Bütün türklərin tərcümanı
~
217
~
Alimlər və şairlər ocağı Şamaxını indi şeytanniyyət,
cahilanə durğunluq dumanı bürümüşdür… bu şəhərin yalnız
məktəbi deyil, işləri ümumiyyətlə, pərişanlıq və təəssüf doğurur
(«Zaqafqasiya boyu»).
Kimə necə, deyə bilmərəm, mənə görə dost görmək və
xüsusilə ziyalı adamlar görmək ən gözəl səfaların biridir. …Elm və
maarif sevdalısı olduğum üçün belə adamların məclislərində iştirak
etmək könlümə rahatlıq, fikrimə işıqlıq və güc gətirir
(«Baxçasaraydan Daşkəndə səyahət»).
…Tiflisdə bir dost daha tapdım: Qarabağlıdır (Şuşada
anadan olmuş Əhməd bəy Ağaoğlu nəzərdə tutulur – T.A.),
Rusiyada
təhsil
aldıqdan sonra Fransaya gedib, Sorbon
Universitetində oxuyub, gəncdir. Digər millətlərdə bu cür təhsil
alanların çox olduğundan, bu o qədər də diqqətçəkən deyil. Lakin
bizim cəmiyyətimizdə aradabir belə adamın olması xüsusilə
diqqətəlayiqdir. Ona görə də biz o qardaşımızla iftixar edirik
(«Baxçasaraydan Daşkəndə səyahət»).
Mayın 17-də (1893-cü il – T.A.) Bakıya gəlib dostlarımın
birindən təmizliyi və rahatlığı haqqında eşitdiyim «Avropa»
otelində yerləşdim. Bakıya hansı gün gələcəyimi heç kimə
bildirməsəm də, məni bir neçə gənc qarşıladı. Belə nəzakət və
hörmətlə qarşılanacağımı heç xəyalıma gətirmədiyimdən, mütəəssir
olduğumu bildirdim və təşəkkür etdim… («Baxçasaraydan
Daşkəndə səyahət»).
Bakı müsəlmanlarını «əcəmi», «irani», «persiyan» - deyə
yazdıqları görülməkdədir: bu isə açıq bir xətadır, çünki bunlar
ümumi dil və cins, qiyafət və adət cəhətlərindən tər-təmiz türklərdir
(«Baxçasaraydan Daşkəndə səyahət»).
Abid Tahirli
~
218
~
Bakılılar boylu, qüvvətli və işləkdirlər, …belə ki, Rusiya
şəhər və vilayətlərində olan islam əhlinin hamısından irəlidədirlər,
belə zənn edirəm («Baxçasaraydan Daşkəndə səyahət»).
Bakı müsəlmanlarının Xəzər dənizində üç-beş ticarət
paroxodu, beş-on gəmisi vardır. Volqada isə islam əhlinə məxsus nə
bir paroxod, nə bir qayıq gördüm («Baxçasaraydan Daşkəndə
səyahət»).
Bakının ermənisi yerli, qədim əhalidən olmayıb, gəlmə
müsafir və mühacirlərdir («Baxçasaraydan Daşkəndə səyahət»).
Hacı Zeynalabdin əfəndini yad etdik. Hacı dedikdə böyük
və qalın əmmaməli, uzun xalatlı, ya cübbəli uzun və ağ saqqallı
adam göz önündə canlanır, elə deyilmi? Hacı imiş, amma xəyal
etdiyimiz kimi deyilmiş! Kamal yaşında, qara saqqallı, qara papaqlı
bir adamdır. Onu başı əmmaməli yox, başı ali fikirlərlə dolu, xalatlı,
cübbəsi
uzun
yox,
gözəl
əməllərdən
libaslı
gördüm
(«Baxçasaraydan Daşkəndə səyahət»).
Bundan səkkiz il əvvəl – 1885-ci ildə Bakıya birinci dəfə
gəlmişdim. Səkkiz ildə müsəlmanların xeyli tərəqqi etdiklərini
görüb məmnun oldum. Yalnız mal və qazanc cəhətində deyil, bəklə
daha
artıq düşüncə və şüur baxımından irəliləmişlərdir
(«Baxçasaraydan Daşkəndə səyahət»).
…Bakıya birinci səyahətimdə hörmətli Səfərəli bəy
Vəlibəyovla (1861-1902, Qori Müəllimlər Seminariyasının ilk
məzunlarından biri, maarifçi, O.Çernyayevski ilə birlikdə «Vətən
dili» adlı ilk əlifba dərsliyinin və digər dərslik və kitabların müəllifi
– T.A.) bərabər idik. Onunla qardaşyanə Qafqazın xeyli yerlərini
gəzdik. Məqsəd xalqın həyatı, güzəranı ilə tanışlıq və «Tərcüman»
üçün abunəçi toplamaq idi. Bakının bütün bazarlarını gəzdik,
Bütün türklərin tərcümanı
~
219
~
haradasa səbrlə 200-ə yaxın qəzet payladıq, lakin bir abunəçi-
müştəri tapmadıq. Tacirlər boş işlə məşğul olmamağı tövsiyə
etdilər, alimlər qəzetin adından qorxdular («Baxçasaraydan
Daşkəndə səyahət»).
…Səfərəli bəy…bir tacirin mağazasında bir neçə adama
bir-iki nüsxə «Tərcüman» təqdim edib qəzetdən, maarif və
ədəbiyyatdan danışmaq istəyirdi ki, onlardan biri «gərək deyil» -
deyib buna imkan vermədi. Onun bu hərəkətə haqqı da vardı: axı,
verilən yazılı kağızlar kağız pul qədər mötəbər, kişmiş kimi ləziz bir
şey deyildi! («Baxçasaraydan Daşkəndə səyahət»).
Bakıda Hacıya (Hacı Zeynalabdin Tağıyev nəzərdə tutulur
– T.A.) yoldaş və həmfikir xeyli adam var. Məsələn, Musa əfəndi
Nağıyev, Şəmsi Əsədullayev və sairlər. Belə ki, maarif, təhsil və
islahat yolunda bəhsə girənlər, qeyrət sərf edənlər görülməkdədir.
Xudaya şükür! («Baxçasaraydan Daşkəndə səyahət»).
Rus və türk şagirdləri üçün Bakıda ilk məktəb açmış
Mahmud əfəndi Qənizadədir. Türk təhsilinə dair kitab və lüğət
mühərriridir ki, fədakarlığını təbrik edirik («Baxçasaraydan
Daşkəndə səyahət»).
İslam tərbiyəsi tərk olunmadığı halda, elm və mərifətdən
yalnız fayda gələr («Baxçasaraydan Daşkəndə səyahət»).
İslam tərbiyəsi ilə dövrün mərifət və elmini uzlaşdıran
müslimələr, ümid edirəm ki, dünyanın ən yaxşı anaları olacaqdır
(«Baxçasaraydan Daşkəndə səyahət»).
Bütün savadlı, məlumatlı müsəlmanlara, onlardan
törəyənlərə xitab edirəm: millət və camaatın başında, içərisində
olaq, millətdən uzaq olmayaq ki, bizi görsün, ibrət alsın,
faydalansın («Baxçasaraydan Daşkəndə səyahət»).
Dostları ilə paylaş: |