Азярбайъан Республикасынын



Yüklə 1,63 Mb.
səhifə49/73
tarix25.06.2018
ölçüsü1,63 Mb.
#51428
1   ...   45   46   47   48   49   50   51   52   ...   73

 Abid  Tahirli



 

152



 ~ 

 

elmin,  hünərin  insaf  olduğunu  söyləyir.  Darrürrahat  müsəlmanları 



sözdə, dildə  yox, həqiqətən də hüquqlarına və özlərinə sahibdirlər. 

Burada  qadın-kişi  bərabərliyi  var  və  onların  münasibəti  akt  və 

şərtlərə  bağlıdır.  Qadını  mal  kimi  alıb  satmazlar,  yaxud  hüquqsuz 

əsir  kimi  ərə  verməzlər.  Ailə  cəbr,  zor  və  insafsızlıqdan  uzaqdır, 

məhəbbət,  ünsiyyət  və  qanun  üzərində  bina  olunmuşdur.  Nikahdan 

əvvəl qadın və ər yaşları, keçici, irsi, fiziki xəstə olmadıqları barədə 

arayış  təqdim  etməlidirlər.  Qoca  kişiyə  cavan  qızın  ərə  verilməsi 

qadağandır. 

Müəllif  Əndəlüsün  tərəqqisindən  sonra  onun  süquta 

uğraması  səbəblərindən  də  söz  açır:  Düşüncələr,  adət-ənənələr, 

mənəvi  duyğular  yavaş-yavaş  dəyişməyə  başladı,  azğınlıq, 

tənbəllik, qayğısızlıq, kin-küdurət, təfriqə ilan ağusu kimi dövlət və 

millətin  bədənini  zəhərlədi,  onu  çürütməyə  başladı.  Xəstə  ağacda 

sağ meyvə olmaz. Paragöz, həris valilər, ağlı nöqsanlı və qeyrətsiz 

hökmdarlar zühur etdi, fitnəbazlar alimlərə, dadlı yalan söyləyənlər 

sadiq  bəndələrə,  nəfsinə  düşkünlər  və  şəxsi  mənfəət  xəstələri 

toplumun  yararlılarına,  riyabazlıq,  göstəriş  namazları  faydalı 

əməllərə,  millətpərvərliyə  qalib  gəldi.  Müsəlmanlar  arasında  baş 

verən  bu  anlaşılmazlıq  və  nifaqdan  yararlanan  düşmənlər  Əndülüs 

islam  dövlətini  süquta məhkum  etdilər. Müəllif  İspaniya hökmdarı 

Ferdinadla  ərəb  xilafəti  arasında  Əndəlüs  uğrunda  gedən  döyüşləri 

təfərrüatı ilə işıqlandırır. 

Darrürrahat  isə  keçilməz,  məğlubedilməz  şəhər-qala  kimi 

qalır-yaşayır. 

Molla  Abbasın  niyyətləri,  arzuları  çoxdur.  Həcc  ziyarətinə 

getməyi,  doğma  Vətəni  Türkistana  qayıdıb  Avropada,  xüsusi  ilə 

Darrürrahatda 

gördüklərini 

reallaşdırmağı, 

həmvətənlərini 

cəhalətdən  qurtulmaqda  yardımçı  olmağı,  elmə,  təhsilə,  tərəqqiyə 



 Bütün türklərin tərcümanı



 

153



 ~ 

 

xidmət  etməyi  planlaşdırır.  Odur  ki,  Darrürrahatdan  geri  qayıtmaq 



istəyir.  Lakin  bura  gəlmək  nə  qədər  çətindirsə,  buradan  çıxmaq 

ondan min qat artıq müşküldür və Molla Abbas bunun üçün yollar 

axtarır,  köhnə  tanışları  Fəridə  Banu,  Şeyx  Cəlalla  məsləhətləşir, 

məhkəməyə,  şəhər  rəhbərliyinə  müraciət  edir.  Bütün  bu  hiss-

həyəcanlar  Molla  Abbası  dərin  yuxudan  ayıldır  və  özünü 

xəstəxanada, çarpayıda uzanmış vəziyyətdə, başının üstündə fransız 

həkim  qadını  görür.  Xanım  ona  artıq  40  gün  xəstə  olduğunu 

çətinliklə də olsa anladır. Molla Abbas gördüklərinin röya olduğuna 

inanmaq  istəmir.  Təkidlə  Darrürrahatın  mövcudluğunu  bildirir, 

ətrafındakıları  buna  inandırmağa  çalışır,  hətta  ora  aparan  yolu 

tanıdığını da deyir. Lakin Darrürrahata aparan nə tunel, nə lağım, nə 

nərdivan, nə də gizli yol vardı. 

Molla Abbasın söylədikləri yuxuda ikən xəyalına gətirdikləri 

idi.  Əlbəttə,  böyük  qələm,  kəlam  sahibi  İ.Qaspiralı  Darrürrahat 

ölkəsi  timsalında müsəlman cəmiyyəti üçün arzuladıqlarını qələmə 

almışdır.  O,  öz  dil  və  dindaşlarının  məhz  belə  cəmiyyətə  layiq 

olduqlarını, təəssüf ki, cəhalət içərisində çapaladıqlarını göz yaşları, 

kədər  və  hüznlə  qələmə  almışdır.  Ustadın  üslubu  orijinal  olduğu 

qədər  də  maraqlıdır,  təsirlidir,  düşündürücüdür.  Əlbəttə,  bizim 

klassik  ədəbiyyatda  ədalətli  cəmiyyət  ideyası  hələ  N.Gəncəvi 

irsindən məlumdur. Lakin İ.Qaspiralıda bu model daha kamil, daha 

real təsir bağışlayır, eyni zamanda İ.Qaspiralı bu cəmiyyəti qurmaq, 

onun bərqərar olmasına nail olmaq yollarını da göstərməyə təşəbbüs 

edir. Bu yol məktəbdən, təhsildən, elmdən keçir. 

 

 

 

 



 Abid  Tahirli



 

154



 ~ 

 

 



Sudan məktubları 

 

«Darrürrahat  müsəlmanları»nda  Molla  Abbas  Həcc 

ziyarətinə  getmək  niyyətində  olduğunu  bildirir  və  əsərin  sonunda 

göstərir  ki,  keçmiş  sevgilisi  Marqaritanın  fikirləri  onun  planlarını 

dəyişir.  Məlum  olur  ki,  Sudanlılar  ingilis  işğalına  qarşı  üsyana 

başlayıblar  və  bu  hərəkata  Şeyx  Mehdi  Məhəmməd  Əhməd 

rəhbərlik  edir.  Fransa  Afrikada  fransızların  mənafelərinə  toxunan 

ingilislərə  qarşı  mübarizədə  Şeyx  Əhmədə  yardım  edir.  Marqarita 

Molla  Abbası  da  sudanlılara  kömək  etməyə  ruhlandırır,  beləliklə, 

Molla  Abbas  Parisdən  Sudana  yola  düşür.  «Sudan  məktubları»nın 

əvvəlində  də  Molla  Abbas  Marqarita  ilə  görüşündən  ətraflı  bəhs 

edir.  Afrikada  ingilis  və  fransızların,  eləcə  də  Osmanlının  siyasəti 

ilə  bağlı  fikirlərini  bölüşür.  Daha  sonra  Molla  Abbas  üç  fransızla 

birlikdə Sudan səfərinə hazırlıqdan söz açır. Nəhayət, Molla Abbas 

«Dağıstanlı şeyx», fransızlar da ona qoşulan müridlər kimi Afrikaya 

yola düşürlər. 

Molla  Abbas  ilk  dayanacaqları  olan  Əlcəzair,  onun  tarixi, 

xüsusi  ilə  Fransa  işğalına  qarşı  mübarizəsi  haqqında  məlumatlar 

verir,  bazarda,  məclislərdəki  görüşləri  haqqında  yazır.  Görüşlərin 

birində məlum olur ki,  Sudana bir neçə  yol  aparır və  bunlardan  ən 

təhlükəsizi  «Divanələr  ölkəsi»ndən  sonra  başlanan  «Qadınlar 

dövləti»ndən  keçəndir.  Məclisdəkilərdən  biri  –  zənci  Abdulla  Dari 

bələdçilik xidmətini təklif edir. Molla Abbasgil razı olur. 

Burada  qeyd  etmək  yerinə  düşür  ki,  İ.Qaspiralı  bununla  da 

«Sudan  məktubları»na  nöqtə  qoyur.  Əslində,  Sudana  çatmamış 

«Sudan  məktubları»  bitir.  Bir  çox  müəlliflərin  fikrincə,  İ.Qaspiralı 

bu  əsəri  Şeyx  Əhmədin  (1843-1895)  ingilis  işğalından  qurtulmaq 



Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə