Abid Tahirli
~
100
~
adlı qəzet Tiflisdəki ədəbi məclisdə İ.Qaspiralı ilə yerli ziyalıların
görüşünə böyük məqalə həsr etmişdir. Bu barədə «Tərcüman»da
dərc edilmiş «Ədəbi məclis» adlı yazıda (10 avqust 1886-cı il, №
37) İsmayıl bəyin və qəzetinin fəaliyyəti təqdir olunur, yüksək
qiymətləndirilir.
«Zaqafqaziya boyu» adlı yazıda (23 dekabr 1901, № 47)
İ.Qaspiralı Batum, Ahıska, Axalkələk, Tiflis, Şəki və Şamaxı
bölgələrinə səfərindən bəhs edir. Şəki əhalisini «çalışqan, maarifə
həvəsli», «ticarətə, təhsilə rəğbətli» xarakterizə edən müəllif xüsusi
ilə mahalın məktəb sahəsindəki nailiyyətləri alqışlayır. Məktəblərin,
şagirdlərin sayının xeyli artdığını qeyd edən İ.Qaspiralı ümid edir
ki, Şəkidə tezliklə qız məktəbi də açılacaq.
Şamaxıdakı vəziyyət İ.Qaspiralını ciddi narahat, pərişan
edir. O, yazır: «Bu alimlər və şairlər ocağını (Şamaxı nəzərdə
tutulur – T.A.) indi cahillik dumanı bürümüşdür». İnsanların
qruplara parçalanmasını, «birinin tikdiyini, digərinin yıxmaq
istəməsi», məktəblərin qədrinin bilinməməsi kimi hallar müəllifdə
şəhərin mövcud durumu barədə pis təəssüratlar yaratmışdır.
Fikrimizcə, İ.Qaspiralının səyahət oçerkləri həm məktəb,
pedaqoji fikir tarixinin, yeni təhsil sistemi və problemlərinin
araşdırılması, həm də müəllifin ideallarının dəyərləndirilməsi
baxımından daha geniş tədqiqata cəlb edilməlidir.
Baxçasaray məktubları
Bu məktubları 30 yaşlı İsmayıl Qaspiralı «Kiçik mola»
imzası ilə Krımda nəşr olunan «Tavrida» qəzetində (1880-ci il, № 9,
1881-ci il, № 5, 7), üzərində bir qədər işlədikdən sonra isə elə
Bütün türklərin tərcümanı
~
101
~
həmin ildə «Rusiya müsəlmanları» adı ilə «Tavrida» da (43-47
nömrələrində) rus dilində dərc etdirmişdir. Əsər ilk dəfə tanınmış
tədqiqatçı Viktor Yuryeviç Gankeviç tərəfindən üzə çıxarılmış,
H.Nəcəfoğlu və Y.Akpinar tərəfindən türkcəyə çevrilmişdir.
«Baxçasaray
məktubları»
İ.Qaspiralının
ilk
qələm
təcrübələrindən olsa da, gənc publisistin düşüncələrini, məram və
planlarını dəyərləndirmək baxımından böyük əhəmiyyət kəsb edir.
Bu əsərdə böyük maarifçi kimi onun gələcək fəaliyyətinin işartıları,
hədəfləri görünür. Professor, doktor Y.Akpinar haqlı olaraq yazır ki,
bu əsər İsmayıl bəyin bir ömür boyunca təqib edəcəyi və sadiq
qalacağı prinsipləri göstərən bir proqram olaraq qəbul edilə bilər
(İsmayıl Qaspiralı. Seçilmiş əsərləri: II. Fikri əsərləri. Ötüken
nəşriyyat A.Ş. İstanbul, 2004, Yavuz Akpinarın kitaba yazdığı
«Giriş»dən, səh.20) İ.Qaspiralı Rusiyanın gələcək taleyinin slavyan-
türk xalqlarının münasibətlərindən asılı olduğunu bildirir. Bu
münasibətlərin hər iki xalqın qarşılıqlı səyi, xoş, qərəzsiz, səmimi
niyyəti ilə formalaşa biləcəyini vurğulayan İ.Qaspiralı rusların
Rusiyanın artıq, həm də bir müsəlman dövləti olduğunu,
müsəlmanları assimilyasiya etmək yox, onları da eyni hüquqlara
sahib qövm kimi qəbul etmələrini, müsəlmanların isə cəhalətdən
xilas olmalarını, qanunların verdiyi hüquq və imtiyazlardan istifadə
edərək fəal vətəndaş statusu qazanmalarını zəruri hesab edirdi.
Qarşılıqlı kin-küdurət, sayğısızlıq unudulmalı, bir-birinə şübhə ilə
yanaşmağa son qoyulmalıdır. Keçmişdən qalan ziyanlı miras
yaddan çıxarılmalıdır. Molla (müəllif) xatırlayır ki, biz uşaq ikən
gecə yatmayanda, yaramazlıq edəndə anamız «bax, rus gəlir»
deyərək bizi qorxudar, biz də yorğanı dərhal başımıza çəkərdik.
Yaxud, ruslar kəndimizə vergi yığmağa gəlir, «yeyib-içir, bağırır,
ixtiyarlarımızı qaçmağa, para toplamağa məcbur edərdi».
Abid Tahirli
~
102
~
İ.Qaspiralıya görə, ruslar haqqında belə fikrin formalaşmasına
müsəlmanların onlardan, cəmiyyət həyatından kənar qalması,
müəllifin təbirincə desək, «öz aləmlərinə çəkilməsi» səbəb
olmuşdur. Çıxış yolunu böyük maarifçi yeni tipli məktəbdə,
təhsildə, cəhalətdən uzaqlaşmaqda görürdü. İ.Qaspiralı müsəl-
manların tərəqqisi üçün öz dillərində yazılı sözün olmasını bu
problemin həlli üçün yararlı, zəruri vasitə hesab edirdi. O, təəccüb
və təəssüflə sual edirdi ki, hansı səbəbə görə müsəlman əhalisinin
məskunlaşdığı quberniya və vilayətlərində yerli və mərkəzi
hökumətin qərar, qanunları yerli xalqın dilinə tərcümə edilməsin,
nəşr olunmasın? Müxtəlif fərman və sənədlərin, eləcə də elan və
reklamların yerli məmurlarda saxlanılmasının nə faydası? Uşaqlarla
öz dilində danışmaqla onların səviyyəsini qaldırmaq mümkündür.
İdarə edənlərlə idarə olunanlar arasında da eyni sistem tətbiq
olunmalıdır. İ.Qaspiralı bunun vacibliyini yaxşı anlayan Qafqaz
idarəçilərinin təcrübəsini təqdir edir və göstərir ki, onlar «Tiflisdə
tatarca «Ziyayi-Qafqaziyyə» qəzetinin nəşrini anlayışla qarşıla-
mışlar».
Yeri gəlmişkən qeyd edək ki, hələ Moskvada ikən öz
üzərində qatı rus şovinizminin ilk zərbələrini hiss edən İ.Qaspiralı
istər publisistik, istərsə bədii əsərlərində düşüncələrini bir qədər
ehtiyatla, belə demək mümkünsə, rus təbəəsi mövqeyindən qələmə
alsa da, rus şovinizminə kəskin nifrət yazıların ruhundan duyulur,
bəzən isə ayrı-ayrı məmurların timsalında olsa da, açıq-aşkar rus
təzyiqinə, müstəmləkəçilik siyasətinə, işğalına qarşı çıxır, mənsub
olduğu millətin nə öz tarixinə, nə də gələcəyə layiq həyat və
düşüncə tərzinə uyğun yaşamadığını kədərlə yazırdı. Tarixi şərait
İ.Qaspiralıya bir yolu diqtə edirdi: xalqı maarifləndirmək yolu ilə
ayıltmaq, sonrakı mərhələdə yeni vəzifələr ortaya çıxacaq. Bax, elə
Dostları ilə paylaş: |