türklərin tərcümanı
~
207
~
Yeni üsulla yazılan şeirlərin ən məqbul cəhəti açıq türk
dilində yazılmağındadır («Osmanlı ədəbiyyatı və məişəti»).
Lazımınca
basmaxanalar
açılıb,
qəzetlər
nəşr
olunmasından yarım əsr keçməmiş Osmanlı dövlətində mətbuat və
nəşriyyatın tərəqqisi diqqətəşayan dərəcəyə gəlmişdir. Hazırda
Osmanlıda 140-a qədər müxtəlif qəzet çıxır… («Osmanlı ədəbiyyatı
və məişəti»).
Hazırda qələm çəkmədə olan Osmanlı ədiblərindən faydalı
əsərləri ilə yad olunacaq üç nəfər özünü göstərməkdədir: bunlar
Şəmsəddin Sami, Kamalbəylər və Əhməd Midhat Əfəndidir
(«Osmanlı ədəbiyyatı və məişəti»).
Sami bəy çox yazmır və lakin hər nə yazmışdırsa, faydalı
və məlumatlıdır: dili sadə və axıcıdır. Kamal bəy doğma şairdir, hər
nə yazmışsa, dilbər yazmışdır, tayı-bərabəri yoxdur. Kamal bəy
osmanlıların ən sevgili yazıçısıdır. Kamal hüsn, dil və lətafətdir.
Əhməd Midhat əfəndi başlı-ayaqlı kitabxanadır və çərkəz qeyrətinin
simvoludur («Osmanlı ədəbiyyatı və məişəti»).
Kamal bəy… teatr risaləsimi, romanmı, məktubmu – hər
nə yazmış isə özünə və kamalına məxsus, dilbər, yaraşan və atəşli
bir dil ilə yazmışdır. Kamalın qələmi ən tənbəl, ən qaba ürəyi
oynadır, ən qalın dərini deşib keçir, ibarəsi dadlı, nazikdirsə də,
dəmir toxmaq kimi təsirlidir.
Əhməd Midhat əfəndi… osmanlıların ən güclü
publisistlərindən olub. «Tərcümanı həqiqət» və «Osmanlı»
qəzetlərinin baş dirəyidir. Köhnə və yeni Osmanlının Əhməd
Midhat kimi qələmi, bərəkətli ədibi olmamışdır («Osmanlı
ədəbiyyatı və məişəti»).
Dostları ilə paylaş: |