Азярбайъан Республикасынын


Bütün türklərin tərcümanı



Yüklə 1,63 Mb.
səhifə30/73
tarix25.06.2018
ölçüsü1,63 Mb.
#51428
1   ...   26   27   28   29   30   31   32   33   ...   73

 Bütün türklərin tərcümanı



 

93



 ~ 

 

bəlkə  də  bütün  dünya  müsəlmanlarının  ən  böyük  bir  cahanı,  ən 



böyük bir kainatı idi ki, bu gün əbədiyyətə qovuşdu. Biz də onun bu 

böyük  mənəviyyatı  hüzurunda  torpaqlara  qapanaraq  için-için 

ağlayırıq…».  («Böyük  və  tarixi  milli  matəm»  məqaləsindən. 

«Tərcüman»  qəzeti,  1  oktyabr  1914,  №  200.  «İqbal»  qəzetindən 

götürülmüşdür). 

 

 



Abdulla  Battal:  «İsmayıl  bəy  Rusiya  müsəlmanlarındakı 

fikir  hərəkatının  icad  edəni,  birinci  üsuli-cədid  məktəblərinin  ilk 

ustadı,  milli  xeyriyyə  cəmiyyətlərinin  təsisinin  mürşidi,  tatar 

qəzetçiliyinin  atası,  Rusiya  müsəlmanlarının  böyük  islahatçısı  və 

ümum  türk-tatar  dünyasının  böyük  bir  qəhrəmanı  idi.  İsmayıl  bəy 

36  il  əvvəl  «Tərcüman»la  Rusiya  müsəlmanlarına  həyat  və 

mədəniyyət dərsi verməyə, qurtuluş yolu göstərməyə başladı. Onun 

gözəl  fikirləri,  faydalı  tövsiyələri  Türkistan,  Qafqaz,  Ural  və  İdil 

(Volqa)  boylarında  da  dinlənildi,  qəbul  edildi.  Geniş  Rusiyanın 

müxtəlif  guşələrində  yaşayıb,  ancaq  bir-birlərinin  əhvallarından 

xəbərsiz,  yaxud  da  az  xəbərdar  olan  türk-tatar  qövmləri 

«Tərcüman»  vasitəsilə  tanış  olmağa,  anlaşmağa  başladılar.  İsmayıl 

bəyin  Baxçasarayda  təsis  etdiyi  birinci  «Üsuli-cədid»  məktəbi 

Rusiyadakı  bütün  «Üsuli-cədid»  məktəblərinin  anası  oldu»  («Ağır 

hadisə» məqaləsindən. «Tərcüman» qəzeti, 1 oktyabr 1914, № 200. 

«Yıldız» qəzetindən götürülmüşdür). 

«1883-cü  ildən  bəri  Krımda  çıxmağa  başlamış  olan 

«Tərcüman» qəzeti o zamankı Rusiyanın bütün türk dünyasında, o 

cümlədən Kazan türkləri arasında da oxunurdu. 

İsmayıl  bəy  Baxçasarayda  Qayıtmazağa  məhəlləsində 

nümunə  üçün  «Üsuli-cədid»  məktəbi  açmışdı  ki,  oradakı  üsulla 



 Abid  Tahirli



 

94



 ~ 

 

tanış olmaq üçün bizdən də bir çox müəllimlər Baxçasaraya  gedib 



gəlmişdilər.  Qasprinski  qıraqdan  gələnlərə  «Üsuli-cədid»i  pulsuz 

öyrətməklə  bərabər,  hər  bir  müəllimdən  burada  öyrəndiklərini 

mütləq  iki  müəllimə  öyrədəcəyinə  dair  söz  alırmış.  Yenə  İsmayıl 

bəy Krım ləhcəsi ilə əlifba «Xocayı sübyan» və başqa bir neçə dərs 

kitabını  tərtib  etmişdi  ki,  bu  kitablar  bir  müddət  bizim  Kazan 

yurdunda  fəaliyyət  göstərən  «Üsuli-cədid»  məktəblərində  də 

istifadə edilmişdir». («Kazan türkləri», İstanbul, 1925, səh.190). 

 

 




 Bütün türklərin tərcümanı



 

95



 ~ 

 

 



Ġ.QASPĠRALININ PUBLĠSĠSTĠKASI 

 

XIX əsrin ikinci yarısında çar Rusiyasında baş verən mühüm 

ictimai-siyasi  dəyişikliklər,  təhkimçiliyin  ləğvi,  dekabristlərin 

üsyanı,  xalqçılıq  hərəkatı,  ardı-arası  kəsilməyən  müharibələr,  eyni 

zamanda  sənayenin  sürətli  inkişafı,  kapitalizm  münasibətlərinin 

bərqərar  olması  kimi  amillər  həmin  dövr  rus  publisistikasının 

formalaşmasına,  onun  cəmiyyət  tərəfindən  real  güc,  döyüşkən 

qüvvə  kimi  qəbul  olunmasına  təsir  edirdi.  Maraqlı,  həm  də 

utancvericidir  ki,  XIX  əsr  möhtəşəm  rus  publisistikası  demək  olar 

ki,  bütün  aspektlərdən təhlil  edilmiş, dəyərləndirilmiş, lakin həmin 

imperiyanın  tərkibində  çiçəklənən,  həm  mövzu  –  problem,  həm 

sənətkarlıq baxımından rus publisistikasından heç də geri qalmayan, 

bəzi  xüsusiyyətlərinə  görə  isə  hətta  onu  kölgədə  qoyan  (məs.  nəşr 

imkanlarının  məhdudluğu,  mərkəzin  ögey,  yad  münasibəti,  rus 

məmurlarının  şovinist  mövqeyi  və  s.  kimi  problemlərin 

mövcudluğu)  İ.Qaspiralının  yaradıcılığının  timsalında  müsəlman-

türk  publisistikası  nə  araşdırılmış,  nə  qiymətləndirilmişdir,  əksinə, 

hər cür diqqətdən kənar saxlanılmışdır. 

Halbuki,  İ.Qaspiralı  publisistikası  bütöv  bir  dövrün,  böyük 

bir toplumun yükünü çiyinlərində çəkirdi. Qürdətli qələm ustasının 

publisistikası  sənətkarlıq  nöqteyi-nəzərindən  diqqət  çəkdiyi  kimi, 

mövzu baxımından da sərhəd tanımır: 

-  təhsil,  elm,  mədəniyyət,  maarifçilik,  xeyriyyəçilik 

problemləri

- rus-türk-müsəlman xalqları arasındakı əlaqələr; 

- Rusiya-Şərq, Rusiya-Qərb ölkələri arasındakı münasibətlər; 




 Abid  Tahirli



 

96



 ~ 

 

- qadın azadlığı; 



- islam dini və Avropa sivilizasiyası problemləri; 

- Rusiyanın islam siyasəti

- ədəbi-tənqidi problemlər, sənət və sənətkarlıq məsələləri

- mətbuat, onun problemləri və vəzifələri; 

-  müsəlman  xalqlarının  ümumi  problemləri  və  onların  həlli 

yolları; 

- ortaq türk dili problemi; 

- xarici ölkələrin əhalisinin – Qərb və Şərq xalqlarının həyat, 

təfəkkür tərzləri. 

Bu  və  digər  problemlər  İ.Qaspiralının  publisistikasının  əsas 

mövzusu olmuşdur. Göründüyü kimi, böyük publisistin toxunduğu 

bir  çox  məsələlər  bu  gün  də  aktuallığını  itirməmişdir.  Səyahət 

oçerkləri İ.Qaspiralı publisistikasında mühüm yer tutur. 

 

Səyahət oçerkləri 

 

Böyük  maarifçi-publisist,  naşir-redaktor  İ.Qaspiralının 

irsində  xüsusi  yer  tutan  səyahət  oçerkləri  bir  tərəfdən  bu  qüdrətli 

qələm  sahibinin  məramı,  idealları  barədə  fikirlərin  formalaşması 

üçün maraqlı material, digər tərəfdən səyyahın səfər etdiyi bölgələr, 

ölkələr,  onların  sakinləri  və  xalqların  həyat,  təfəkkür  tərzləri 

haqqında  zəngin,  etibarlı  mənbədir.  Üçüncü  tərəfdənsə,  səyahət 

oçerkləri mahir publisistin  yaradıcılığında dil, üslub  və sənətkarlıq 

problemlərinin dəyərləndirilməsi baxımından diqqətçəkəndir. 

Səyahət  oçerklərinin  coğrafiyası  genişdir:  Türkiyə,  Ərəb 

ölkələri,  Hindistan,  Polşa,  Qafqaz,  Orta  Asiya  ölkələri 

İ.Qaspiralının səfər etdiyi məkanların tam siyahısı deyil.  Avropaya 

və  Afrikaya  (Almaniya,  Avstriya,  Macarıstan,  Fransa,  İspaniya, 



Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə