Азярбайъан Республикасынын



Yüklə 1,63 Mb.
səhifə69/73
tarix25.06.2018
ölçüsü1,63 Mb.
#51428
1   ...   65   66   67   68   69   70   71   72   73

 Abid  Tahirli



 

214



 ~ 

 

deyildi:  hər  sətrində  can,  hər  cümləsində  fikir  işləyirdi  («Millət 



oğlu»). 

 Fikir doğulduqdan sonra ölməz: işlər və işlər («Mizan»). 



 Neçə illərdən bəri (məqalə 1914-cü ildə qələmə alınmışdır 

–  T.A.)  Tiflisdə  çıxan  «Molla  Nəsrəddin»  jurnalı  mətbuatımız 

arasında  bəlli  bir  mövqe  tutmuşdur.  Adından  da  göründüyü  kimi, 

«Molla  Nəsrəddin»  lətifə  danışar,  lakin  lətifəsi  arxasında  acı  bir 

həqiqət  gizlənər.  Gülər,  lakin  gülüşü  istehzalıdır,  yaxud  düşmən 

gülüşü deyildir, gülə-gülə verilən nəsihətdir. Əhval və adətlərimizi 

ara-sıra iynələr, biz kimi  sənə, mənə  sancılar.  Bəlkə  bir az incidər, 

lakin  incitsə  belə,  məqsədi  xeyir  və  irşaddır,  nəticəsi  şəfa  verir 

(«Molla Nəsrəddin»). 

 «Molla Nəsrəddin»in rəsmləri çox mənalıdır. Bir rəsm bir 



hekayə  qədər  məlumat,  duyğu,  düşüncə  və  fikir  verir  («Molla 

Nəsrəddin»). 

  «Molla  Nəsrəddin»  jurnalı  çox  məqbul  və  mötəbər  bir 



jurnaldır,  lakin  lazımi  dərəcədə  yayılmır.  İmkanı  olanlar  alıb 

oxumalıdır. Əyləncəli ibrət dərsidir («Molla Nəsrəddin»). 

 …Bakıda üç ildən bəri (1911-ci il nəzərdə tutulur – T.A.) 



nəşr  olunan  «Məktəb»  jurnalı  ilə  bağlı  oxuculardan  soruşuruq: 

Əzizlərim!  Siz  bu  jurnalı  aldınızmı?  Çocuqlarınıza  oxutdunuzmu? 

«Xeyr!» - desəniz, «Niyə?» - deyə soruşarıq, axı, «Məktəb» jurnalı 

oğlan  və  qız  uşaqları  üçün  ən  faydalı  bir  jurnaldır»  («Molla 

Nəsrəddin»). 

  Elm  və  maarif  intişarına  xidmət  etmək  padişahları  da 



böyük edər. («İstanbulda bir neçə gün»). 

 Avropa qəzetləri hər nə  yazırlar  –  yazsınlar, həqiqət  yenə 



həqiqətdir.  Osmanlı  torpağında  hər  qövm  və  millətə  verilmiş 


 Bütün türklərin tərcümanı



 

215



 ~ 

 

hüquqlar  çox  böyükdür.  Ən  çox  izin  verən  Qoşma  Amerika 



Cümhuriyyəti  (ABŞ  –  T.A.)  iş  dalınca  gələn  Çin  mühacirlərini 

dənizə atmaq istəyir («İslam ölkəsinin məişəti»). 

  Uca  Osmanlı  hökumətinin  verdiyi  hüquqlardan  bolqarlar, 



rumlar,  ermənilər,  yəhudilər  minnətdarlıqla  istifadə  edirlər.  Bütün 

sahələrdə  çalışır,  rahatlıqlarını  təmin  edirlər.  Yalnız  bizim 

müsəlmanlar  bundan  şanları  və  haqları  olan  dərəcədə  istifadə 

etmirlər,  küçə  boyu  səyahətimdə  ilk  nəzərimi  çəkən  də  bu  idi… 

(«İslam ölkəsinin məişəti»). 

  …Qafqaza  səyahətimi  xatırlayır  və  bir  məclisdə  içimdən 



gələn  sualları  təkrar  (İstanbuldakı  mənzərəni  gördükdən  sonra  – 

T.A.) dilimə gətirmək istəyirəm: «Ey türklər, nədir bizdə bu hallar?! 

Tiflisdə  «Elmi-hal»  çap  edirik,  Qaraqaşyan  mətbəəsində,  Bakıda 

«Koroğlu»  nəşr  edirik,  Adamyan  mətbəəsində,  Qarabağda  şeir,  ya 

mərsiyə  nəşr  edirik,  Vanlıyan  mətbəəsində.  Belə  ki,  Qaraqaşyan, 

Vanlıyan  cənabları  bizim  etməli  olduğumuz  işi  icra  etməsəydilər, 

«Koroğlu» dünya üzünü görməyəcəkdimi? Beləmi? Biz haradayıq – 

deməyə haqqım yoxmu? («İslam ölkəsinin məişəti»). 

  Kənddə  müəllimlik  edən  bir  qeyrət  əhli  alimin  ən 



fəzilətlisidir («İslam ölkəsinin məişəti»). 

  Sağ  gülüş  könlü  təmizlər,  acıları  unutdurar,  bir  neçə 



dəqiqəlik  olsa  da,  ağır  dünyanı  yüngüllədər,  fəqət  nadir  təsadüf 

olunar («İstanbul məişəti»). 

  Savadlı  və  öyrənməyə  meylli  vəlihət  ilə  (Osmanlı 



imperiyası  və  islam  xilafətinin  vəliəhdi  Yusif  İzzəddin  Əfəndi 

nəzərdə  tutulur  –  T.A.)  Osmanlıları  təbrik  edirəm.  «Tərcüman» 

qəzetini  oxuduğunu  və  daim  göndərilməsini  əmir  buyurdular 

(«Səltənət və xilafət vəliəhdinin hüzurunda»). 




 Abid  Tahirli



 

216



 ~ 

 



  Əgər  Türkiyənin  başından  əksik  olmayan  bəlalar  imkan 

verərsə və daha açıq təbir ilə söyləsək, Türkiyə düşmənlərinin açıq, 

ya  gizli  hücumlarını  dəf  etməyə  çarə  tapılarsa,  türklərin  təzə  can 

tapıb  həyat  və  gələcəklərini  təmin  edəcəkləri  boş  ümid,  ya  da 

nəzəriyyə zənn olunmaz («Bugünkü İstanbul»). 

  Tiflis  islamlarını  dəvət  edib  cümləsi  ilə  mülakat  etmək 



(görüşmək, mübahisə etmək – T.A.) şərəfinə nail olmaq üçün iyulun 

30-da  (1886-cı  il  –  T.A.)  Qafqazın  Ziraət  Cəmiyyəti  binasında 

«Ədəbi məclis»də toplantı keçirdik

1

 («Ədəbi məclis»). 



  Daşkənd  səfərimdən  qayıdarkən  Bakıda  qalmalı  oldum. 

Necə də qalmayım ki, məcbur etdilər. Hər nə qədər xəbərsiz gəlsəm 

də,  bakılı  dostlarım  qaldığım  otelin  Tiflisdən  teleqramla  yerini 

öyrənmişdilər

2

… («Yolda bir görüş»). 



 İman içəridədir («Yolda bir görüş»). 

  Qafqazın  sağ  gözü  Bakı,  sol  gözü  xeyli  tərəqqi  etmiş… 



Batumdur («Zaqafqasiya boyu»). 

 Özgə dil bilmək ayıb deyil, vacibdir, lakin özgə dili bilib, 



öz  dilini,  ədəbiyyatını  bilməmək  ayıb,  həm  də  böyük  ayıbdır 

(«Zaqafqasiya boyu»). 

  Əhalisinin  hamısı  çalışqan,  maarifə  həvəslidirlər…  yeni 



üsulla  işləyən  məktəblərini  və  ticarətə  olan  rəğbətlərini  örnək 

göstərməyə  dəyər.  Bərəkallah  şəkililər!  Cənabi  Haqq  gələcəkdə 

mütləq  mükafatınızı  verəcəkdir.  Yeni  üsullu  4  məktəbdə  xeyli 

şagird var… Səbəbkarlardan Allah razı olsun (Zaqafqasiya boyu). 

                                                           

1

 İnformasiyanın maraqlı olduğunu və  bu barədə Tiflisdə nəşr olunan qəzetdə də 



geniş  xəbər  verildiyini  nəzərə  alaraq  («Kafkaz»,10  avqust  1886,  №  37)  bu 

cümləni yazmağı məqsədəuyğun hesab etdik (T.A.). 

2

 Bu xəbəri maraqlı olduğu üçün əlavə etdik (T.A.). 




Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə