Bütün türklərin tərcümanı
~
211
~
qələm əhlinin borcudur, millətin və qövmün rəngi ədəbiyyatın
şərəfidir («Tənqid»).
Bir halvaçı halvasını, bir bozacı bozasını və küfəçi
bamyasını çığırıb-bağırıb tərifləyirsə, bir dərəcəyə qədər başa
düşülər, çünki əvvələn, malına diqqət çəkilməsi üçün başqa bir
çarəsi yoxdur, digər tərəfdənsə, halvaçı, ya da bozaçı ədəb müəllimi
deyildir. Lakin bir ədib, ya bir qəzetçi öz yazdığını halvaçı kimi
çığırıb-bağırıb özü mədh edərsə, bu çox çirkin şey olmazmı? Şübhə
yox ki, çox böyük ədəbsizlik olar («Tənqid»).
…gələcək zamanlar üçün yazmağın çox böyük şərəf-şan
olduğu hər kəsə məlumdur. Doğruya doğru, əyriyə əyri, pisə pis,
gözələ gözəl demək bu şərəf-şanın əsasıdır. Belə olmadıqda,
qələmdə şan və şərəf tapmaq bəlkə də mümkün deyil («Tənqid»).
Çernyayevski həzrətlərinin Tiflisdə nəşr elədiyi «Vətən
dili» adlı yeni üsullu əlifba diqqətə şayan və dəqiq bir kitabdır.
Oxumaq və yazmaq üçün bu maarifpərvər kişi fonetik metoda
əsasən tərtib etdiyi «Vətən dili» kitabı ilk dərslik olub yumruqsuz
və kötəksiz, qısa vaxtda oxumaq və yazmaq mərifətini bildirən bir
kitabdır («Ədəbiyyat»).
Dörd ildən bəri (1879-cu il nəzərdə tutulur – T.A.) Tiflisdə
Səid Əfəndi Ünsizadə «Ziya» qəzetini nəşr etməkdədir. İl başından
bəri
Cəlal
Əfəndi «Kəşkül» məcmuasını nəşrə başladı
(«Ədəbiyyat»).
Bəli, Avropa şairləri ilə Asiya şairlərinin düşüncəsində
fərq çoxdur, fəqət bu fərq məkandan daha çox zaman fərqindədir
(«Ədəbiyyat»).
Fikir və etiqad birliyi əməl birliyinə səbəbdir («Ədə-
biyyat»).
Abid Tahirli
~
212
~
Əgər təəssüfdən fayda çıxsaydı, nə qədər çox təəssüf
edilsə, yenə rəva görərdik. Çünki Tiflisdə nəşr olunan mötəbər
rəfiqimiz «Kəşkül»ün artıq çıxmayacağı xəbəri ən böyük təəssüfə
əsasdır, lakin təəssüflənməkdən nə fayda? Bu, qəzetin çıxmamasına
kar edərmi? Bizcə, təəssüfdən daha çox hirsə, əsəbə ehtiyac var.
Bizi Zaqafqaziyanın imkanlı və ziyalı islamları əsəbiləşdirir. Niyə
qəzetlər bağlanmalıdır? Onlara müavinət ediləcək qədər mal, sərvət,
onları ruhlandıracaq qədər məhəbbət və hissiyat tapılmadımı?
(«Tənqid»).
Bu iki qəzeti («Ziya» və «Kəşkül» nəzərdə tutulur – T.A.)
iki günəş, iki şəms kimi görməli idilər… idilər, idilər, idilər, lakin
öncə «Ziya», sonra «Kəşkül» uçan ulduzlar kimi sönməyə məcbur
oldular… Utanc, ayıb, min bir təəssüf, amma nə fayda?! Çox böyük
və dəyərli imtiyazları itirdik ki, iki maarif günəşinin qədrini
bilmədik, söndürdük, ayıb… («Tənqid»).
«Çocuqlara məxsus qəzet»... adından da anlaşıldığına görə
bu qəzetin məsləyi ən sevimli və faydalı məslək olmaq ilə bərabər
ən çətin bir məsləkdir. Böyüklər üçün qəzet buraxmaq çətindirsə,
çocuqlar üçün daha müşküldür. Çocuqlar hər nə gəldi oxumazlar,
hər oxuduqlarını anlamazlar, hər oxuduqlarından istifadə edə
bilməzlər. Bu halda çocuqlar üçün yazılan məqalələr onların
istəyərək oxuyacaqları, oxuduqları halda lazımınca anlayıb istifadə
edəcəkləri mövzulardan olmalıdır. Belə ki, ilk öncə, dil və ifadə çox
sadə, ikinci, mövzu çocuq dünyasına və idrakına uyğun və üçüncü,
əsər çocuğun həm ağlına, həm qəlbinə təsir, nüfuz etməlidir («Bir
baxış»).
Bütün türklərin tərcümanı
~
213
~
Avropanın yalnız parlaq cəhətlərini deyil, çürük hallarını
da bilmək zəruridir, zamanımızın rəhbəri, xocası deyilmi, ya?
(«Ədəbiyyat çirkabları»).
Ədəbiyyat ağıl, fikir, fəhm, bilik və ibrət xəzinəsidir. Belə
bir xəzinəyə malik olmaq üçün çalışmaq və qeyrət lazımdır.
Ədəbiyyatsız bir qövm çılpaq adama bənzəyər, çılpaqlıq isə xoş hal
deyildir («Ədəbi bəsirət»).
Ara-sıra kitab nəşr olunan şəhərlərdən biri Bakıdır. Bu
şəhərin mühərrirlərindən Sultan Məcid bəy Qənizadə ilə Nəriman
Nərimanovun milli ədəbiyyatın inkişafı naminə çox çalışdıqları
şükranlıqla görülməkdədir («Ədəbi bəsirət»).
«Dağılan tifaq» Qafqaz türk şivəsində yazılmış bir
komediyadır. Əbdurrahim bəy Haqverdiyevin əsəri olan bu risalə
çox ibrətlidir. Qafqazda bir neçə dəfə teatrda oynanılıb, çox təsirli
olmuşdur («Ədəbi bəsirət»).
Hər bir kitab və risalə milli xəzinəyə maldır: həm də
qızıldan daha qiymətli, daha mühüm maldır («Rəşid Əfəndinin
«Mirat»ı»).
…kitab bazarında, ədəbiyyat və maarif meydanında hər
necə bir əsər görünsə, nəzər yetirib, diqqət edib mühərririnə və
naşirinə təşəkkür etmək insanlığın borcudur («Rəşid Əfəndinin
«Mirat»ı»).
…ortaq dilə sahib olsaydıq… bağrı yanıq, gözü yaşlı,
sözləri atəşli Tukay (böyük tatar şairi Abdulla Tukay nəzərdə
tutulur – T.A.) hər yerdə tanınardı (məqalə 1913-cü ildə qələmə
alınmışdır), çünki şair Tukayev həqiqətən milli şair, tam mənası ilə
türk oğlu idi… yazıları, şeirləri söz yığını və qafiyə uydurması
Dostları ilə paylaş: |