Abid Tahirli
~
208
~
Qadınların müəllimə, qəzetçi, müəllifə kimi ortaya çıxması
cəmiyyətin və millətin tərəqqisini göstərir. Bunlar isə İstanbulda
mövcuddur («Osmanlı ədəbiyyatı və məişəti»).
…qəzetin «filan müsyö filan əfəndi ilə görüşdü» –
xəbərindən fayda və ibrət nədir? Tatar ağlım bunu dərk etmir.
Məncə, məsləhət və iş məlum olmadıqdan sonra müsyö və əfəndi
gündə beş deyil, on kərə görüşsün, faydasızdır («Osmanlı
ədəbiyyatı və məişəti»).
Mədhiyyə yazsaydım, bilirsinizmi kimi mədh edərdim və
bunun üçün heç bir mükafat istəməzdim. Anadolu türklərini mədh
edər və divan bağlardım, şair deyiləm, əlimdən gəlmir. Bu türklər ki
var, hər biri bir aslandır, səbirləri zaman kimi… tükənməz,
sədaqətləri günəşin ziyası kimi… ləkə götürməz, əxlaqları almaz
daşı kimi… təmiz və sadədir. Bunları ildə bir dəfə mədh etməyən
şairin səsi səs deyil! Yunan qalxdı – gəl, Anadolu! Qaradağ içəri
girdi – aman, Anadolu! Belqrad çevrildi – yetiş, Anadolu! Ərəbistan
bulandı – gəl yatır, Anadolu! Para lazım – ver, Anadolu! Rum
elində yol çəkilir – kömək et, Anadolu! Gəl, baba Anadolu, gəl,
qəhrəman Anadolu – deyilir, lakin müqabilində şairlər ildə beş sətir
təşəkkür yazmırlar – ayıb deyilmi? …Bizə görə Osmanlı dövləti
demək – Anadolu türkləri deməkdir. Dövlətin əsgər qüvvəsi bu
türklərdir («Osmanlı ədəbiyyatı və məişəti»).
Dünya belədir: nə tərəqqinin, nə nöqsanın sonu var.
Bugünkü tərəqqi ertəsi gün daha bir tərəqqi istər, durmaq yoxdur.
Zaman hər gün tərəqqi istəyir («Osmanlı ədəbiyyatı və məişəti»).
Ədəbi tənqid ədəbiyyatın mizanıdır. Mizansız bazar,
tənqidsiz ədəbiyyat kimidir («Osmanlı mətbuatı»).
Bütün türklərin tərcümanı
~
209
~
Parça-bez bazarına arşın, çörək bazarına okka necə
lazımdırsa, ədəbiyyata ölçü olan tənqid, bəlkə daha artıq lazımdır
(«Osmanlı mətbuatı»).
Ədəbiyyat mənəvi qidamızdır, lakin maddi qidadan daha
çox mizan istər. Hər nə olsa geymirik, hər nə olsa yemirik, hər nə
olsa, oxumalımıyıq? («Osmanlı mətbuatı»).
Tənqid lazımdır, lakin tənqidçi kim olacaq? Bu elə işdir ki,
təndirdə çörək bişirməkdən, gəmi kömürçülüyündən daha ağırdır.
Təkrar edirəm, çətin və ağır işdir, lakin lazımdır. Ədəbi şivəni
qabıqdan və çürükdən ayıracaq tənqiddir («Osmanlı mətbuatı»).
İzzət bəy (bir başqası olsun) coğrafiya yazmış, Molla
Hüseyn elmi-hal yazmış, Süleyman əfəndi yeni üsullu əlifba
çıxarmış, qardaşım Əli ağa milli roman yazmış, filankəs qardaşım
komediya uydurmuş… Bunların hər birinə iki «afərin» ilə üç
«maşallah» deyib keçilirsə, kitab bazarında yaxın zamanlarda boyalı
kağızdan tərpənmək olmaz və ədəbiyyatda tərəqqi və məslək
görülməz, boyalı kağızların içində itib batar («Osmanlı mətbuatı»).
Bu gün ədəbi tənqid olmadığı üçün kitabın adına görə
alınması düzgün deyil, içini araşdırmaq lazımdır, çünki adı ilə
mayası arasında Balkan dağları ola bilər («Osmanlı mətbuatı»).
Tənqid, yalnız nöqsanı gösərməkdən ibarət deyildir. Bu
əsərin nə dərəcə istifadəli olduğunu meydana çıxarmaq, onu isbat
etmək də tənqidə məxsusdur… («Osmanlı mətbuatı»).
Filan Jozefinanın filan Alfred ilə olan münaqişəsini, yaxud
bizim Fatmalardan birinin bizim Süleymanların birinə yaşmaq
arxasından çəkdiyi ah və vahları qələmə almaq, roman yazmaq
deyil («Tənqid»).
Abid Tahirli
~
210
~
Romançı gözəl və işlək bir qələm sahibi olmaqla yanaşı,
zəngin düşüncə sahibi, insan ruhunu anlayan, elmi mövzuları
sadələşdirməyə mahir olmalıdır və bunlarla bərabər az görüb, çox
anlamaya, hər gördüyünün və düşündüyünün rəssamı kimi, lakin
fırçasız, yalnız dil və yazı ilə çatdırmaq üçün istedadlı olmalıdır
(«Osmanlı mətbuatı»).
Hüqonun «Səfillər»indəki qəhrəmanlara Anadoluda rast
gəlinməz, lakin onlar kimi canları ağrıyan, onlar kimi şənlənən
insanlar burda da tapılar («Tənqid»).
Bursa və Əskişəhər Fatmalarının halını yazan, hisslərini
bəyan edən kamil ədib olsa, Dümanın, Zolyanın qələmlərindən
tökülən madamlardan daha artıq ibrətli və təsirli dərs alınacağı
şübhəsizdir («Tənqid»).
...çox qəribədir ki, bəzi Osmanlı yazıçıları Avropasayağı,
Qərb adət-ənənələrinə uyğun romanlar yazırlar, guya Avropada
romançı azdır və Şərqdən yardım istəmişlər («Tənqid»).
…gözəl, lakin faydasız bir tərcümədənsə, o qədər də süslü
olmayan, lakin faydalı bir milli hekayə yazmaq daha əfzəldir
(«Tənqid»).
Diqqət və təfəkkür etsəniz görərsiniz ki, Osmanlı məişəti
əsrlərcə – gecə-gündüz davam edən ən parlaq bir hekayədir, ən
dəhşətli bir faciədir, ən gözəl bir tarixdir. Bunlardan bəhs etsəniz
ibrətli, təsirli, dəhşətli şeylərin üstünü açmış olarsınız ki, oxuyan da
faydalanar («Tənqid»).
Ədəbiyyatın əsası tərcümələr yox, milli hekayələrdir, milli
məhəbbəti, milli düşüncəni, milli dili irəlilədəcək və süsləndirəcək,
təbiət və əxlaqı tərbiyə edəcək milli hekayələrdir. Buna çalışmaq
Dostları ilə paylaş: |