Abid Tahirli
~
220
~
Milləti çox avam və cahil zənn etməyək: millət yaxşı sözü,
yaxşı işi fəhm edəndir («Baxçasaraydan Daşkəndə səyahət»).
Ziyalı insan ali, uca düşüncə və ideallarsız yaşaya bilməz
(«Baxçasaraydan Daşkəndə səyahət»).
Çərxi fələk məni Qafqazdan, Osmanlı imperiyasından,
Afrikadan, Hindistandan, Kaşqardan dolaşdırıb Türkistana gətirib
çıxarmışdır. Əgər gördüklərimi bir risalə kimi yazsam, çox gözəl bir
iş olacaqdır. Yazılmazsa, yazıq! («Baxçasaraydan Daşkəndə
səyahət»).
…bakılı dostlarımdan müəllim Sultan Məcid əfəndi
Qənizadənin səyahətimizə qoşulmaq və mənə yoldaşlıq etmək üçün
Buxaraya gəldiyini eşidib həddən ziyadə məmnun oldum
1
(«Baxçasaraydan Daşkəndə səyahət»).
Bu dəfə…Bakıda bir gün belə qalmadım. Çünki fəhlələr
arasında iğtişaşlar üçün təbliğat aparmağın zamanı olmadığını
anlayan bütün ziyalılar Qarabağa və Gəncə şəhərinə dağılmış və
məktəb təsis etməklə məşğul olmağa başlamışlar («Buxarada nə
gördüm»).
Əgər Buxarada bir baqqal dükanı, ya bir çayxana və ya
rəqsxana açmağa girişsəydim, çoxdan müvəffəq olmuşdum. Məktəb
təsisi isə belə asan iş deyildir. Bunun üçün mənəvi güc, dil və
qələmin kafi olmadığı meydandadır («Buxarada nə gördüm»).
«Bəlkə qısa müddət ərzində oxumaq, yazmaq, heca etmək,
dəftər tutmağı təhsil etdirən məktəbə hacət yoxdur?» - sualına
Buxara bazarlarının halı canlı cavabdır: bu bazarlarda 500 tacir
varsa, 25-i qələm-dəftər tanımır («Buxarada nə gördüm»).
1
Maraqlı olduğu üçün diqqətə çatdırdıq (T.A.).
Bütün türklərin tərcümanı
~
221
~
Qeyrət, hünər və sənaye meydanı olan bu sərgidə (1896-cı
ilin avqustun 13-dən 20-dək Nijni-Novqorodda keçirilən sərgi
nəzərdə tutulur – T.A.) müsəlmanlar nə gördülər, nə kimi ibrət
aldılar, bizə məlum deyil, fəqət sənayedə çox geridə qaldığımızı,
alət və dəzgahlarımızın köhnə və yararsız olduğunu dərk etmişlərsə
də, Cənabi-Haqqa təşəkkürlər edəcəyiz, çünki qüsuru anlamaq onun
çarəsini də araşdırmaya məcbur edər, xəstə olduğumuza inanılsa,
dəva-dərman axtarılar («Sərgidə mən nə gördüm»).
Niyyətim (Hindistana 1912-ci il səyahətinin məqsədi
nəzərdə tutulur – T.A.) xeyli sadə idi: Hind islam məktəblərini
görmək: öyrənilməli bir şey varsa, öyrənmək, öyrədiləsi bir şey
varsa, öyrətmək («Hindistan səyahəti»).
Hind ən qədim dinlərin anasıdır.
Hind ən qədim mədəniyyətin beşiyidir.
Hind ən qədim ədəbiyyatın ədibidir.
Hind ən mütərəqqi millətlərin qədim vətənidir.
Hind dünyanın ən zəngin ölkəsidir.
Hind İngiltərənin tükənməz-bitməz xəzinəsidir.
Hind İngiltərənin böyüklüyünün göstəricisidir.
Hind böyük dövlətlərin gözündə bir nazənindir.
Bu gücü, bu sərvəti, bu dilbəri əldən verməmək, hər kəsdən
saxlamaq üçün ingilislər kim bilir nə kimi şiddətli tədbirlər görmüş,
polis, jandarma, xəfiyyə, uniformalı məmurlar, əsgərlər, süngülər,
toplar ilə əhalinin qəlbini ürkütmüş, gözlərini söndürmüş, fikrini
durdurmuşdur… mənə belə gəlir («Hindistan səyahəti»).
Müsəlmanları nəzəri fikirlərlə yox, praktik işlə inandırmaq
lazımdır («Maarif yolunda»).
Abid Tahirli
~
222
~
Çocuqları böyük zəhmətdən (köhnə üsulla işləyən
məktəblər nəzərdə tutulur – T.A.) qurtaran yeni təhsil sistemini
Hindistanda tətbiq edən türk oğlu türk olduğundan (İ.Qaspiralı
özünü nəzərdə tutur – T.A.) türkləri təbrik edirəm («Hind
yolunda»).
Mənfəət gələr gedər, ədalət əbədidir («Belə deyilmi»).
Politika, politika, amma bir azcıq insaf və həqiqət ta lazım
deyilmi? («Hal həqiqəti»).
Ey əziz qardaşlar! Satmaq rahat, almaq çətindir! Getmək
rahat, dönmək çətindir! Yıxılmaq rahat, qalxmaq çətindir! («Lazım
bir nəsihət, qafil olma»).
Cahanın hər tərəfində iki kərə iki dörddür. Lakin maarifin
intişarının üsulu hər bir iqlimin və qövmün xüsusiyyətinə müvafiq
tapılması qayda və qanun halındadır («Şərq məsələsi»).
Məktəbdə, camidə kürsü başında ziyalı, məlumatlı din
xadimi olsa, ağlın tərəqqisinə böyük meydan açılar («Şərq
məsələsi»).
Ağlı və fikri irəliləyən ziyalı müəllim sinfi və bütün əhalini
irəlilədəcəkdir («Şərq məsələsi»).
Dərdini inkar edən dərman tapmaz. Sözümüz xoşdur,
ağırdır, hər necədirsə, hamı ilə bərabər dərdimizə çarə tapmaqdan
başqa məramımız yoxdur («Buna nə deməli»).
Aman, oğlum, satma sakın, əlindəki toprağı,
Anan kimi səni bəslər bərəkətli qucağı.
Verər arpa, aş istəməz, verər sənə bunları,
Səfil, rəzil olma sakın, satıb ana torpağı.
(«Aman oğlum»)
Dostları ilə paylaş: |