Abid Tahirli
~
202
~
bilirik, odur ki, Bakılı dostlarımızı ürəkdən təbrik edir, uzun, gözəl
ömürlərini təmənnə edirik («Bakı qəzetləri»).
…hər cür mübahisə edilirsə-edilsin, şəxsiyyətə toxunmaq
caiz deyildir. Sevgili dostlar, bu artıq ədəbi mübahisə deyil, bazar
qavğası rəngini alır. Mühərririn mühərrirə «xuliqan» deməsi,
həmkarına «sən» - deyə xitab etməsi üsuldan, ədəbdən deyildir
(«Bakı qəzetləri»).
Əfəndi qardaşlar! Ağ kağızın üzərimizdə haqqı vardır!
Bizlər mübahisə edəndə hambal dilindən istifadə ediriksə,
hamballara nə qalar? («Bakı qəzetləri»).
…istər İstanbullu, istər kaşqarlı bir türkün qələmindən
«günəşli» əvəzinə «xurşiabad» (farsca – günəş şəhəri), ya da
«beldetüş-şəms» çıxarsa, bu ədəbi cinayətdir. Ağır gəlməsin:
imanımdır («İki böyük şair»).
Birliyi olmayan bir millətin bir qanadı buzlu suda
donmağa, bir qanadı atəşlərdə qovrulub kül olmağa məhkumdur.
Durbin göz bunları uzaqdan görməli, sevdalı gönül pərdələr
arxasından duygulanmalıdır, sonraya qalarsa, gec olar («Əfəndilər,
dil gərəkdir, dil»).
Bir çox məsələlərdə avamın, xalqın haqqı böyükdür,
müqəddəsdir, lakin elm və ədəbiyyat baxımından alimlərə və
ədiblərə tabe olmaqla islah və tərəqqi yolları açılır («Əfəndilər, dil
gərəkdir, dil»).
Qəzetlərdə üç cür qələm işlədilir: uçitel qələmi, müəllim
qələmi, ədib qələmi – qarmaqarışıqlıqdır! Əfəndilər! Türk qələmi
hacət, türk («Əfəndilər, dil gərəkdir, dil»).
Qafqazda fars dili hakim idi. Azərbaycan türkcəsi ilə yazı
yazmaq ayıb idi. Lakin qafqazlılar fars dilini tərk edib ana dilinə
Bütün türklərin tərcümanı
~
203
~
keçdilər, az zamanda ata-baba dilinin hakim olduğu ədəbi dilə
xidmət etdilər və ona sahib oldular («Əfəndilər, dil gərəkdir, dil»).
Elm və ədəbiyyatdan, tək millət olduğumuzdan dəm vuran
bizlər deyilikmi? Əfəndilər, dilsiz millət və ədəbiyyat harada
olmuşdur ki, bizdə də olsun? («Əfəndilər, dil gərəkdir, dil»).
Dilimiz kimi imla, yazı üsulumuz da islaha möhtacdır. Bu
gün türk dili adı altında yüzlərcə şivə olduğu kimi, imla üsulumuz
da qarmaqarışıqdır. Dilin islahı imlanın islahına möhtacdır («İmla
məsələsi»).
Əgər indiyədək olduğu kimi hər kəs öz kefinə görə bir dil,
hər mühərrir özünəməxsus bir imladan istifadə edərsə, nə dilimiz,
nə imlamız düzələcəkdir («İmla məsələsi»).
Müsəlman sobraniyası, müsəlman ciyunu, məclisi zamanı
deyildir. Bir az səbr etmək lazımdır. Hər necə olsa, «at altından
buzov» axtarılan zamandır. Zamanımız panislamizm, pantürkizm,
panmongolizm xəyallarından istər ciddi, istər adəti olsun ürkülmüş,
şübhələrə düşülmüş bir zamandır («Baxçasaray, 22 may»).
«İqbal» qəzetinin (Bakı – T.A.) 1913-cü il iyul ayının 23-
də çıxmış nüsxəsində «Türk ibni Yafes Əfəndi» təxəllüslü bir
müəllif dil mövzusundan bəhs edərək türk milləti üçün ümumi bir
ədəbi dilin lüzumuna və sadə türkcənin beləliklə, meydan ala
biləcəyi qənaətinə gəlmişdir («Dil ətrafında»).
… «Tərcüman»ın imanı çox güclüdür. Bu imanı, bu gücü
bizə vermiş və verməkdə olan 50 milyon insanın (Rusiya
müsəlmanlarının sayı nəzərdə tutulur – T.A.) milli vicdanıdır («Dil
ətrafında»).
Abid Tahirli
~
204
~
Müxtəlif adları olan, müxtəlif məkanlarda məskunlaşan
türk tayfalarının «lüğətlərini» yan-yana qoyub baxdıqca sözlərin
yüzdə 90-nın müştərək olduğu üzə çıxar («Dil ətrafında»).
1875-ci ildə mərhum şeyximiz Həsən bəy Məlikovun şəxsi
təşəbbüsü ilə Bakıda «Əkinçi», bir az sonra general Staroselskinin
maddi köməyi ilə Tiflisdə mərhum Səid Əfəndi Ünsizadənin
«Ziyayi Qafqasiyə» qəzeti çıxarılmışdı. Həm bunları, həm də
İstanbulun «Təqvim-i vəkəyi» və «Bəsirət»ni gözə aldırıb biz də bu
«Tərcüman»ın vücuda gətirilməsinə və davam etdirilməsinə
çalışdıq. Ədəbiyyat tarixi bizə rəhbərlik edirdi («Dil ətrafında»).
Başqa millətlərin daha ertə dırmanıb qalxdığı yüksək dağa
türklər indi qalxırlar və əminik ki, qalxacaqlar. Bunu görən tək
«Tərcüman» deyildir: həyat, fərasət və milli vicdandır, «Tərcüman»
böyük cərəyana qoşulmuş bir zərrədir («Dil ətrafında»).
«Əkinçi» və «Ziyayi Qafqasiyə»nin dilinə baxın, bugünkü
(1913) «İqbal»ın dilinə də baxın: millətin qəzeti Azəri şivəsi ilə
yazılmır. Ümumilik yoluna girmiş sadə türkcə yazılır. «Tərcüman»
da elədir, biz də «İqbal»ın dilindən istifadə edirik («Dil ətrafında»).
Xuda səlamətlik versin! Yazınız, oxuyunuz. Azəricə,
tataricə, kaşqaricə… biz buna müxalif deyilik, lakin türk milləti
türkləşmək, türkcə söyləyib yazışmaq istəyir. Bu zamanın tələbinin
inkar etmir, alqışlayırıq, çünki təbii və uluğ bir cərəyandır («Dil
ətrafında»).
30 ildən bəri (1883-cü ildən nəzərdə tutulur – T.A.) xəyal
arxasınca qaçmırıq, cilalanmaqda olan türk dilinə inam və iman ilə
acizanə xidmət göstəririk (Yenə dil ətrafında).
Buxaradakı «Turan»ı oxuyanlar, Baxçasaray «Tərcü-
man»ını, Orenburq «Şura»sını oxuyanlar İstanbulun «Türk
Dostları ilə paylaş: |