Abid Tahirli
~
112
~
bağlı müddəalarının qəbuledilməzliyini vurğulayır. İ.Qaspiralı
əsərin sonunda yeni icadların, kəşflərin, elmin faydasını, xidmətini
inkar etmədiyini, eyni zamanda islamın da ciddi islahatlara və bu
yolla irəliləməyə ehtiyacı olduğunu yazır.
Sosializm və ya Ģəriklik məzhəbi
Bütün yaradıcılığı boyu İ.Qaspiralının əsərlərində insanlığın
sahib olduğu mənəvi-ideoloji-dini dəyərlərə münasibət qabarıq
şəkildə özünü göstərir. Bundan əvvəl bəhs etdiyimiz «Avropa
mədəniyyəti»
adlı yazısında əsasən Avropa (xristianlıq)
mədəniyyəti ilə bağlı mülahizələri ilə paralel olaraq sosialist
ideyalarına da toxunan müəllif bu cərəyanın naqis cəhətlərindən az
da olsa, bəhs etmişdir. «Sosializm və ya şəriklik məzhəbi» adlı
yazısında («Tərcüman» qəzeti, 1906-cı il, 30 yanvar, № 5; 9 iyun,
№ 62; 14 iyun, № 64; 16 iyun, № 65; 19 iyun, № 66; 21 iyun, №
67; 23 iyun, № 68; 26 iyun, № 69; 28 iyun, № 70; 3 iyul, № 72; 7
iyul, № 74; 10 iyul, № 75; 12 iyul, № 76) adlı irihəcmli
məqaləsində də İ.Qaspiralı əvvəlki əsərində olan sosialist ideyaları
ilə bağlı irəli sürdüyü fikirlərini bir qədər də dərinləşdirmiş
(«Avropa mədəniyyəti» adlı yazısındakı bəzi parçaları da olduğu
kimi verməklə) təhlil, tənqid, bir qədər də dəqiq ifadə etsək, təftiş
etmişdir. İ.Qaspiralını narahat edən «islam gəncləri» arasında bu
axına qoşulanların sayının tədricən artmasıdır. Müəllif qeyd edir ki,
sosialist ideyaları ilk baxışda cazibəlidir, çəkicidir, «çox xoş görülür
şeylərdir: müsavat, ədalət, mərhəmət, haqq-ədalət və s.». «Bu
şeyləri hər kəs sevər. Bunlara hər kəs meyl edər» - deyə yazan
publisist islamın da təlqin, təbliğ etdiyi bu keyfiyyətlərlə sosializm
Bütün türklərin tərcümanı
~
113
~
ideologiyası arasında mahiyyətcə kəskin fərqlər olduğunu qeyd edir.
Xüsusi ilə mülkiyyət, irsiyyət, ailə, sərmayə hüquqları ilə bağlı
məsələlərdə sosialist ideyaları qəbuledilməzdir və qeyri-insanidir.
İ.Qaspiralı sosializm ideyasının meydana gəlmə səbəblərinə də
toxunur, Qərb mədəniyyətinin, iqtisadiyyatının, sənayenin, fəhlə-
kapitalist münasibətlərinin bu cür ideyanın yaranması üçün münbit
mühit formalaşdırdığına diqqəti çəkir. O, Avropa məişətində və
iqtisadiyyatında baş verən proseslərə işarə vuraraq yazır: «Bu
çürüklükdən və Avropa mədəniyyətinin nöqsanlarından sosializm
ideyaları təvəllüd etmişdir». Sosialist ideologiyasının əmələgəlmə
səbəblərini, mahiyyətini, prinsip və müddəalarını açıqlayan
İ.Qaspiralı ondan xilas olmağın yollarını da göstərir. Dünyəvi
məktəblər, universitetlər açmaq, cəhalətə, geriliyə son qoymaq,
islami dəyərlərlə Avropanın üstün keyfiyyətlərinin – elmin,
tərəqqinin nailiyyətlərini birləşdirmək. Böyük maarifçi yazır:
«Ümum millətimiz hazırda fağır haldadır. Həm də bu fağırlıq,
çarəsizlik, zavallılıq yalnız malda, sərmayədə deyil, elmdə, bilikdə,
fəndə, sənaye və hünərdə daha ziyadə ortaya çıxmaqdadır». İslamda
maddi və mənəvi bərabərliyin bərqərar olması üçün dolaşmaq,
savaşmaq yox, haqq-ədalət yolunu tutmaq lazımdır – qənaətinə
gələn İ.Qaspiralı hər kəsi bu yolların açılmasına xidmət etməyə
çağırır.
Rusiyanın islam siyasəti
Bir çox əsərində Rus hakimiyyətinin müsəlmanlarla
(türklərlə), islam dini ilə bağlı siyasətini təhlil edən, bəzi hallarda
kəskin tənqid edən İ.Qaspiralı «Rusiyanın islam siyasəti» əsərində
də bu mövzuya toxunmuşdur. «Tərcüman»ın 1910-cu il 5 noyabr
Abid Tahirli
~
114
~
tarixli 45, 12 noyabr tarixli 46, 19 noyabr tarixli 47, 26 noyabr
tarixli 48, 26 dekabr tarixli 52, eləcə də, 1911-ci il 14 yanvar tarixli
3-cü nömrələrində dərc olunmuş irihəcmli məqalə Le Şatetyenin
Parisdə nəşr olunmuş «Müsəlman siyasəti» adlı kitabından gətirilən
sitatla başlayır. Fransız müəllifin fikrincə, ölkəsinin islam dünyası
ilə dostluq siyasəti Fransanın mənafeyi, inkişafı baxımından həm
iqtisadi, həm də siyasi cəhətdən çox vacibdir. Diqqəti müəllifin bu
mövqeyinə çəkən İ.Qaspiralı yazır: «Fransa ilə Afrika müsəlmanları
arasında qoca Ağdəniz var. Digər islam ölkələri ilə Fransa arasında
daha böyük dənizlər, qitələr və başqa millətlər mövcuddur. Bu
şəraitdə belə, fransızlar müsəlmanlara qarşı yeritdikləri
politikalarının əsaslı olub olmadığını lazım gördükləri halda,
Asiyada Altın dağlarından, Avropanın Qaradəniz sahillərinədək
müsəlman millətləri və dövlətləri ilə həmhüdud və hüdudu
içərisində 20 milyon islam əhalisinə malik Rusiya özünün
müsəlman siyasətini zənn edirəm ki, daha ziyadə araşdırmağa,
təftiş etməyə borcludur». Bir çox mətbu orqanlarda müzakirə
predmetinə çevrilmiş «bəs əslində Rusiyanın müsəlman, yəni Şərq
siyasəti necə qurulmuşdur?» - sualını cavablandırmadan öncə
İ.Qaspiralı bu siyasətin Rusiya üçün həlledici, taleyüklü olduğunu
önə çəkir, göstərir ki, Rusiya böyükdür, iqtidardır, lakin bununla
bərabər müsəlmanların nəzər və baxışlarına qulaq assa, bir zərəri
yox, əksinə faydası olar. İ.Qaspiralı Yusif Akçuraoğlunun «Türklər
və slavyanlar» əsərinə istinadən hər iki xalqın tarixindən bəhs edir,
türklərin böyük köçü və yeni məskənləri haqqında yazır, eyni
zamanda rusların monqol-tatar əsarətindən xilası və ondan sonra
Rusiyanın öz sərhədlərini Şərqə doğru genişləndirilməsindən ətraflı
bəhs edir. Qaspiralı daha sonra İngiltərə, Almaniya, Fransa kimi
Qərb dövlətləri ilə siyasətdə uduzan Rusiyanın tədricən taqətdən
Dostları ilə paylaş: |